• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
Bu gün, 05:39

Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq

Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq


Bakıda yeni metro stansiyalarının tikintisi ətraf ərazilərdə torpaq və mənzil qiymətlərinin artmasına təsir göstərəcək. Lakin bu artım bütün ərazilərdə eyni səviyyədə olmayacaq.

Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, metro yalnız nəqliyyat vasitəsi deyil, həm də ərazinin iqtisadi cəlbediciliyini, yaşayış rahatlığını və investisiya potensialını artıran şəhərsalma amilidir.

"Metro stansiyalarına yaxın ərazilərdə nəqliyyat əlçatanlığının yaxşılaşması mənzillərə, torpaq sahələrinə və kommersiya obyektlərinə tələbatı artıra bilər. Ancaq qiymət artımı ilə bağlı gözlənti faktiki bazar artımı demək deyil. Real dəyişiklikləri müəyyənləşdirmək üçün əvvəlki və hazırkı satış qiymətləri müqayisə edilməli, elan qiymətləri ilə faktiki bağlanmış əqdlərin dəyəri fərqləndirilməlidir", - deyə V.Oruc bildirib.

AQC sədri qeyd edib ki, Yeni Günəşli və ətraf ərazilərdə nəqliyyat əlçatanlığının yaxşılaşması mənzillərə tələbatı yüksəldə bilər. Xüsusilə gələcək stansiyalara piyada məsafəsində yerləşən, sənədləri qaydasında olan və gündəlik infrastruktura çıxışı əlverişli mənzillərin bazar mövqeyinin güclənməsi mümkündür. Bununla belə, qiymətləndirmə zamanı stansiyanın dəqiq yeri və istifadəyə verilmə vaxtı əsas götürülməlidir.

V.Oruc Zabrat, Maştağa və digər şəhərətrafı ərazilərlə bağlı qiymətləndirmələrdə metro layihələri ilə şəhərətrafı dəmir yolu layihələrinin fərqləndirilməsinin vacibliyini vurğulayıb.

"Hər iki infrastruktur növü əmlak bazarına müsbət təsir göstərə bilər. Lakin onların təsir zonaları və qiymət formalaşdırma mexanizmləri fərqlidir. Torpağın dəyəri müəyyənləşdirilərkən nəqliyyatla yanaşı, onun təyinatı, kommunikasiya təminatı, hüquqi statusu və tikinti imkanları da nəzərə alınmalıdır", - deyə o əlavə edib.

Onun sözlərinə görə, Masazır, Saray və Xırdalanda qiymət gözləntiləri nəqliyyat əlaqələrinin yaxşılaşması və şəhərə inteqrasiyanın güclənməsi ilə bağlıdır. Lakin konkret metro layihəsinin marşrutu və icra mərhələsi təsdiqlənmədən bu ərazilərdə məhz metroya görə qiymət artımının baş verdiyini söyləmək düzgün olmaz.

V.Oruc bazarda səsləndirilən 10-30 faizlik artım proqnozlarına da münasibət bildirib. Qeyd edib ki, həmin rəqəmlər bütün ərazilər üzrə təsdiqlənmiş statistik göstərici kimi qəbul edilməməlidir. Belə proqnozlarda artımın hansı müddəti və əmlak növünü əhatə etdiyi, eləcə də hansı qiymət bazası əsasında hesablandığı dəqiqləşdirilməlidir.

"Metro tikintisinin bazara təsiri üç mərhələdə özünü göstərə bilər. Layihə barədə məlumat yayılanda ilkin investisiya gözləntiləri yaranır, tikinti irəlilədikcə ərazinin cəlbediciliyi yenidən qiymətləndirilir, stansiya istifadəyə verildikdən sonra isə faktiki nəqliyyat üstünlüyünün qiymətlərə təsiri daha aydın görünür. Bununla belə, hər mərhələdə qiymət artımı baş verməyə də bilər. Nəticə konkret ərazidəki təklifdən və alıcı tələbindən asılıdır", - deyə AQC sədri bildirib.

O, əlavə edib ki, metroya yaxınlıq tikinti potensialı olan və sənədləri qaydasında olan torpaqların dəyərini yüksəldə bilər. Təyinat məhdudiyyətləri, hüquqi problemlər, kommunikasiya çatışmazlığı və əlverişsiz yerləşmə isə qiymət artımını məhdudlaşdıra bilər.

V.Oruc yeni metro xətləri və stansiyalarının yerləşəcəyi ərazilərdə müntəzəm əmlak qiymət monitorinqinin aparılmasını faydalı hesab edir. Onun fikrincə, bu, vətəndaşların daha əsaslandırılmış qərar verməsinə, investorların riskləri qiymətləndirməsinə və şəhərsalma qərarlarının iqtisadi təsirlərinin ölçülməsinə imkan yaradar.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az