
Bakıda keçirilən Formula 2 üzrə sprint yarışının ilk döngələrində qəza qeydə alınıb.
Nyus.Az xəbər verir ki, hadisə yarışın startından az sonra, 2-ci döngəyə girişdə baş verib.
"Invicta Racing" komandasının pilotu Rafael Kamara qarşısında hərəkət edən "Prema Racing" sürücüsü Mari Boyaya arxadan çırpılıb. Toqquşma nəticəsində Mari Boyanın bolidinin arxa qanadı zədələnərək qırılıb.
Bolidində yaranan problem səbəbindən Mari Boya təhlükəsizlik cibinə daxil olaraq yarışı davam etdirə bilməyib. Hadisədən sonra bolidin trasdan çıxarılması üçün təhlükəsizlik maşını yarış xəttinə buraxılıb.
İnsidentlə bağlı araşdırma aparan stüardlar Rafael Kamarani qəzanın səbəbkarı hesab ediblər. Nəticədə onun yekun yarış nəticəsinə 10 saniyə vaxt cəzası əlavə olunacaq.(Milli.az)
Nyus.Az
























