• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 06-09-2026 Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
  • 06-09-2026 Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
  • 06-09-2026 "Fənərbağça" uduzdu, azarkeş öldü
  • 06-09-2026 BDYPİ sürücülərə müraciət etdi
  • 06-09-2026 Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
  • 06-09-2026 Hava ilə bağlı son məlumat açıqlandı
  • 06-09-2026 Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
  • 06-09-2026 Qubada ağır qəza - Ölən və yaralananlar var
  • 06-09-2026 İran ABŞ gəmilərinə hücum etsə, tankerlərini məhv edəcəyik
  • 06-09-2026 Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • 06-09-2026 Qəhvə içib yola çıxan sürücülərin nəzərinə: 20 kilometr sonra...
  • 06-09-2026 Putin Moskvada Uitkoff və Kuşnerlə görüşdü - Yenilənib
  • 06-09-2026 "Qarabağ"da gözlənilməz ayrılıq
  • 06-09-2026 Ağdamda traktor minaya düşdü
  • 06-09-2026 Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
  • 06-09-2026 Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
  • 06-09-2026 Putin: Kiyevə zərbələrin dayandırılması xahişi rəsmi kanallarla daxil olub
  • 06-09-2026 Süleyman Şükürov Avropa çempionu oldu
  • 06-09-2026 Yunanıstanda qəzaya uğrayan qırıcının pilotları həlak olub
  • 06-09-2026 Tuğba Ekinçi saxlanıldı

XƏBƏRLƏR

    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
    Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
    Süleyman Şükürov Avropa çempionu oldu
    "Qalatasaray" İstanbul derbisində qalib gəldi
    Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu
    "Qalatasaray" səfərdə "Başakşehir"i məğlub etdi - Türkiyə Superliqası
4-11-2025, 10:40

İcra başçısı Şəhid atasını kabinetindən QOVDU... - ÖZBAŞINA QALIB...

İcra başçısı Şəhid atasını kabinetindən QOVDU... - ÖZBAŞINA QALIB...


"Şəhid gizir Məhəmməd Məmmədovun atası Bilal Məmmədov cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edib. Müraciətdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində ona qarşı edilən haqsızlıqdan bəhs edir". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Sima Babayeva qeyd edib.
O daha sonra bunları bildirir: "Gizir Məhəmməd Məmmədov Biləsuvar rayonunda boya-başa çatıb. 44 günlük Vətən Savaşında kəşfiyyatçı bölüyündə olub. 2020-ci il Şuşa əməliyyatında iştirak edərək yaralanıb. O zəfərdən sonra hərbi xidmətini dayandırmır. 2022-ci il Qisas əməliyyatında da vuruşur. Bu əməliyyatdan sonra düşmən gülləsinə tuş gəlib şəhid olur…
Şəhid ailələrinə, qazilərə dövlətimizin, dövlət başçımızın diqqət və qayğısının daim şahidi oluruq. Gərək ki onun tabeliyindəki məmurlar da bu davranışı özlərinə örnək götürsünlər. Lakin çox təəssüf ki, paytaxtın Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev kimi məmurlar birbaşa Prezidentə qarşı fəaliyyət göstərirlər. Bəli, şəhid ailəsinə qarşı etinasızlıq etmək, kobudluq göstərmək birbaşa dövlət başçısına qarşı çıxmaqdır. Bu əməlin başqa adı yoxdur.
Şəhid atası Bilal kişi deyir ki, oğlu subay idi, nişanlanmışdı, toy edə bilmədi. Məhəmməd Bakıdan ev almağı çox arzu edirmiş. Amma ömür vəfa etmədi. Cavan ömrünü erməni atəşi yarımçıq kəsdi… İndi ailəsi onun arzusunu həyata keçirmək istəyir ki, özləri də, Məhəmmədin ruhu da bir az rahatlıq tapsın.
Ailənin qız övladı Sabunçuda yaşadığına görə valideyn orada qeydiyyata düşərək ev almaq üçün yerli icra hakimiyyətinə müraciət edib.
Əvvəl bir neçə sənəd tələb ediblər. Şəhid ailələrinin işləri ilə məşğul olan şöbənin Fəqan adlı rəisi deyib ki, Biləsuvardan ev növbəniz buraya köçürülməlidir. Hamısını vaxtında edib şöbəyə təqdim ediblər. Sonra bildirilib ki, ev növbəsinə götürə bilmərik, bəs dediyiniz qərar daha qüvvədə deyil.
Şəhid atası bunu eşidib yollanır Prezident Administrasiyasına. Zeynal Nağdəliyevin müavini onu qəbul edib icra hakimiyyətinə göstəriş verəcəyini deyir. Yenidən icra hakimiyyətinə gələndə onu icra baaşçısı Adil Vəliyevin qəbuluna aparırlar.
Cənab Vəliyev şəhid atasına, onun probleminə çox laqeyd münasibət göstərir. Məsələni həll etmir, ardından da deyir ki, otaqdan çıx, iclasım var. Bilal Məmmədov bu dəfə Birinci Vitse-Prezident Mehriban Əliyevaya məktub yazıb kömək istəyir. Məktubu ilə əlaqədar onu qəbul edib yenidən icra hakimiyyətinə yönəldirlər. Bu dəfə də Sabunçu icra başçısı üçün ali hakimiyyətin sözünün, qərarının təsiri olmur.
Bilal Məmmədov deyir ki, yaşadığı Biləsuvar rayonunda özünə, ailəsinə qarşı tamam başqa rəftar görür. İcra başçısı, onun müavinləri, rayondakı bütün məsul işçilər daim hörmət göstərirlər. Sabunçudakı kimi “get, qəbul günündə gələrsən” söhbəti olmur. İstədiyi vaxt istədiyi idarəyə gedib sözünü deyə bilir. Sabunçuda isə Adil Vəliyevin harınlığı o qədər qaysaqlanıb ki, yuxarılardan gələn göstərişləri, Prezidentin qərar və tövsiyələrini də inkar edir. Bu cənab Adil Vəliyevin şəhid ailələrinə, qazilərə etdiyi saymamazlıqlardan, həqarətdən bir nümunədir.
Niyə belə edirlər?
Şəhid ailələri görəsən bunlara nə pislik edib? İşğalçı erməniləri torpaqlarımızdan qovduqlarına görə?
Axı canını fəda etmiş hərbçilərimiz olmasaydı, indi Allah bilir sizi kimi kreslo hərislərinin aqibəti necə olardı. Şəhid atası öz qanuni haqqını tələb edir. Cibinizdəki yığdığınız pullardan pay istəmir.
Şəhid ailəsi, elə adi vətəndaş müraciətində səhv etsə belə heç bir məmurun ixtiyarı yoxdur ki, insanlarla yüksək, alçaldıcı tonla danışsın. İnsan səhv ünvana müraciət edibsə, məmurun borcudur ki, onu məsələni qanunla həll edə biləcək təşkilata yönəltsin. Çünki onlar bunun üçün təyin olunublar.
Cənab Prezident bu qədər gərgin iş rejimində şəhid valideynlərinə, ahıl insanlara zamanından ayıra bilir, görüşlərdə xüsusi qayğı göstərir, güzəştlər edir, stəkanı götürüb su içizdirir, qollarından tutub əyləşdikləri yerə kimi aparırsa, onun rəhbərliyi altında işləyənlər də belə olmalıdırlar.
Xatırladım ki, Sabunçu icra başçısı Adil Vəliyev 2012-ci ildə bu vəzifəyə təyin olunub. Artıq 13 ildir işləyir. Ramiz Mehdiyevin qılıncının altından keçmiş icra başçıları silsiləsindən qalanlardandır.
Adil Vəliyevin dünyaya göz açdığı Qubadlı da işğal edilmiş rayonlarımızdan idi. Şəhid atasını kabinetiindən qovanda heç olmasa yadına salardı ki, onun, nəsil-nəcabətinin üzərindən məcburi köçkün adı qapıdan qovduğu, qapı arxasında saxladığı ana-ataların övladlarının qanı-canı hesabına götürülüb".

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az