• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 25-10-2026 Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - VİDEO
  • 25-10-2026 “Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
  • 25-10-2026 Rafet El Romanın azərbaycanlı nişanlısı - FOTO
  • 24-10-2026 Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - FOTO
  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
1-05-2024, 08:39

Bakı və İrəvanla alınmadı: Rusiya Tiflisə girir - Vasadze

Bakı və İrəvanla alınmadı: Rusiya Tiflisə girir - Vasadze



Nyus.Az gürcü politoloq Gela Vasadzenin axar.az-a müsahibəsini təqdim edir:

- Gürcüstanda "Xarici agentlər haqqında" qanunun qəbulundan Qərb niyə bu qədər narahatdır?

- "Xarici agentlər haqqında" qanun etirazların birbaşa hərəkətverici qüvvəsidir, Gürcüstanın xarici siyasət kursunu dəyişə biləcək aparıcıdır. Niyə Gürcüstan xarici siyasət kursunu dəyişə bilər? Bidzina İvanişvili hakimiyyətin təşkil etdiyi mitinqdə bu barədə tamamilə açıq danışdı, çünki bu, onun hakimiyyətinə təhlükədir. Bu da seçkidə müxtəlif sürprizlərin ola biləcəyi təhlükəsini yaradır. O, QHT-ləri hakimiyyəti dəyişmək üçün alət adlandırıb. Qərb Gürcüstanda maraqlıdır. Ən mühüm nəqliyyat marşrutları Gürcüstandan keçir. Bu, Rusiyanın Gürcüstanda təsirinin artmasına səbəb ola bilər. Rusiyanın konkret planları var - Gürcüstanı Cənubi Qafqazdan kəsmək, limanlar tikmək və yüklərin bütün tranzitini özü və Gürcüstan limanları vasitəsilə, Abxaziyadan Avropaya dəmir yolunun açılması yolu ilə idarə etmək. Yəni Transxəzər nəqliyyat dəhlizində tranzitə son qoymaq. Qərbi narahat edən də budur.

- ABŞ "Xarici agentlər haqqında" qanun qəbul olunarsa, Gürcüstana qarşı sanksiyalarla hədələyib. Bu, nə dərəcədə realdır və bununla bağlı proqnozlarınız nədir?

- Sanksiyalar olduqca realdır. Amma sizə deyim ki, sanksiyalar son vasitədir. Sanksiyalar tətbiq olunarsa, bu o deməkdir ki, Rusiya artıq öz məqsədinə nail olub.

- Gürcüstan hökuməti bu qanunun qəbulunda çox israrlıdır. Hökumətin əsas məqsədləri nələrdir?

- İvanişvili bu barədə birbaşa çıxışında bildirib ki, məsələ qanunda deyil, məsələ ondadır ki, seçkidən sonra etirazların keçirilməsi variantı mövcuddur. Hakimiyyət bu etirazların seçkidən sonra deyil, indi baş verməsini istəyir. Bir daha təkrar edirəm, məsələ bu qanunda deyil, əlbəttə ki, mümkün dəyişiklikdən gedir. Azərbaycan və Ermənistanla heç nə alınmadığından, Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi üçün Gürcüstan son şans olaraq qalır. Ona görə də indi Gürcüstanın qaytarılmasına cəhd edilir.

- Prezident Zurabişvili etirazçıları dəstəklədi. Gürcüstan hökumətində nə baş verir? Niyə bu qədər fikir ayrılığı var?

- Prezident Zurabişviliyə gəlincə, o, çoxdan hakimiyyətə müxalifətdədir, lakin onun səlahiyyətləri yoxdur. O, Britaniya kralı ilə eyni, hətta daha az səlahiyyətlərə malikdir. Amma o, çox gözəl başa düşür ki, hakimiyyətin siyasətini dəstəkləsə, böyük reputasiya itkisi ilə üzləşəcək.

- Son günlərin etirazları ciddi nəticələrə səbəb ola bilərmi?

- Etirazlar artıq ciddi nəticələrə gətirib çıxarıb. Bu, Gürcüstanın investisiya imicinə ciddi zərbədir. Transxəzər dəhlizinin istismarı üçün nəqliyyat infrastrukturunun inkişafı naminə sərmayələr qoyulası ölkə Gürcüstandır. Artıq etirazlar fonunda bu, sual altına düşüb. Sonda hər şey geosiyasətə dayanır. Bu gün Rusiyanın geosiyasi vəzifəsi Çin axınını dayandırmaq və Transxəzər dəhlizinin inkişafını məhdudlaşdırmaqdır. Onun üçün hər şeyin Rusiyadan keçməsi vacibdir.

Nyus.Az




Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az