• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 04-06-2026 Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • 04-06-2026 Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
  • 04-06-2026 ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio
  • 04-06-2026 Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
  • 04-06-2026 Saat 10:00-da bu ərazilərdə işıq KƏSİLƏCƏK
  • 04-06-2026 Maşınla yola çıxanlar mütləq OXUSUN - 11 küçədə…
  • 04-06-2026 Xəzərdə zəlzələ oldu
  • 04-06-2026 Tələbələrə "süni intellektdən istifadə etməyin" deyən akademik məqaləni süni intellektə yazdırdı
  • 04-06-2026 Azərbaycan millisi finalda - Avropa çempionatı
  • 04-06-2026 İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
  • 04-06-2026 Narkotik istifadə edirlərmiş
  • 03-06-2026 Prezident Mərkəzi Bankın yeni binasının açılışında - FOTOLAR
  • 03-06-2026 Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
  • 03-06-2026 "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
  • 03-06-2026 51 min şəxs imtahan verəcək - Bazar günü
  • 03-06-2026 Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ
  • 03-06-2026 Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
  • 03-06-2026 Ağdaşda ağır qəza: Ölən və yaralanan var
  • 03-06-2026 50 qramı belə təhlükəlidir - Yeməyin
  • 03-06-2026 Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı

XƏBƏRLƏR

    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
    Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
    Azərbaycan U-21 millisində dəyişiklik
    Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
1-05-2024, 13:55

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı - İLGİNC FAKTLAR

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı - İLGİNC FAKTLAR



Oğuz rayonun Mollalı kənd sakinləri tərəfindən verilən məlumata görə 3-4 gün əvvəl, aprelin 27-də gecə saatlarında kəndin yaxınlığındakı açıq meşə ərazisinin 10 hektar sahəsində martın əvvəlində dövlət tərəfindən əkilmiş qoz tinglərinin hamısını traktor və digər texnikaların köməyilə şum edilərək yerinə qarğıdalı səpilmişdir. Gecə yarisi baş vermiş bu hadisə yerli sakinləri çox təəccübləndirmişdir. Baş vermiş hadisə ilə bağlı yerli bələdiyyə və İcra hakimiyyəti nümayəndəliyinə müraciətlər edilsə də, onlar bildirmişlər ki, sözügedən ərazi Qəbələ Regional Meşə Təsəsrrüfatı Mərkəzinə aiddir. Sakinlərə tezliklə məlum olmuşdur ki, minlərlə yenicə əkilmiş qoz tinglərini şumladan şəxs elə Mollalı kənd sakini Məmmədov Rauf Qabil oğludur. O da öz növbəsində qoz bağını məhv edərək yerinə qarğıdalı əkdiyini onunla əsaslandırmışdır ki, mən bu yerdə əkin-biçin işləri aparmaq üçün 1-2 il əvvəl 14500 manat pul vermişəm. Doğrudan da, həmin mübahisəli ərazidə Raufun göstərişilə 10 ha sahədə 2022- və 2023-cü illərdə qarğıdalı becərilmişdir. Maraqlıdır ki, heç bir icarə müqaviləsi, vergi ödəmədən, meşə idarəsindən soruşmadan öz dədə malı kimi bu torpaqladan istifadə etmişdi. Sakinlərin verdiyi məlumatdan məlum olmuşdur ki, keçən ilin payızında bu ərazidə qoz bağı salınması zamanı məşhur iş adamı Hacı İbrahım Nehrəmli kimi tanınan sahibkar əraziyə gələrək xəbərdar etmişdir ki, burada qoz bağı əkməyin. Sonra isə çıxıb getmişdir. Verilən məlumatdan o da aydın olmuşdur ki, İbrahim Nehrəmli Oğuz rayonunda fiziki şəxslərdən də pay torpaqlarını alıb bir sıra istehsal müəssisələri yaratmaq istəyir. Onun bu işinə bir söz demək olmaz.

Amma dövlətə məxsus 10 ha meşə fondu ərazisində özbaşnalıq edərək qarğıdalı əkməsi, sonradan isə ərazidə dövlətin ayırdığı on minlərlə manat dövlət vəsaitləri hesabına salınmış qoz tinglərinin hamısını ağır texnikaların altına salıb vəghşicəsinə məhv edilməsinə göstəriş verilməsi aksioma olaraq törədilmiş ağır cinayət hesab olunur. Yəqin ki, Rauf Məmmədov da onun adamıdır və onun göstərişləri əsasında özbaşnalıqlar edir. Özü də yerli camaatın qarşısına çıxaraq bəyan edir ki, bu əraziyə görə 14500 manat pul verib almışam. Kimə verib, nə vaxt verib, hansı müqaviləni imzalayıb onu demir. Sanki özünü bazardakı kimi hiss edərək özbaşnalıq edir və bütün kənd camaatına bəyan edir ki, biz heç kimdən qorxmuruq, yaxşı edirik, kimsə bizə mane ola bilməz. Bəli, əgər yerli və respublika səviyyəli hüquq-mühafizə orqanları 2 gün əvvəl gecə saatlarında baş vermiş cinayət hadisəsinə hüquqi qiymət vermək iqtidarında olmasa Rauf Qabil oğlu Məmmədovun çıxışlarına haqq qazandırmaq olar. İndi isə söz hüquq-mühafizə orqanlarınındır. Biz də media orqanı olaraq nəticələri izləyirik.

İndi də atını Oğuzda “çapmağa” başlayan Hacı İbrahim Nehrəmlinin fəaliyyətinə qısa nəzər salaq:

Hacı İbarhim Nehrəmli o adamdır ki, özü və qardaşlarının bu ölkənin başına gətirdikləri azmış kimi, bir də zaman-zaman xoruz banı eşitməmiş bəyanatlarla ictimaiyyəti ələ salmaları, sözün həqiqi mənasında, həmişə heyrət doğurmuşdur. Diaspora Mərkəzindən tutmuş, “Xəzər adaları”na qədər qədər genişşaxəli bir çox mənimsəmə, vergi öhdəliklərindən yayınma hallarında adları hallanan İbrahimovlar susmaq və borclarını qaytarmaq yerinə, allı-güllü bəyanatlarla özlərinə həmişə haqq qazandırmağa çalışmışlar.

Azərbaycan adlı məmləkətdə yaşayan hər kəs məsələn, Beynəlxalq Bankdan 2012-ci ildən “Xəzər adaları” layihəsini həyata keçirmək adı altında 650 milyon manata qədər kredit alıb lakin sonradan təyinatı üzrə xərcləməməyin arxasında böyük himayədarlıqların dayandığını bilməmiş deyil. Bəs necə oldu ki, 2015-ci ildə ölkəni silkələyən bu boyda “Beynəlxalq Bank işi” həngaməsində məhz Hacı İbrahim daha böyük maxinasiyalarda ittiham edilsə də sonda “sudan quru” çıxa bildi?. Onun heç bir səmərəsi olmayan, özünün etirafına görə, təyyarədə birdən-birə beyninə gələn “Xəzər adaları” layihəsi çərçivəsində 1 milyard dollardan çox vəsaiti sulara axıtdığı ortaya çıxmışdı. Dəfələrlə “Beynəlxalq bank” işinə görə bankdan götürdüyü 650 milyon manat maxinasiyaya görə hüquq mühafizə orqanlarına çağırılan və 2 dəfə qısamüddətli saxlanılan Hacı İbrahim daha sonra “Xəzər Adaları”nı götürdüyü yüksək məbləğdə olan kredit əvəzinə 5 mərtəbədən ibarət olan quru karkas divarları “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə sırıyaraq, məsuliyyətdən yaxa qurtarmışdı. Cahangir Hacıyev isə belə kreditləri Maliyyə Nazirliyinin razılığı əsasında İbarhim Nehrəmlinin “Xəzər adaları” layihəsinə verdiyinə, daha doğrusu Hacının yuxarıda oturan “qoruyucu mələk”lərinin sifarişi əsasında verdityinə görə 17 il həbs cəzasına məhkum edilmişdir. Halbuki, həmin layihənin tam səmərəsiz olduğu əvvəlcədn də orta məktəb şagirdlərinə də bəlli idi və bir çox ekspertlər tərəfindən bu fakt etiraf edilib. Məsələn, iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, bu layihənin yeri, məkanı ilk gündən doğru seçilməyibmiş: “Ona görə də ”Xəzər adaları”nın yaşayış yeri kimi götürülməsi problemlidir. Dənizdə daim rütubət var, sahildə sement və digər çoxsaylı zavodlar var. Yəni daimi yaşayış üçün o qədər də əlverişli deyil. Xəzər adaları” Bakının 25 kilometrliyindədir. Bu baxımdan əyləncə mərkəzi kimi fəaliyyəti effektiv ola bilər”.

“Xəzər adaları”nda inşa edilən 5 hündürmərtəbəli yaşayış binalarının əyləncə mərkəzinə çevrilməsinin çətinliyindən ona xərclənən pulların ölkə iqtisadiyyatı üçün itki olduğu sirr deyil. Deməli, bu mənasız layihənin səhmləri dövlətə məxsus “Azərbaycan Sənaye Korporasiyası”na verilməsi Hacı İbrahimə göstərilmiş ən böyük diqqətidir.

Göründüyü kimi Hacı İbrahim Nehrəmli zaman-zaman dövlətə vurduğu külli miqdarda ziyanlarla gündəmə gəlib. Onun və qardaşlarının Bakı şəhərinin az qala hər addımlığında zəbt edərək hündürmərtəbəli mənzillər inşa etməsi azmış kimi indi də ölkınin regionlarında dövlət torpaqlarını ələ keçirməkdədirlər.

Məlum olduğu kimi İqlim dəyişmələrinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Məhz bu səbəbdən, iştirakçıların sayına və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbir hesab edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya ölkələrinin yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcəkdir. Bununla bağlı İlham Əliyevin Sərəncamı ilə 7 yanvar 2024-cü ildə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin COP29-un Prezidenti müəyyən edilib.

Belə bir dövrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində olan qurumların nəzarətində olan meşə fonduna aid torpaqların zəbt edilməsi nə dərəcədə düşünülmüş bir addımdır. Bu həm Hacı İbrahim Nehrəmli həm də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və onun regionlardakı işçiləri tərəfindən ölkə prezidenti İlham Əliyevin Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi siyasətinə və bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət tədbirlərinin əksinə çıxmaq deyilmi? //Aktualinfo.org/

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az