ABŞ Prezidenti Donald Trampın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Mark Lambert Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə etmək üçün martın 4-5-də Moskvada səfərdə olacaq.
“Russia Today” xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.
M.Lambert səfər zamanı rusiyalı həmkarı ilə Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməsi və təftişini müzakirə edəcək.
Qeyd edək ki, amerikalı diplomat cari il fevralın əvvəlində Moskvada səfərdə olub.