• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
  • 21-10-2026 UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
  • 21-10-2026 Azərişıq Suraxanı rayonunda kütləvi narazılıq yaradır – VİDEO

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
Bu gün, 05:57

Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ

Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ


Bu danışıq vacib idi. Xeyli gecikdi, amma heç olmamaqdan daha yaxşıdır.

Hər iki dövlətin rəsmi paylaşdığı xəbər nigaran ürəklərə su səpdi. Əslində, bütün bunlar yaşanmamalı idi. Hakimiyyətdəki AKP-nin bəzi rəsmiləri məzhəbçi, dinçi və dar dünyagörüşlərini cilovlaya bilsəydilər, öz baxışlarını Azərbaycan dövlətinin təhsil doktrini kimi təqdim etməyə çalışmasaydılar, ölkəmizə qarşı bu qədər nifrət və təhqir yağdırılmasaydı, dünyanın və tarixin gözü qarşısında qardaşlıq sınağına çəkilməzdik...

Söhbət Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon açmasından gedir. Hər şeyə rəğmən, iki liderin şəxsi münasibətləri yaranmış böhranın səngiməsinə, demək olar ki, həllinə yol açdı. Anlaşılan budur ki, Prezident İlham Əliyevlə Prezident Ərdoğan arasındakı münasibətlər Türkiyə ilə Azərbaycan arasındakı dostluğu müəyyən edən əsas amillərdəndir.



Amma bu böhrandan hər kəs öz nəticəsini çıxardı. Aydın oldu ki, AKP-yə yaxın bəzi təriqətçi, sarıqlı çevrələr, dinçi icmalar üçün türk və qan qardaşlığı deyil, məzhəb və din pəncərəsindən baxış önə çıxır. Türkiyə cəmiyyətinin hamısını bu çevrələrlə eyniləşdirmək olmaz. Amma onların mövqeyi də görünməli və qiymətləndirilməlidir.

Ərdoğan telefon danışığında Azərbaycanı müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik edib, İlham Əliyevi Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək 13-cü Zirvə toplantısına dəvət edib. Rəsmi məlumatda iki liderin qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın daha da güclənəcəyinə əminlik ifadə etdiyi vurğulanıb.

Bu söhbət mühüm mesaj verdi: Türkiyə ilə Azərbaycan arasındakı dostluğun əsas dayaqlarından biri iki prezidentin münasibətləri, qarşılıqlı etimadı və siyasi iradəsidir. Çox şükür, son həftələrdə yaranmış gərginlik bu strateji xətti dəyişməyib.

Ancaq bizə yaşadılanları da unutmayaq.

Sentyabrın sonlarından Türkiyədə Azərbaycanla bağlı başlayan müzakirələr getdikcə kampaniya xarakteri aldı. Məktəbli geyim qaydaları müzakirə oluna bilərdi, ayrı-ayrı hallarla bağlı narahatlıq da ifadə edilə bilərdi. Lakin bəzi çıxışlar tənqid çərçivəsini aşdı: Azərbaycan dövləti, xalqı və rəhbərliyi təhqir edildi, ölkəmizin daxili məsələlərinə müdaxilə cəhdləri oldu. Ankara və İstanbulda səfirliyimizin və konsulluğumuzun qarşısında altı aksiya keçirildi. İstanbulda konsulluğumuzun polis mühafizəsinə götürülməsi isə heç birimizin görmək istəmədiyi mənzərə idi. Qardaş ölkədə konsulluğumuzu dinçi-məzhəbçi-xialfətçi qaragüruhdan polis qorumalı oldu. Hansı ki, bu qaragüruh elə AKP qərargahından idarə olunur.

Bu kampaniyanın əsas siyasi simalarından biri Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral oldu. Saral Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılmasını qəbuledilməz sayaraq təhdid aksenti ilə Bakını bu tətbiqdən geri çəkilməyə çağırdı. AKP parlament qrupunun sədr müavini Leyla Şahin Usta və AKP deputatı Muhammet Müfit Aydın da Azərbaycanla bağlı təhdid dilində danışdılar. Vəzifəli şəxslərin sözləri təbii olaraq daha geniş siyasi məna daşıyır. Buna görə də onların açıqlamalarının nəticələrinə münasibət bildirmək, suallar vermək haqlıdır.

Amma Türkiyənin səsi təkcə bu çıxışlardan ibarət olmadı. Əksinə, Azərbaycanın suveren mövqeyini müdafiə edən, iki qardaş xalqı üz-üzə qoymaq cəhdlərinə etiraz edən çoxsaylı simalar ortaya çıxdı.

Türkiyənin ülkücü-milliyyətçi kəsiminin lideri, MHP sədri Dövlət Bahçəli Azərbaycanla Türkiyənin tarixi, mədəni və qardaşlıq bağlarının siyasi gündəmdən daha dərin olduğunu vurğuladı. O, qardaşlığa zərər vura biləcək yanaşmalara qarşı olduğunu bildirdi və İlham Əliyevlə Ərdoğanın Ankarada görüşünün bu sarsılmaz iradəni bir daha göstərəcəyinə inamını ifadə etdi.

Eyni mövqeyi AK Partinin qurucularından, Ərdoğanın uzun illər siyasi silahdaşı olmuş sabiq baş nazir Binali Yıldırım da açıq şəkildə ortaya qoydu. Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri olan Yıldırım “Azərbaycanın daxili işlərinə qarışmağa kimin haqqı var?” sualını verdi və belə cəhdlər edənlərin ən sərt şəkildə cəzalandırılmalı olduğunu söylədi. Bu, təkcə qardaşlıq çağırışı deyildi; Azərbaycanın suverenliyinə hörmət tələb edən aydın siyasi mövqe idi.

Atatürkçü və milliyyətçi dünyagörüşünə malik siyasətçilər, ictimai xadimlər, jurnalistlər və vətəndaşlar da Azərbaycanın mövqeyinə haqq verdilər. Türkiyə cəmiyyətində görünən geniş dəstək bir daha göstərdi ki, bir neçə siyasi və dini çevrənin aqressiv çıxışları türk xalqının Azərbaycana münasibətini müəyyən etmir. Xüsusən Qarabağ Zəfərinin rəhbəri, türk dünyasında qəhrəman kimi qəbul edilən Prezident İlham Əliyevin yanında olduğunu deyənlər çox oldu. Bu dəstəyi görürük və yüksək qiymətləndiririk.

Azərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 21-də Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” elan edib və onların ölkəmizə girişinə qadağa qoyub. XİN-in məlumatına görə, qərar Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı yönələn, zorakılığa və dini nifrətin qızışdırılmasına çağırışlarla bağlıdır.



Türkiyənin xoşməramını və qardaşlıq münasibətlərinə hörmətini göstərməsi üçün bu məsələyə də hüquqi müstəvidə yanaşılması vacibdir. Ankaradan gözləntimiz odur ki, Azərbaycanın arzuolunmaz elan etdiyi 31 Türkiyə vətəndaşının açıqlamaları və əməlləri Türkiyə qanunvericiliyi çərçivəsində araşdırılsın. Burada söhbət Azərbaycanın dövlətinə və Prezidentinə qarşı təhqir, zorakılığa çağırış və düşmənçiliyin qızışdırılması iddialarına hüquqi qiymət verilməsindən gedir.

Türkiyənin rəsmi qurumlarının mövqeyi də diqqətdən kənarda qalmamalıdır. AKP sözçüsü Ömer Çelik Azərbaycanı hədəfə alan qrupların partiya və hökumətlə əlaqəli olmadığını bəyan etmişdi. Bu açıqlama məsuliyyətli davranış üçün başlanğıc ola bilər. İndi vacib olan sözlə əməl arasında uyğunluq yaratmaq, qardaş ölkənin suverenliyinə hörmət prinsipini açıq və ardıcıl şəkildə qorumaqdır.

Azərbaycanla Türkiyə arasında fikir ayrılıqları ola bilər. Müzakirələr də, tənqid də ola bilər. Amma heç kim öz dini, siyasi və ya məzhəbi baxışını Azərbaycana diktə edə bilməz. Eyni zamanda, Türkiyə cəmiyyətinin bütövünü bu kampaniya ilə eyniləşdirmək də doğru deyil. Son həftələr göstərdi ki, iki ölkənin münasibətlərini gərginləşdirmək istəyənlər var, amma qardaşlığı müdafiə edənlərin səsi də güclüdür.

Bizim üçün əsas nəticə budur: nə qədər çətinlik yaşansa da, Türkiyə və Azərbaycan xalqlarını düşmənə çevirmək mümkün deyil. İqtidarlarda kimlərin təmsil olunmasından asılı olmayaraq, bu qardaşlığı heç bir qüvvə sındıra bilməz. Ərdoğanın İlham Əliyevə zəngi, onu Ankaraya dəvəti və iki liderin müsbət ruhda keçən söhbəti bu həqiqəti bir daha göstərdi.

(Yeni Müsavat)

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az