• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 25-11-2026 Ramin Quluzadəyə ağır itki
  • 25-11-2026 Sərdar Hacıyev “BAYRAMLI GROUP”- dan aldığı diaqnostikumları başqa hansı məqsədləri üçün istifadə edir - İLGİNC İDDİALAR
  • 25-11-2026 Qubada vətəndaşı düşünən yoxdur... - FOTOFAKT
  • 25-11-2026 Elvin Abbasov məktəb direktorlarına qanunsuz “kredit” verir? - Beyləqan Təhsil Sektorunun müdiri haqqında iddialar
  • 25-11-2026 Mirziyoyevin Trampa verdiyi hədiyyə Vaşinqtonda quraşdırıldı
  • 25-11-2026 Təbiətdan hədiyyə – Yaponiyanın ərazisi bu qədər artdı
  • 25-11-2026 “Və o gün birləşəcək Naxçıvanla Qarabağ” – İrəvan vaxtını açıqladı
  • 24-11-2026 Mahir Əliyev passiv vergi ödəyicisi ilə müqavilələr bağlayır – Antiinhisar Agentliyi də seyr edir
  • 24-11-2026 MÜTDA-nın mübahisəli kadr seçimi... - AXI NİYƏ?..
  • 24-11-2026 Ukrayna ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
  • 24-11-2026 Elektromobil idarə edənlərə batareya ilə bağlı qızıl məsləhət - VIDEO
  • 24-11-2026 “Mustafa”nın yeni layihəsi bəlli oldu
  • 24-11-2026 Rusiya ilə dost ola bilərik - Zelenski
  • 24-11-2026 Melaniya Tramp: Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik
  • 24-11-2026 Saxta pulu həqiqi puldan necə ayırmaq olar? - VIDEO
  • 24-11-2026 Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub
  • 24-11-2026 Bu gün Qazaxda qaz kəsiləcək
  • 24-11-2026 Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri oldu
  • 24-11-2026 İnterpol iki azərbaycanlı qadını axtarır
  • 24-11-2026 Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək

XƏBƏRLƏR

    Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək
    UEFA “Sabah”ın futbolçusunu diskvalifkasiya etdi
    Süni intellektə danışdığınız sirlər satışa çıxarıla bilər - xəbərdarlıq
    “Liverpul” “Mançester Yunayted”i darmadağın edib
    Premyer Liqada yeni tamaşaçı rekordu
    "Barselona" "Vilyarreal"ı məğlub edib
    Sevgilisinə 25 minlik çanta almadı - Qız onu blokladı
    "Real" Tibo Kurtuanın müqavilə müddətini uzadıb
    Kristiano Ronaldo karyerasında 986-cı dəfə fərqləndi
    Yeni rekord olacaq: Bütün biletlər satıldı
30-08-2026, 14:22

Tramp iki ölkəni hədələdi: Sərt cavablar...

Tramp iki ölkəni hədələdi: Sərt cavablar...


ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni müharibənin əvəzinə bu ölkənin iqtisadi çöküşünü təmin etmək istəyir. Ağ Ev bu məqsədlə İrana qarşı yeni sanksiyalar paketi qəbul edib. ABŞ eyni zamanda hərbi gəmiləri vasitəsilə Hörmüz boğazının girişinə və çıxışa nəzarəti gücləndirib. Pentaqondan yayımlanan açıqlamaya görə, ABŞ hərbi gəmiləri Hörmüz boğazını minalardan təmizləyiblər. Bundan başqa ABŞ-ın Hörmüz boğazından neft və sıxılmış qaz daşıyan tankerlərin təhlükəsizliyini təmin etdiyi bildirilib. Halbuki SEPAH generalları bu məlumatları təkzib ediblər.

Nyus.Az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlunun şərhində bildirilib.

Politoloq qeyd edib ki, Donald Tramp İranla yanaşı, bu ölkə ilə müxtəlif formalarda əməkdaşlıq edən ölkə və şirkətləri cəzalandıracaqlarını da açıqlayıb:

"Siyahıda ilk sırada Çin gəlir. Donald Tramp İranla əməkdaşlıq edən Çin banklarına qarşı sanksiyaların tətbiq oluna biləcəyinə işarə edib. Tramp jurnalistin mövzuyla bağlı sualına cavab olaraq İranla əməkdaşlıq edən Çin şirkət və banklarının sanksiyalardan kənarda qalmayacağını vurğulayıb.

Çin rəsmiləri Trampın açıqlamasına sərt reaksiya veriblər. Pekin İranla əməkdaşlığa davam edəcəyini bildirib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Pekində keçirilən brifinqdə ABŞ-ın yeni sanksiyalarına münasibət bildirərək Çinin birtərəfli sanksiyalara qarşı olduğunu deyib. Onun sözlərinə görə, bu cür addımlar münaqişələrin daha da genişlənməsi riskini artırır.

Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin tərəflər arasında gərginliyin danışıqlar yolu ilə həllinə tərəfdar olduğu fikrini təkrarlayıb. Pekin Trampın hədəsi qarşısında geri çəkilərsə, bu, Çinin nüfuzunə zərbə vuracaq. Çin İran neftinin əsas alıcılarından biridir. Pekin Tehranla enerji və ticarət əlaqələrindən imtina etməyəcək.

Tramp avqustun 20-də verdiyi açıqlamada İrana qarşı beynəlxalq təcrid məqsədi daşıyan genişmiqyaslı iqtisadi kampaniyanın başladığını elan etmişdi. O, həmçinin söyləmişdi ki, maliyyə qurumlarına, şirkətlərinə, hava limanlarına və ya dövlət qurumlarına İranı dəstəkləməyə icazə verən ölkələr ciddi iqtisadi nəticələrlə üzləşəcəklər.

Vaşinqtonun hədəsinə Tehran da hədə ilə cavab verib. İran Xarici İşlər Nazirliyinin yayımladığı bəyanatda bütün müstəqil ölkələrin ABŞ-ın İrana qarşı iqtisadi müharibəsində iştirakdan imtina etməsi və istənilən sanksiyanı rədd etməsi gərəkliyi vurğulanıb. SEPAH komandanlığının hədəsi daha sərtdir. İran generalları ABŞ-ın sanksiyasina riayət edən ölkələri hədəf seçəcəklərini açıqlayıblar".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az