• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 11-10-2026 Ağdamda III Beynəlxalq Xankəndi Ultramarafonunun son mərhələsinə start verilib
  • 11-10-2026 Ayaz Vəfalı vəfat etdi
  • 11-10-2026 Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq? - VIDEO
  • 10-10-2026 İlham Əliyev Kadırovu qəbul etdi - Fotolar
  • 10-10-2026 Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
  • 10-10-2026 90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik
  • 10-10-2026 Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanıldı
  • 10-10-2026 Neftin qiyməti bahalaşdı
  • 10-10-2026 Putin, Əliyev və Paşinyan arasında QAPALI GÖRÜŞ - 15 dəqiqədə nə baş verdi?
  • 10-10-2026 "Qışa qədər Ukrayna müharibəsi bitəcək" - Trampın planı Rusiya mətbuatına sızdı
  • 10-10-2026 Xətaidə yenidən sürüşmə təhlükəsi yaranıb - VIDEO
  • 10-10-2026 Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
  • 10-10-2026 Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
  • 10-10-2026 Oğlu buna görə Fatimə ilə yaşamır
  • 10-10-2026 61 yaşlı qadın 5 saat plank vəziyyətində dayanaraq rekord qırdı
  • 10-10-2026 Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib - FOTO
  • 10-10-2026 “Gemini” süni-intellekt çat-botundan pulsuz istifadə məhdudlaşdırılıb
  • 10-10-2026 Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib
  • 10-10-2026 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
  • 10-10-2026 Tovuzda yaşayış binasında yanğın - tüstüdən zəhərlənən var

XƏBƏRLƏR

    Ağdamda III Beynəlxalq Xankəndi Ultramarafonunun son mərhələsinə start verilib
    Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
    “Gemini” süni-intellekt çat-botundan pulsuz istifadə məhdudlaşdırılıb
    Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib
    Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olundu
    AFFA UEFA-nın qərarına qarşı çıxıb
    "Mançester Siti"yə ağır cəza gözlənilir
    "Real" və "Barselona" növbəti dəfə transfer bazarında rəqib oldu
    Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
    Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
20-08-2026, 09:26

"Goal" nəşri "Sabah"ın ulduzundan yazdı

"Goal" nəşri "Sabah"ın ulduzundan yazdı


İngiltərənin məşhur "Goal" nəşri "Sabah" klubunda göstərdiyi performansla diqqətləri öz üzərinə çəkən Coy-Lens Mikels barədə məqalə yayımlayıb.

Nyus.Az xəbər verir ki, materialda bir vaxtlar "Borussiya Mönxenqladbax"ın U-19 və "Şalke" komandalarında böyük ümidlər verən, lakin uzun müddət futboldan uzaq qalan hücumçunun hazırda Çempionlar Liqasının astanasında olmasından bəhs edilir.

Coy-Lens Mikels 2021-ci ilin yayında Azərbaycana, "Sabah"a transfer olmaq qərarı verəndə ətrafındakı insanların bir çoxu buna şübhə ilə yanaşıb.

"Dostlarımın çoxu mənə deyirdi ki, "Azərbaycana transfer olunsan, elə karyeranı orada bitirmiş olarsan. Onlar belə düşünürdülər", - deyə Mikels təxminən bir il yarım sonra "Transfermarkt"a müsahibəsində bildirib.

Əslində, Azərbaycan çempionatında gələcək karyera Mikelsin əvvəllər xəyal etdiyi istiqamət deyildi. Çünki hücumçu "Borussiya Mönxenqladbax"ın akademiyasında böyük diqqət çəkib, U-19 Bundesliqanın Qərb qrupunda ən məhsuldar hücumçulardan biri olub və Bundesliqada karyera qurmağı arzulayıb.

Bu arzu ən azı indiyə qədər reallaşmayıb. Lakin onun başqa bir arzusu - Çempionlar Liqasında oynamaq - uzun və dolanbac yoldan sonra gerçəkləşə bilər.

"Sabah"la Çempionlar Liqasında oynayacaq?

Dostlarının bədbin fikirlərinə baxmayaraq, Mikels 2021-ci ildə Azərbaycana gəlib və "Sabah" ilə müqavilə imzalayıb.

"Niyə olduğunu bilmirəm, amma bu təklif mənə həyəcanverici, maraqlı və eyni zamanda, ekzotik gəldi. Sonda düşündüm ki, peşəkar futbolçu kimi karyera çox qısadır və bunu sınamamaq üçün heç bir səbəb yoxdur. Üstəlik, müəyyən şərtlərdə Konfrans Liqasında oynamaq imkanım da ola bilərdi", - deyə o, 2022-ci ilin sonunda beynəlxalq arenada oynamaq arzusu barədə danışarkən bildirmişdi.

İndi isə söhbət Konfrans Liqasından yox, Çempionlar Liqasından gedir.

Bu gün Bakı vaxtı ilə saat 23:00-da Mikels və komanda yoldaşlarını "Hapoel Beer-Şeva" ilə pley-off mərhələsinin ilk oyunu gözləyir. Mikels isə "Sabah"ın bu mərhələyə qədər irəliləməsində mühüm rol oynayıb. İyulun əvvəlində "Sabah" Çempionlar Liqasının I təsnifat mərhələsindən mübarizəyə başlayıb. Uelsin son illərdə çempionluq qazanan "The New Saints" komandası ilə cavab görüşündə "Sabah" səfərdə 2:1 hesabı ilə qalib gəlib. Həmin oyunda Mikels komandasının ilk qolunu vurub.

II təsnifat mərhələsində isə Finlandiyanın "KuPS" klubuna qarşı cavab görüşündə "Sabah" 2:0 hesabı ilə qalib gəlib və Mikels yenə fərqlənib. III təsnifat mərhələsində Azərbaycan təmsilçisinin qarşısına daha ciddi rəqib - Danimarka çempionu "Orhus" çıxıb. "Sabah" ilk oyunda 1:2 hesabı ilə məğlub olsa da, evdə keçirilən cavab qarşılaşmasında 4:0 hesablı möhtəşəm qələbə qazanaraq mərhələ adlayıb. Mikels həmin oyunda gözəl ötürmə ilə komandasının ilk qolunu hazırlayıb, daha sonra isə matçın taleyini həll edən üçüncü qolu özü vurub.

"Borussiya"nın istedadı "Şalke"də parladı, amma...

2012/13 mövsümündə U-19 komandasında ikinci ilini keçirən Mikels həmin vaxt U-19 Bundesliqanın Qərb qrupunda 17 qol vurub.

Bundan əlavə, "Borussiya"nın Bundesliqadakı əsas komandası ilə keçirilən daxili yoxlama oyununda da yaxşı çıxış edib və qol vurmaqla son zərbələrdəki bacarığını nümayiş etdirib.

"Həmin vaxt əsas komandanın üzvü olacağıma əmin idim", - deyə Mikels illər sonra xatırlayıb.

Lakin o, dərhal zirvəyə yüksələ bilməyib və əvvəlcə ikinci komandada özünü göstərməli olub.

İlk mövsümündə dizindən aldığı zədə səbəbindən bir neçə ay futboldan uzaq qalması isə onun üçün ciddi zərbə olub. "Borussiya"nın II komandasında cəmi dörd oyunda meydana çıxıb və həmin matçlarda da az dəqiqələr oynayıb.

Belə bir vaxtda 2014-cü ilin yayında Gelzenkirxendən gələn gözlənilməz telefon zəngi onun üçün yeni ümid yaradıb. "Şalke" Mikelsi ikinci komandasında görmək istəyib. Üstəlik, qarşıda daha böyük imkanların da ola biləcəyi bildirilib. Dizindəki zədə "Şalke"yə keçsə də, bir neçə həftə sonra Regional Liqada oynamağa başlayıb.

Həmin vaxt əsas komandanın baş məşqçisi Roberto Di Matteo Mikelsin bacarığını yüksək qiymətləndirib və onu əsas komandanın məşqlərinə cəlb edib.

"İlk məşqdən sonra Roberto Di Matteo yanıma gəlib dedi ki, bir müddət əsas komandada qalacaqsan. Həmin an elə hiss etdim ki, arzum gerçəkləşib. "Şalke", həqiqətən, çox möhtəşəm klub idi", - deyə Mikels bildirib.

Həmin vaxt "Şalke" Almaniyanın aparıcı klublarından biri idi, Çempionlar Liqasında çıxış edir və heyətində çoxsaylı ulduz futbolçular saxlayırdı. Kevin-Prins Boatenq, Klaas-Yan Hantelaar, Benedikt Hövedes kimi futbolçularla birgə məşq etmək Mikels üçün "möhtəşəm" təcrübə olub. Lakin "Şalke"də əsas komandaya yüksəlmək arzusu reallaşmayıb və o, klubun heyətində rəsmi oyuna belə çıxa bilməyib.

"Əslində, mən olduğum qədər peşəkar deyildim", - deyə Mikels sonradan etiraf edib.

Gənc futbolçu üçün əsas komanda ilə məşq edib, yalnız Regional Liqada oynamaq psixoloji baxımdan çətin olub.

"Düzünü desəm, mənə gözümü açacaq və məni yönləndirəcək birinin yanımda olması lazım idi. Gənc futbolçuları tamamilə özbaşına buraxmaq olmaz. Gənc yaşda belə bir "balon"un içində olanda hər şeyi normal qəbul etməyə başlayırsan. Bu da çox vaxt uğursuzluğa gətirib çıxarır", - deyə o bildirib.

Mikels 2016-cı ildə "Şalke"dən ayrılıb və daha yüksək səviyyəyə yüksəlmək üçün Regional Liqanın iddialı klublarında çıxış edib.

"Alemannia" (Aaxen) və "Vakker" (Nordhauzen) komandalarında yaxşı nəticələr göstərib. 2020-ci ilin əvvəlində isə ilk dəfə III Bundesliqada çıxış edən "Karl Tseyss" (Yena) klubuna keçib.

"Azərbaycanda iki həftədən sonra hər şeyi atmaq istəyirdim".

Yena klubunun IV Bundesliqaya düşməsindən sonra həmin vaxt 26 yaşında olan Mikels 2020-ci ilin yayında Almaniya futbolunu tərk edib.

Niderlandın II liqa təmsilçisi "MVV Maastrixt"də bir mövsüm keçirdikdən sonra, bir il sonra Azərbaycandan təklif alıb. Onun Azərbaycandakı ilk günləri heç də asan olmayıb.

"İki həftədən sonra, həqiqətən, hər şeyi atmaq istəyirdim. Həmin vaxt hələ hoteldə qalırdım, Bakıda yaşamaq üçün evim yox idi və demək olar ki, heç kim ingilis dilində danışmırdı", - deyə Mikels bildirib.

"Sabah"ın bazası Masazırda yerləşir. Masazır Azərbaycanın paytaxtı Bakıdan kənarda yerləşən kiçik yaşayış məntəqəsidir.

"Bakı şəhərinin mərkəzində mənzilə köçəndən, yerli insanlarla düzgün əlaqə qurandan və komandaya uyğunlaşandan sonra hər şey dəyişdi", - deyə futbolçu qeyd edib.

Mikels yeni mühitinə qısa müddətdə uyğunlaşıb. Yaşlandıqca insan kimi də yetkinləşdiyini və "Borussiya Mönxenqladbax" və "Şalke"dəki dövrü ilə müqayisədə özünü daha yaxşı dərk etdiyini bildirib.

"Əvvəllər "PlayStation"a çox vaxt sərf edirdim. İndi isə daha çox fitnes zalında vaxt keçirirəm, bərpama diqqət edirəm. Həmçinin keyfiyyətli və sağlam qidalanmağa çalışıram".

Futbol baxımından isə "Sabah"da hər şey dərhal yaxşı alınıb. O, qısa müddətdə əsas heyətə düşüb və çoxlu qollar vurub.

2022/23 mövsümündə Azərbaycan Premyer Liqasında 35 oyunda qol və məhsuldar ötürmə cəmində 28 dəfə yadda qalan Mikels Səudiyyə Ərəbistanından gələn böyük məbləğli təklifin ardınca həmin vaxt II liqada çıxış edən "Əl-Feysali"yə keçib. Orada müəyyən uğurlar qazansa da, Mikelsin Səudiyyə Ərəbistanındakı macərası qısa olub və cəmi bir ildən sonra hücumçu Azərbaycana qayıdıb.

Avropa səhnəsindəki arzu nəhayət gerçəkləşəcək?

"Sabah"da Mikels azarkeşlərin sevimlisinə çevrilib. Özü də Azərbaycana, insanlara və yerli futbola böyük bağlılıq hiss etdiyini deyir.

"Bu liqa çox çətin və fiziki mübarizələrlə zəngindir. Müdafiəçilər tipik olaraq rəqibə yapışan, mübarizədən əl çəkməyən oyunçulardır. Burada hər oyunda fiziki təmas olur və mübarizə sümüklərə qədər hiss edilir", - deyə o, Azərbaycan Premyer Liqasındakı futbol haqqında danışıb.

Gənc klub son illərdə davamlı inkişaf etsə də, Mikelsin arzuladığı Avropa turnirinin əsas mərhələsinə yüksəlmək indiyədək mümkün olmayıb.

2024/25 mövsümündə "Sabah" Konfrans Liqasının təsnifat mərhələsində İrlandiyanın "Sent Patriks Atletik" klubuna məğlub olaraq mübarizəni dayandırıb.

Bundan əvvəl isə Azərbaycan Kubokunun qalibi kimi Avropa Liqasında çıxış etmək şansı qazansa da, həmin vaxt keçmiş "Ayntraxt Frankfurt"un baş məşqçisi Alberto Riera tərəfindən çalışdırılan Sloveniyanın "Selye" klubuna qarşı Mikelsin het-triki belə mərhələni keçmək üçün kifayət etməyib.

İndi isə klub tarixinin ən böyük uğurunun ardından daha bir böyük həyəcan yaşanmaq üzrədir. "Sabah" ötən mövsüm ilk dəfə Azərbaycan çempionu olub və "Qarabağ"ı geridə qoyub.

Bu, komandanın real gücünün göstəricisidir. Çünki "Qarabağ" ötən mövsüm Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləyib, liqa mərhələsində "Ayntraxt" və "Benfika"nı 3:2 hesabı ilə məğlub edib, "Çelsi" ilə isə 2:2 hesablı heç-heçə edib.

Daxili çempionatda isə "Qarabağ" "Sabah"dan kifayət qədər geridə qalıb. Mövsümün sonunda iki komanda arasında 9 xallıq fərq olub.

Bundan əlavə, "Sabah" çempionatdakı hər iki qarşılaşmada "Qarabağ"a qalib gəlib, Azərbaycan Kubokunun yarımfinalında da Ağdam təmsilçisini mübarizədən kənarlaşdırıb.

2025-ci ilin dekabrında "Sabah"ın evdə "Qarabağ" üzərində 2:1 hesablı qələbəsi zamanı komandanın bərabərlik qolunu da Mikels vurub. Qələbə qolunun müəllifi isə Aaron Maluda olub.

Fransa millisinin sabiq futbolçusu Floran Maludanın oğlu olan Aaron Maluda ötən mövsümü "Sabah"da keçirib və bu yaxınlarda İsveçrənin güclü klublarından olan "Bazel"ə transfer olunub.

Coy-Lens Mikels qardaşları ilə birlikdə milli komandada

32 yaşlı Mikels üçün "Sabah" artıq mütləq karyera pilləsi deyil.

Lakin Çempionlar Liqasında oynamaq arzusundan başqa, Azərbaycanda keçirdiyi illərdə onun həyatında daha bir mühüm hadisə baş verib. Bəlkə də, bu, onun üçün daha emosional məqamdır.

Ruandaəsilli Mikels martın sonunda bu Afrika ölkəsinin milli komandasında debüt edib.

Daha maraqlısı isə onun əkiz qardaşı Coy-Slayd (Malta "Hibernians" klubunun futbolçusu) və ondan 15 ay kiçik qardaşı Leroyun (bu yaxınlarda Azərbaycan təmsilçisi "Zirə"dən III Bundesliqanın "Valdhof Mannheim" klubuna transfer olunub) da eyni vaxtda Ruanda millisində ilk oyunlarına çıxmalarıdır.

Leroy Qrenadaya qarşı 4:0 və Estoniyaya qarşı 2:0 hesablı yoldaşlıq oyunlarında debüt etməklə yanaşı, hər iki görüşdə bir qol vuraraq milli komandada ilk qollarını da qeyd edib.

Bir vaxtlar üç qardaş "Borussiya Mönxenqladbax"ın U-19 komandasında birlikdə meydana çıxırdı. İndi isə onlar bunu milli komanda səviyyəsində də həyata keçiriblər.

Beş il əvvəl Mikelsin Azərbaycana transferi ilə bağlı səsləndirilən şübhəli fikirlər artıq çoxdan geridə qalıb.

Əgər sentyabrın əvvəlində o, ilk dəfə, sadəcə, Çempionlar Liqasının təsnifat mərhələsinin deyil, turnirin özünün atmosferini hiss edə bilsə, bu, onun üçün həmin sözlərin ən yaxşı cavabı olacaq.(Oxu.Az)

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az