• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-09-2026 Dəmir vaqonda yaşayan məcburi köçkün Böyük Qayıdışın faydasını nə vaxt görəcək - VİDEO
  • 24-09-2026 Cavid Qurbanov gənc yaşlarında XƏZİNƏ TAPIBMIŞ - İLGİNC İDDİA
  • 24-09-2026 Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
  • 24-09-2026 Neftin qiyməti ucuzlaşdı
  • 24-09-2026 2027-ci ildə pensiyalar nə qədər artacaq?
  • 24-09-2026 Nuri Əhmədov vəfat etdi
  • 24-09-2026 Bu şəxslərin maaşı və pensiyası artırılır
  • 23-09-2026 Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
  • 23-09-2026 Əli Əsədovdan mühüm qərar
  • 23-09-2026 Zelenski Rusiya üzərində “qələbə günü”nü açıqladı: Türkiyənin Ukrayna ilə bağlı tələbi isə Kremldə təlaş yaratdı
  • 23-09-2026 Bu şəxslərə 6000 birdəfəlik müavinət verilir - RƏSMİ
  • 23-09-2026 Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
  • 23-09-2026 Bakıda skuterdən yıxılan kişi öldü
  • 23-09-2026 Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • 23-09-2026 Ayın 24-də leysan yağacaq, dolu düşəcək - Proqnoz
  • 23-09-2026 “Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
  • 23-09-2026 Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - VİDEO
  • 23-09-2026 Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
  • 23-09-2026 Ceyhun Bayramov Əraqçi ilə görüşdü
  • 23-09-2026 Ulduzların iş yerində başlayan eşqləri

XƏBƏRLƏR

    Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
    Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
    “Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
    Mourinyo "Real"a nəhəng ekranla məşq keçir
    Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
    "Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
    “Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
    Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
    "Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
    Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
Dünən, 10:02

Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür

Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür


Bakıda Formula 1 və Formula 2 üzrə Azərbaycan Qran-Prisinin yarış həftəsi bu gün start götürür.

Nyus.Az xəbər verir ki, builki mərhələnin proqramında əvvəlki illərdən fərqli olaraq müəyyən dəyişikliklər edilib.

Sentyabrın 24-də Formula 2 pilotları əvvəlcə saat 10:00-da sərbəst yürüşdə iştirak edəcəklər. Günün ikinci yarısında isə saat 14:00 və 14:30-da iki sıralama sessiyası keçiriləcək. Formula 1-də ilk sərbəst yürüş 12:30-13:30, ikinci məşq sessiyası isə 16:00-17:00 arasında təşkil olunacaq.

Yarış proqramı sentyabrın 25-də də davam edəcək. Həmin gün Formula 2-də sprint və ilk əsas yarış keçiriləcək. Formula 1 üzrə isə üçüncü sərbəst yürüş və sıralama turu baş tutacaq. Azərbaycan Qran-Prisinin əsas yarışı sentyabrın 26-da saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Bakı bu il Formula 1 Azərbaycan Qran-Prisinə 10-cu dəfə ev sahibliyi edir.

Bakı Şəhər Halqasında ilk Formula 1 yarışı 2016-cı ildə Avropa Qran-Prisi adı altında keçirilib. Növbəti ildən etibarən Bakı mərhələsi Azərbaycan Qran-Prisi adı ilə Formula 1 təqviminə daxil edilib. 2020-ci ildə isə COVID-19 pandemiyası ilə əlaqədar yarış baş tutmayıb.

Bakı Şəhər Halqasının ümumi uzunluğu 6,003 kilometrdir. Əsas yarış zamanı pilotlar 51 dövrə vuracaq və ümumilikdə 306 kilometrdən çox məsafə qət edəcəklər. Əks istiqamətdə hərəkət edilən trasda 20 döngə yerləşir.

Küçə trası dar hissələri, uzun sürət düzlükləri və baryerlərin yarış xəttinə yaxın olması ilə seçilir. İçərişəhər divarları boyunca yerləşən hissədə trasın eni 7,6 metrədək azalır. Bu xüsusiyyət pilotların diqqətini və dəqiqliyini daha da artırır.

Bakı mərhələsi əvvəlki illərdə də gözlənilməz nəticələri ilə yadda qalıb. Azərbaycan Qran-Prisində iki dəfə qalib gələn pilotlar sırasında Maks Ferstappen və Serxio Peres də var. Ferstappen 2022 və 2025-ci illərdə, Peres isə 2021 və 2023-cü illərdə Bakıda qalib olub.

Çempionatın lideri Kimi Antonelli isə Azərbaycan mərhələsinə 81 xallıq üstünlüklə çıxır. Mercedes komandasının pilotu mövsümün ilk 14 yarışının səkkizində qalib gəlib. Antonelli sonuncu mərhələ olan Madrid yarışında da birinci yeri tutub.

Bu il Formula 2 üzrə Bakı mərhələsində də fərqli yarış formatından istifadə ediləcək. Cari mövsümdə Formula 2-nin yeganə dəstək seriyası kimi keçirilən Bakı mərhələsində cümə axşamı iki sıralama sessiyası, cümə günü sprint və ilk əsas yarış, şənbə günü isə ikinci əsas yarış təşkil olunacaq.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az