• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-07-2026 Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi
  • 21-07-2026 Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
  • 21-07-2026 İyulun 22-də bütün pensiyalar köçürüləcək
  • 21-07-2026 Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
  • 21-07-2026 Bakıda təcili tibbi yardım üçün motosikletlər istifadəyə veriləcək
  • 21-07-2026 Pirallahıda avtobus piyadanı vuraraq öldürdü
  • 21-07-2026 Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - VİDEO
  • 21-07-2026 Bayramovun Moskva səfərindən 1 gün sonra... - Səfirliyimiz NİYƏ vuruldu?
  • 21-07-2026 4 rayonda İŞIQ OLMAYACAQ
  • 21-07-2026 "Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
  • 21-07-2026 Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
  • 21-07-2026 "Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
  • 21-07-2026 Nigar Fərhaddan şikayət - “17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir” - VİDEO
  • 21-07-2026 Yamalın atası Messidən gənc imiş
  • 21-07-2026 "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
  • 21-07-2026 Aaron Maluda “Bazel”ə keçə bilər
  • 21-07-2026 “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas

XƏBƏRLƏR

    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
6-11-2025, 10:07

Bir xəbərdarlıq da Mais Məmmədova elan edilsəydi… - NARAZILIQ VAR...

[center]Bir xəbərdarlıq da Mais Məmmədova elan edilsəydi… - NARAZILIQ VAR...[/center]

Məlum olduğu kimi 30 oktyabrda Bakı şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Məlumata görə, müşavirədə qış mövsümünə hazırlıq, Yeni il tədbirlərinin keçirilməsi ilə bağlı iş planı, Prezident İlham Əliyevin Azərbaycan paytaxtında həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş tapşırıqlarının icrası və şəhərin parklarında gül və yaşıllıqların dizaynı müzakirə edilib.Rayon İcra Hakimiyyətləri başçılarına Yeni ilə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib. Müşavirədə həmçinin mümkün qar yağması ilə bağlı hərtərəfli tədbirlər planı qəbul edilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, bu gün dövlət qulluqçularının əksəriyyəti öz vəzifələrini vicdanla yerinə yetirir. Lakin etik pozuntular və vəzifə səlahiyyətlərindən sui-istifadə halları tamamilə qəbuledilməzdir. O, vurğulayıb ki, bu cür davranış dövlət qulluğu prinsiplərinə ziddir və dərhal və obyektiv şəkildə qiymətləndirilməlidir.

“Bəzən məsul vəzifələrin həvalə edildiyi bəzi qədirbilməz məmurların xəstə ambisiyalarla idarə olunaraq deqradasiyaya uğradığı və qəbuledilməz hərəkətlər və hətta xəyanət yoluna düşdüyü hallari ilə qarşılaşırıq. Qoy hamı xatırlasın ki, Azərbaycan Prezidentinin siyasəti sayəsində dövlət vahid bir qurumdur, o cümlədən praktikada gördüyümüz kimi özünü səhlənkar məmurlardan təmizləməyə qadirdir. Bütün məmurlar unutmamalıdırlar ki, onların işini qiymətləndirmək üçün əsas meyar məsuliyyət və sədaqətdir”, – deyə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bildirib.

Qeyd edək ki, məlum müşavirədən iki gün sonra, noyabrın 1-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Qaradağ rayon İcra Hakimiyyətində yoxlamaların aparılması nəticəsində rayon icra başçısının müavini Nadir Yədulla oğlu Muradovun həbs edilməsi ilə bağlı məlumatlar yayıldı.

Sonradan medianın yaydığı məlumatlarda isə qeyd edilir ki, hələ 2023-cü ilin noyabr ayında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakıətrafı qəsəbələrdə təmizliklə və bir sıra problemlərlə bağlı müşavirə keçirib. Eldar Əzizov həmin müşavirədə bir sıra qəsəbələrin nümayəndələrinə, eləcə də RİH-nin rəhbərlərinə ciddi iradlar tutub və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı əməli tədbirlər planının hazırlanması tapşırılıb. Müzakirələrin nəticəsi olaraq Qaradağ RİH başçısının müavini Nadir Muradov və Binəqədi RİH başçısının müavini Hacıbala Babayevə xəbərdarlıq elan edilib.

Qeyd edək ki, hazırda Bakı şəhərində ən çox narazılıqların baş verdiyi rayonlardan biri, bəlkə də birincisi Suraxanı rayonudur. Hazırda Suraxanı rayonunun ərazilərində, istər Suraxanı qəsəbəsi, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış massivi, istərsə də Hövsan qəsəbəsində daş qoymağa yer yoxdu. Sadaladığımız ərazilərdə qanunsuz tikililər baş alıb gedir. Bununla bağlı sosial şəbəkələrdə və elektron mediada saysız hesabsız məlumatlar var. Bəzən bu kimi hallar mərkəzdən kənarda, bəzi hallarda isə Suraxanı rayonunun ərazilərinə cavabdeh, məsul şəxslərin gözü qarşısında baş verir. Məsələn, elə Suraxan rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədovun.

Qeyd edək ki, hazırda Suraxan rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin inzibatı binasının yerləşlidiyi küçədə, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi bərbad vəziyyətdədir. Sözügedən küçədə, 43 saylı poliklinikanın sağ-solu keçilməz haldadır. Buna səbəb ərazidə aylardır aparılan tikinti işləridir. Yəni, bütün bunlar rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədovun gözləri qarşısında baş verir. Ərazidə tikinti işləri aparan şirkətlə (Bu şirkətin yol verdiyi bir çox qanuna zidd əməllər başqa bir yazının mövzusudur və yaxın günlərdə ictimaiyyətə çatdıracıq.) qəsəbə sakinləri arasında yaranan mübahisəli hallardan, narazılıqlardan Mais Məmmədov xəbərdardır. Amma nədənsə Mais Məmmədov sakinlərin haqlı narazılıqlarını gözardı edir, bir tikinti şirkətinin bərbad hala saldığı yolla hər gün işə gedib-gəlir.(Fotolarda əks olunan küçə ilə)

Məlum olduğu kimi ötən il Suraxanı rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. Prezident İlham Əliyevin 8 iyul 2024-cü il tarixli Sərəncamı ilə keçmiş deputat Adil Əliyev Suraxanıda İcra başçı vəzifəsinə təyin edilib. Mais Məmmədov isə artıq 30 ilə yaxındır ki, sözügedən vəzifənin başındadır. O, hələ Hacıbala Abutalıbovun 1995-2000-ci illərdə Suraxanı rayon İcra Hakimiyyətinə başçılıq etdiyi dönəmlərdən Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis vəzifəsində çalışır. Mais Məmmədov 2005-2019-cu illərdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olmuş İlqar Abbasovla da yüksək səviyyədə işbirliyi həyata keçiriblər. 12 noyabr 2019-cu il tarixdən 8 iyul 2024-cü il tarixə qədər Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olmuş Əziz Əzizovla da işləyib. Son bir ildir bu siyasəti Adil Əliyevlə uğurla davam etdirir.

Artıq 30 ilə yaxın bir müddət ərzində Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə rəhbərlik edən Mais Məmmədovun fəaliyyəti də göz qabağındadır. Onun tutduğu vəzifə hesabına əldə etdikləri imkanlar barədə dövrü mətbuatda çox yazılıb. Yayılan informasiyalara görə, rayonun ayrı-ayrı qəsəbə və ərazilərində biznes obyektləri tikdirib.Bir restoranı da elə rəhbəri olduğu qurumun yaxınlığındakı parkın içində yerləşir. Mais Məmmədovun bunları hansı yollarla əldə etdiyinə gəlincə. Təbii ki, rayon ərazisində təmir-tikinti, abadlıq və digər işlərin görülməsi üçün büdcədən ayrılmış dövlət vəsaitlərinin silinməsi hesabına.

Məsələn elə 20.12.2024-cü ildə abadlıq işləri üzrə avadanlıqların alınması üzrə keçirdiyi açıq tenderdə İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 222.562,36 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Hansı ki, “İnpeks.N” MMC həm riskli vergi ödəyicisidir, həm də külli miqdarda verği borcu var və qanunla satınalmalarda iştirakına yol verilməməlidir. Amma Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi satınalmanın təşkili zamanı “İnpeks.N” MMC-nin tenderdə iştirakına yol verib. Çünki şirkət rəhbərliyi ilə Mais Məmmədovun uzun müddətli işbirliyi olub və 25.05.2017-ci ildən 30.12.2019 -cu ilə qədər ehtiyat hissələrinin alınmasından tutmuş, təsərrüfat mallarının, abadlıq işləri üzrə avadanlıqların satın alınması, asfalt örtüyü işlərinin görülməsi, mənzil fondunun təmir işləri, xüsusi geyimlər alınması, ödənişli ictimai işlərə cəlb edilmiş işçilərin mal-material və xususi geyimlərlə təmin edilməsinin satınalınmasına qədər ümumi dəyəri 3 656 601 manat olan 22 satınalma müqavilələri bağlayıblar. Bu vəsaitlərin çoxu isə Mais Məmmədovun şəxsi biznesinə yatırılıb.

Yuxarıda qeyd etdiyimiz kimi, artıq 30 ildir bir vəzifənin başında oturan Mais Məmmədovun fəaliyyəti göz qabağındadır. Sizə təqdim etdiyimiz fotolarda da hər şey göz qabağındadı. Bütün bunları Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da görür. Bütün bu göz qabağında olan əməllərinə görə Eldar Əzizov bir xəbərdarlıq da Mais Məmmədova elan etsədi, nə olardı? //Aktualinfo.net//

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az