• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 06-09-2026 Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
  • 06-09-2026 Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
  • 06-09-2026 "Fənərbağça" uduzdu, azarkeş öldü
  • 06-09-2026 BDYPİ sürücülərə müraciət etdi
  • 06-09-2026 Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
  • 06-09-2026 Hava ilə bağlı son məlumat açıqlandı
  • 06-09-2026 Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
  • 06-09-2026 Qubada ağır qəza - Ölən və yaralananlar var
  • 06-09-2026 İran ABŞ gəmilərinə hücum etsə, tankerlərini məhv edəcəyik
  • 06-09-2026 Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • 06-09-2026 Qəhvə içib yola çıxan sürücülərin nəzərinə: 20 kilometr sonra...
  • 06-09-2026 Putin Moskvada Uitkoff və Kuşnerlə görüşdü - Yenilənib
  • 06-09-2026 "Qarabağ"da gözlənilməz ayrılıq
  • 06-09-2026 Ağdamda traktor minaya düşdü
  • 06-09-2026 Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
  • 06-09-2026 Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
  • 06-09-2026 Putin: Kiyevə zərbələrin dayandırılması xahişi rəsmi kanallarla daxil olub
  • 06-09-2026 Süleyman Şükürov Avropa çempionu oldu
  • 06-09-2026 Yunanıstanda qəzaya uğrayan qırıcının pilotları həlak olub
  • 06-09-2026 Tuğba Ekinçi saxlanıldı

XƏBƏRLƏR

    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
    Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
    Süleyman Şükürov Avropa çempionu oldu
    "Qalatasaray" İstanbul derbisində qalib gəldi
    Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu
    "Qalatasaray" səfərdə "Başakşehir"i məğlub etdi - Türkiyə Superliqası
4-11-2025, 07:40

Səbuhi Əhmədov adını dəyişmiş “KRAL TƏMİR TİKİNTİ” ilə işbirliyini davam etdirir - İLGİNC FAKTLAR

Səbuhi Əhmədov adını dəyişmiş “KRAL TƏMİR TİKİNTİ” ilə işbirliyini davam etdirir - İLGİNC FAKTLAR


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Bakı və Sumqayıt şəhərləri, Abşeron, Şabran və Kürdəmir rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən mənzillərin və fərdi yaşayış evlərinin təmiri üzrə 05.09.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “İS TƏMİR TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 485.358,53 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 31.10.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, bu Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə “İS TƏMİR TİKİNTİ” MMC arasında bağlanan ilk müqavilə deyil. Tərəflər arasında 23.09.2020-ci ildən 31.10.2025-ci ilə qədər 5 satınalma müqaviləsi bağlanılıb. Əvvəlki müqavilələr “KRAL TƏMİR TİKİNTİ” MMC ilə bağlanılıb.

Saatlı rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbələrdə fərdi yaşayış evlərinin təmiri işləri üzrə 293 182.1 manat dəyərində müqavilə 23.09.2020-ci il tarixdə “KRAL TƏMİR TİKİNTİ” MMC ilə bağlanıb.

Bakı şəhəri və Şabran rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbələrdə fərdi yaşayış evlərinin,mənzillərin və pilləkan qəfəslərinin təmiri üzrə 269.897,2 manat dəyərində müqavilə 14.09.2022-ci il tarixdə “KRAL TƏMİR TİKİNTİ” MMC ilə bağlanıb.

Bakı şəhəri, Abşeron, Sabirabad, Füzuli, Şabran və Ağcəbədi rayonları ərazisində salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin, mənzillərin və drenaj şəbəkəsinin təmiri işləri üzrə 685.777,57 manat dəyərində müqavilə 03.05.2024-cü il tarixdə “KRAL TƏMİR TİKİNTİ” MMC ilə bağlanıb.

Bakı şəhəri, Biləsuvar, Şabran, Füzuli və Göygöl rayonları ərazisində salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin,mənzillərin,qəsəbədaxili çınqıl yolun və asfalt yolun təmiri işləri üzrə 760.480,73 manat dəyərində müqavilə 18.09.2024-cü il tarixdə “KRAL TƏMİR TİKİNTİ” MMC ilə bağlanıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “İS TƏMİR TİKİNTİ”(VÖEN: 1501588001) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 22.02.2010-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AK.HƏSƏN ƏLİYEV, ev 90, m. 9,qanuni təmsilçisinin isə Qasımov Sərvər Səməd oğlu olduğu qeyd edilib.

Reyestr məlumatlarına edilmiş dəyişiklidə MMC-nin ilk adı “KRAL TƏMİR TİKİNTİ” olub. 13.01.2025-ci ildən adını dəyişərək “İS TƏMİR TİKİNTİ” MMC-yə çevrilib. Göründüyü kimi, ad dəyişsə də “KRAL TƏMİR TİKİNTİ” hələ də yerindədir və “Qaçqınkom”la işbirliyini davam etdirir.

Məlum olduğu kimi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Baş nazir Əli Əsədov Milli Məclisin 14 mart 2025-ci ildə keçirilən plenar iclasında, hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib ki, 2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. “2025-ci ildə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub”, – deyə o qeyd edib.

Bunlarla yanaşı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən uzun illər yurd həsrəti çəkən ailələrin doğma torpaqlara qayıdışı davam etdirilir. Belə olan halda sözügedən Komitə köçkün ailələrinin məskunlaşdığı köçkün qəsəbələrində yerləşən mənzillərin və fərdi yaşayış evlərinin təmirinə nə üçün vəsait ayırır? Ümumiyyətlə, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılmasının gündəmdə olduğu vaxtda bu təyinat üzrə külli miqdarda dövlət vəsaitinin büdcədən silinməsini nə dərəcədə səmərəli xərc hesab etmək olar: Yaxşı olmazdımı ki, həmiun vəsait Qarabağda və Şərqi Zəngəzurda evlərin inşasına və infrastrukturun qurulmasına yönəldilsin?

Məlum olduğu kimi hər il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ilə kifayət qədər vəsait ayrılır. Fərdi yaşayış evlərinin təmiri üçün ayrılan vəsitlər hansı şəkildə həyata keçirilir? Aydın məsələdir ki, tender yolu ilə.

Bəs bu tenderləri kimləri udur? Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə və Departament sədri Səbuhi Əhmədova yaxın şirkətlər. Hamısı da eyni qayda olaraq dövlət vəsaitləriinin konkret olaraq hansı ünvanda və neçə fərdi yaşayış evinin təmirinə ayrıldığı göstərilmədən.

Qeyd edək ki, Dövlət Komitəsində Mənzil İstismar Departamentinin sədri Səbuhi Əhmədovdur. O, bu vəzifəyə 2019-cu ilin martında Dövlət Komitəsinin sədri Rövşən Rzayev tərəfindən təyin edilib. 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” NQÇ-nin rəisi vəzifəsində çalışıb. Mediada məcburi köçkün ailələri tərəfindən Səbuhi Əhmədovun xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlayaraq vətəndaşların pulunu ələ keçirməsi və digər qanunsuz əməlləri ilə bağlı geniş məlumatlar var. //Aktualinfo.net//

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az