• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
12-11-2025, 15:25

Mənim övladım da hərbçidir, həmin təyyarədə olmuşdu - Hərbi ekspert qəzadan danışdı

[center]Mənim övladım da hərbçidir, həmin təyyarədə olmuşdu - Hərbi ekspert qəzadan danışdı[/center]

"Türkiyə Silahlı Qüvvələrinin təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması böyük faciədir".

Bunu milli.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Ekspertin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin tarixində çoxsaylı hadisələr baş verib və bu kimi faciələr təəssüf ki, qaçılmazdır:

"Türkiyə böyük dövlətdir, müharibə aparır və qarşıda yerinə yetirməli çox vəzifələri var. Ona görə də belə hadisələr baş verir. Bu, həyatda hər şeyin mümkün olduğunu bir daha göstərir".

Üzeyir Cəfərov qeyd edib ki, qəza baş verən C-130 hərbi təyyarəsi 50 ildən çoxdur istismardadır.

"Hər bir texnikanın müəyyən istismar müddəti var. Bu təyyarələr də dövri olaraq əsaslı və cari təmirdən keçirilir. Son məlumatlara görə, həmin təyyarə 2020-ci ildə təmirdən çıxıb. Türkiyə bu məsələlərdə çox ciddi davranır. Texniki baxışlar və təmir prosedurları yüksək səviyyədə həyata keçirilir. Ancaq texnika riskdən sığortalanmayıb. Türkiyədə bu kimi məsələlərə bizdən fərqli olaraq daha sərt və geniş şəkildə yanaşılır",- ekspert bildirib.

Cəfərov hesab edir ki, baş verən hadisədən sonra C-130 tipli təyyarələrin istismar vəziyyəti yenidən dəyərləndiriləcək:

"Bu təyyarələr uzun illərdir uğurla xidmət edir, lakin bazanın yenilənməsi vacibdir. Hər texnika müəyyən dövr yaşayır".

Ekspert əlavə edib ki, ötən illərdə Azərbaycan hərbçiləri də qardaş Türkiyənin eyni tip təyyarələrindən təlimlər zamanı istifadə ediblər:

"Mənim övladım da hərbçidir. Konyada keçirilən təlimlərdə iştirak edəndə həmin təyyarədən istifadə olunmuşdu. Biz Azərbaycan və Türkiyə olaraq bir çox məsələləri müştərək qaydada həyata keçiririk".

Hadisənin səbəblərinə gəlincə, Üzeyir Cəfərov qeyd edib ki, ilkin müşahidələrə əsasən, təyyarənin raketlə vurulması ehtimalı çox azdır:

"Əgər təyyarə raketlə vurulsaydı, dərhal paramparça olardı. Görüntülər göstərir ki, təyyarə havada parçalanaraq yerə düşüb. Bu isə daxili texniki nasazlıq və ya digər səbəblərlə əlaqəli ola bilər. Yüklərin düzgün sabitlənməməsi, korroziya, struktur zəifliyi, yanacaq keyfiyyəti və ya mühərrik nasazlığı kimi amillər istisna edilmir".

Ekspert bildirib ki, Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya və Gürcüstanın müdafiə naziri İrakli Çikovani hadisə yerinə gedib, araşdırmalar davam edir:

"Təyyarənin Türkiyədən Gəncəyə, oradan da uçuşuna qədər bütün mərhələlər incələnəcək. Bu təyyarələrdə dörd mühərrik fəaliyyət göstərir və onların hamısının eyni anda sıradan çıxması çox çətindir. Pilotların təcrübəsi və dinamik idarəetmə sistemi də nəzərə alınacaq. Hadisənin səbəbləri yalnız ekspertiza nəticəsində dəqiqləşəcək".

Üzeyir Cəfərov həmçinin bildirib ki, təyyarəyə son texniki baxış 5 il əvvəl keçirilib və hadisədən sonra Türkiyə Müdafiə Nazirliyi istismar qaydaları ilə bağlı yeni qərarlar verə bilər.

"Allah şəhid olan qardaşlarımıza rəhmət eləsin, məkanları cənnət olsun. Türkiyə Milli Müdafiə Nazirliyi artıq onları şəhid elan edib. Bu, çox ağır anlardır",- deyə ekspert vurğulayıb.

Xatırladaq ki, Gəncə şəhərindən Türkiyəyə yola düşən C-130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarənin göyərtəsindəki 20 nəfərin hamısı həlak olub.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az