• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-11-2026 Güclü külək əsəcək - Xəbərdarlıq
  • 18-11-2026 Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA
  • 18-11-2026 Babək rayonunda sahibkarın tikinti sənədləri niyə verilmir? – İcra hakimiyyətində hansı “OK” gözlənilir?
  • 18-11-2026 Avtobus sürücülərinin qayda pozmasına görə hansı tədbir görülür? - VIDEO
  • 18-11-2026 ABŞ Milli Təhlükəsizlik Agentliyi məxfi şəbəkəsində nasazlıq yarandığını təsdiqləyib
  • 18-11-2026 11 milyon dollarlıq əmlak: Lamin Yamal Şakira və Pikenin evinin yeni sahibi oldu
  • 18-11-2026 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər
  • 18-11-2026 "Xəyanət edirsə, onu bağışla" - Ayan Babakişiyeva
  • 18-11-2026 Məşhur aktyor Luis Lorenso həbs edildi
  • 18-11-2026 Eldar İsmayılov təqaüdə göndərilir
  • 18-11-2026 "Atamda xərçəng aşkarlandı, 20 günün içində öldü" - Xuraman Əlizadə
  • 18-11-2026 "Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
  • 18-11-2026 Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
  • 18-11-2026 Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var
  • 18-11-2026 Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
  • 18-11-2026 İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
  • 18-11-2026 Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
  • 17-11-2026 Super soyuq qış gəlir - İllərdir beləsi olmayıb - Tarixdəki ən güclü həddə çatacaq...
  • 17-11-2026 Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
  • 17-11-2026 Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salınıb

XƏBƏRLƏR

    11 milyon dollarlıq əmlak: Lamin Yamal Şakira və Pikenin evinin yeni sahibi oldu
    “Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
    Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
    “Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
    PSJ "Real"ın ulduzu üçün 200 milyon avro təklif edəcək
    Zülalla ən zəngin çərəz
    “Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
    Sneyder bu kluba baş məşqçi təyin olundu
    “Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
    Bakıya nə zaman qar yağacaq? - açıqlama
Bu gün, 09:09

İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur

İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur


Ermənistan pilotsuz uçuş aparatlarının (PUA) istehsalını sürətləndirir. Ölkənin "Davaro" şirkəti tərəfindən hazırlanan "Vişap-1" və "Vişap-2" adlı uzunmənzilli pilotsuz uçuş aparatlarının təqdimat görüntüləri isə İrəvanla Tehran arasında dron texnologiyalarının ötürülməsinə dair suallar yaradıb.

Nyus.Az Trend-ə istinadən xəbər verir ki, şirkətin direktoru David Qaloyanın təqdim etdiyi "Vişap-1" və "Vişap-2" aparatlarının xarici görünüşü və konstruktiv xüsusiyyətləri İranın istehsal etdiyi "Shahed-136" kamikadze PUA-sı ilə bir çox oxşarlıqlara malikdir.

Bu oxşarlıq İranın Ermənistana hərbi texnologiya ötürməsi və iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığı məsələsini yenidən gündəmə gətirir. Ümumiyyətlə, bundan əvvəl də İranın hərbi texnologiyalarını və texnikasını Ermənistana ötürməsinə dair məlumatlara rast gəlinirdi. Həmin iddiaların bəziləri zamanla öz təsdiqini tapmışdı.

Məsələn, İran-Ermənistan hərbi əlaqələrinin real nümunələrindən biri 2026-cı il mayın 28-də İrəvanda keçirilən hərbi paradda nümayiş etdirilən silahlardır. Həmin paradda İran istehsalı olan AD-08 "Majid" qısamənzilli hava hücumundan müdafiə sistemi nümayiş etdirilib və Ermənistan tərəfi bu sistemi "Skorpion" adı ilə təqdim edib.

"Majid" aşağı hündürlükdə uçan təyyarələri, helikopterləri və pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulub. Bu sistemin Ermənistana tədarükü İranın ölkənin hərbi arsenalında yer aldığını göstərən mühüm nümunədir.

2024-cü ilin iyulunda İran mediasında İranla Ermənistan arasında 500 milyon dollarlıq silah müqaviləsi imzalandığını da iddia edilmişdi. Məlumatda "Shahed-136", "Shahed-129", "Shahed-197" və "Mohajer" PUA-ları, eləcə də "3-cü Xordad", "Majid", "15-ci Xordad" və "Arman" hava hücumundan müdafiə sistemlərinin adları çəkilmişdi. Ermənistan Müdafiə Nazirliyi və İranın İrəvandakı səfiri həmin müqavilə barədə məlumatları təkzib etsə də, son görüntülər bu mövzu ilə bağlı açıq suallar qoyur.

Qeyd olunmalıdır ki, Ermənistan təkcə xaricdən silah almaqla kifayətlənmir, yerli hərbi sənayesini də inkişaf etdirir. Bu istiqamətdə "Davaro" şirkəti ilə yanaşı, digər yerli istehsalçılar da pilotsuz sistemlərin hazırlanması ilə məşğuldur. 2026-cı ildə keçirilən RISE müdafiə sənayesi sərgisində Ermənistan şirkətlərinin zərbə, kəşfiyyat və kamikadze dronları, eləcə də pilotsuz yerüstü sistemləri nümayiş etdirilib.

Bu il mayın 28-də keçirilən hərbi paradda da Ermənistan istehsalı olan müxtəlif PUA-lar nümayiş etdirilib. Bununla yanaşı, İrəvan Hindistan, Fransa, Çin, İran və ABŞ daxil olmaqla müxtəlif ölkələrdən hərbi texnika əldə etməklə arsenalını genişləndirir. Paradda Çin istehsalı CH-4 uzaqmənzilli PUA-ları, ABŞ istehsalı M2 pulemyotları, Fransa istehsalı artilleriya və zirehli texnika da göstərilib.

Beləliklə, Ermənistanın hərbi sənayesində pilotsuz uçuş aparatlarının istehsalı sürətlənir. "Vişap-1" və "Vişap-2" aparatlarının "Shahed-136" ilə oxşarlığı, İran istehsalı "Majid" sisteminin Ermənistan arsenalında nümayiş etdirilməsi isə Tehran-İrəvan hərbi-texniki əlaqələrinin sıxlaşdığını göstərir.

Xatırladaq ki, "Shahed-136" İranın hazırladığı, uzaq məsafədəki hədəfləri vurmaq üçün nəzərdə tutulan kamikadze PUA-sıdır. Təxminən 200 kiloqramlıq döyüş başlığı daşıya bilən bu aparatın uçuş məsafəsi müxtəlif versiyalardan asılı olaraq 1 000 kilometrdən artıqdır. Rusiya da bu texnologiyadan istifadə edir və həmin dronları "Geran-2" adı ilə istehsal edir.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az