• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
27-10-2025, 16:45

Nefqazintikinti» Trestindən daxil olan şikayətlər ciddi araşdırılmasa…

Nefqazintikinti» Trestindən daxil olan şikayətlər ciddi araşdırılmasa…


Qurumun müdiri Qağaməli Seyfullayevin barəsində yazılanlar barədə sorğu etdiyimiz qurumlardan reaksiyalar var, amma SOCAR-ın mətbuat xidməti, deyəsən, «susmaq qızıldır» prinsipi ilə fil qulağında yatıb…
Ötən buraxılışımızda SOCAR-ın «Nefqazintikinti» Trestindən daxil olmuş və araşdıraraq dəqiqləşdirdiyimiz bir sıra faktlara artıq bəzi qurumlardan reaksiyalar var. Bu barədə ətraflı bəhs ediləcək. Lakin «Media haqqında» Qanunun tələblərinə uyğun olaraq bir sıra fakt və sübutları, məlumatlar həm trestin özünə, həm də qurumun tabe olduğu SOCAR-ın mətbuat xidmətinə mövqe bildirilməsi üçün göndərmişik. Maraqlıdır ki, trestin müdiri Qağaməli Seyfullayevin barəsində yazılanlar barədə sorğu etdiyimiz qurumlardan reaksiyalar var, amma qurumun birbaşa tabe olduğu
SOCAR-ın mətbuat xidmətindən isə səs çıxmır. Niyə??? Tənqidi bir yazı olan kimi isə cumurlar məhkəmələrə və təsir və təzyiq göstərməyə. Deyəsən, SOCAR-ın mətbuat xidməti «susmaq qızıldır» prinsipi ilə fil qulağında yatıb! Amma onu da bilmək lazımdır ki, indi susmaq həm də razılıq əlamətidir!
«Nefqazintikinti» Trestindən daxil olan şikayətlər isə səngimir, çünki…
Beləliklə, qısa olaraq deyək ki, trestdə çalışan Zakir Şirinov, Firidun Əliyev, Günel Ramazanova, Ramil Ağayev və daha bir neçə nəfər işə qəbul imtahanlarındakı saxtakarlıqlardan SOCAR-ın Baş ofis rəhbəri Ziba xanım Mustafayevaya da şikayət ediblər. Amma maraqlıdır ki, ya bu şikayətləri hörmətli Z.Mustafayevaya çatdırmırlar, ya da… Halbuki təkcə bizə təqdim olunan və araşdıraraq əldə etdiyimiz subutlar var ki, necə deyərlər, yerlə göy birləşsə belə, inanmarıq ki, Ziba xanım Mustafayeva belə bir saxtakarlığa göz yumsun. Məsələn, trestdə bilməyən yoxdur ki, SOCAR-ın Baş ofisinə ünvalanan (göndərilən) şikayətlərdə Q.Seyfullayevin sağ əli hesab olunan, trestin İnsan Resursları şöbəsinin rəisi olan Aqşin Hüseynzadə keçirilən bütün işə qəbul və yerdəyişmə prosedurlarını necə saxtalaşdırır. Bizdə olan sənədlərdə imzalar, adlar və cənab Hüseynzadənin dəsti-xətti guya Qağaməli Seyfullayevə məlum deyil?! Redaksiyanın elektron poçtuna yazılan məktublarda «Bunlar nədir ki! Siz bu faktlara diqqət edin!» yazıb elə faktları sadalayırlar ki, bunlar sadəcə, ağlagəlməz əməllərdir!



Yeri gəlmişkən, redaksiyaya yazılan elektron məktubda da soruşulur, ELƏ BİZ DƏ SORUŞMAQDA VƏ SUAL VERMƏKDƏ HAQLIYIQ Kİ, niyə hörmətli Z.Mustafayeva kurasiyasında olan belə bir ciddi sahə ilə bağlı trestdə monitorinq aparmır ki, axı, burada işə qəbul necə aparılır? Bu doğrudanmı çətindir? Çətindirsə, redaksiyamız bəzi sənədləri Z.Mustafayevaya şəxsən təqdim edə bilər. Onda Z.Mustafayeva biləcək ki, özünü sakit, işgüzar, iş bilən, zəhmətkeş, çörək verən kimi göstərən «Nefqazintikinti» trestinin müdiri Qağaməli Seyfullayev nəinki trestdə «ailə podratı» yaradıb, eləcə də yeznələrini, kürəkənlərini, bu da bəs etməyib, kürəkəninin qohumlarını da burada işlə təmin edib, qısa vaxtda yerlərini rahat sahələrə dəyişdirib, dərəcələrini artırıb… Lakin uzun illərdir burada çalışan və dərəcəsini, iş yerini, ixtisasını dəyişdirmək istəyənlər qapı arxasında saxlanılır! Ötən yazıdakı bir neçə faktı yenidən hörmətli Z.Mustafayevin və SOCAR Prezidenti cənab Rövşən Nəcəfin diqqətinə çatdırırıq: budur, Qağaməli Seyfullayevin bacısın həyat yoldaşı Nazim Sadatovu «Qaz İxrac İdarəsi»ndən gətirərək qısa zaman içində trestin İnsan Resursları şöbəsinin rəisi Aqşin Hüseynzadənin saxta sənədləşməsi və gözə kül üfürmə taktikası ilə tez bir zamanda vəzifəyə yüksəldib. «Siz Aqşin Hüseyzadənin müavini Şahin Qürbətovun da fəaliyyətini araşdırın. SOCAR-da və kənar qurumlarda da Şahin Qürbətovu iş düzəldən, işə götürən… bir sözlə, «bal tutub barmaq yalayan» kimi tanıyırlar, əlimizdə nə qədər desəniz faktlar var…», -deyə yazanlar da haqlıdır. Ötən yazınızda doğru sual etmisiz ki, Sahin Qürbətovun qardaşı Samir Qürbətov necə olur ki, işlədiyi bir il ərzində müvəqqəti işə götürüldüyü halda, dərhal dənizə aparılıb? Siz həm də Aqşin Hüseynzadədən soruşun ki, o, ərəb dilini bilirmi?».
***
Beləliklə, “Neftqaztikinti” Trestinin rəisi Qağaməli Seyfullayevin dəstəklədiyi fəaliyyətə diqqət edək: məsələn, redaksiyanın əldə etdiyi və 20.02.2025-ci ilə aid olan bir sənəd «Namizədlərin sahə üzrə qiymətləndirilməsi» adlanır. Bu xüsusi blankdır və siyahı üzrə təqdim olunmuş şəxslərin sənədləri imtahan komissiyasına verilir, sonra hər bir işə girmək istəyən şəxs suallara cavab verməlidir. Ötən yazımızdan sonra redaksiyaya məktub yazan və trestin İnsan Resursları şöbəsinin rəisi olan Aqşin Hüseynzadənin imtahanından «2» alan N.R. yazır ki, şəxsən çoxsaylı işçilər var ki, illərdir həyatımızı həsr etdiyimiz sahə üzrə bütün biliklərə və təcrübəyə malik olsaq da, sualların qoyuluşunda çaşdırıcılığı bir kənara atssaq belə, cavablardakı adi bir hal hər şeyi alt-üst edir. Sitat: «Axı, bizim sahə həm də praktika ilə bağlıdır, bu da bizdə var. Bununla belə, daim bu imtahanlara ciddi də hazırlaşmışıq. Amma, atalar demiş, sən saydığını say, gör, trestin İnsan Resursları şöbəsinin rəisi olan Aqşin Hüseynzadə nə sayır. Belə ki, imtahan sənədimiz rəhbərliyin göstərişi ilə əvvəlcədən işə götürülməli şəxsə verilir, o da bir neçə həmin suala evində hazırlaşır və imtahanda bülbül kimi ötür, komissa üzvləri isə vərəqə yazır ki, «Suala dolğun cavab verdi» və s. Blankın yuxarı hissəsinə baxsanız, orada vakansiya belədir: «Mühəndis (Komplektləşdirmə üzrə)». Namizədin adının qarşısı isə boşdur. Axı belə olmalı deyil, imtahan götürən komissiya bunu necə qəbul edir? Məqsəd budur ki, burada suallara cavab qələmlə işarələnməlidir (test qaydasında), cavablar təhvil veriləndə isə Aqşin Hüseynzadə Qağaməli Seyfullayevin göstərişi ilə işə kimi götürəcəksə, onun ad və soyadını yazıb «Urraaa» deyir. Belələrinin siyahısını sizə təqdim edirik: Məsələn, Bəkizadə Murad Nəriman oğlu «Veysəloğlu» Şirkətlər Qrupunda ticari işlərlə məşğul olub. Trestinin müdiri Qağaməli Seyfullayevin növbəti əmrində yazılır: «Bəkizadə Murad Nəriman oğlu 18 aprel 2022-ci ildən 13-cü dərəcə ilə Trestin İnsan Resursları şöbəsinə kadrlar üzrə mütəxəssis götürülsün». Müdirin 02 avqust 2023-cü il tarixli əmri ilə isə o, həmin şöbənin rəis müavini vəzifəsinə təyin edilir. Göründüyü kimi, az müddət sonra Bəkizadə ən yüksək ixtisas dərəcəsi və maaşla yeni yüksək vəzifəyə təyin edilir. Bəs görəsən, trestdə uzun illərdir çalışan digər işçilər niyə yada düşmür ki, «Veysəloğlu» kimi ticarət şəbəkəsində işləmiş bir şəxs neft qurğularının təmiri ilə məşğul olan bir trestdə tezliklə irəli çəkilir? Məlumat üçün bildirək ki, Qağaməli Seyfullfayevin müvafiq əmrləri ilə eyni qayda və üsulla yenə də «Veysəloğlu» Şirkətində çalışmış Aygün Qəniyeva, Məhəmməd Babayev də trestdə yüksək vəzifələrə işə götürülüblər. Samir Aslan oğlu Qürbətov ilə 15 iyul 2024-cü il tarixdə 6361 saylı müqavilə ilə trestin 6 saylı Tikinti-Quraşdırma Bölməsinin 2 saylı Tikinti-Quraşdırma Sahəsinə 5 dərəcə ilə müvəqqəti statusla rəngsaz vəzifəsinə işə götürülür… Diqqət edin, 9 dekabr 2024-cü ildə isə, yəni cəmi 5 aydan sonra onu trestin İxtisaslaşdırılmış Təmir-Tikinti bölümünün 3 saylı Tikinti-Quraşdırma sahəsinə izoləedici-plyonkaçı vəzifəsinə daimi işə götürürlər. Bəs Samir Qürbətov kimdir ki, uzun illərdir müvəqqəti işləyənlər dura-dura, onu 5 ayın içində daimi işə qəbul edirlər? Məlum olur ki, o, Trestin İnsan Resursları Şöbəsinin rəis müavini Şahin Qürbətovun qardaşıdır. Maraqldır ki, Samir Qürbətov əmrə görə 1 il müddətinə müvəqqəti işə götürülür, bir il tamam olan kimi isə daimi işə qəbul olunub… Halbuki 2019-cu ildən trestdə işə götürülüb çalışan təcrübəli işçilər var ki, onlar hələ də müvəqqəti işə götürülüblər, gözləri yol çəkir. Onlarla hər il yenidən müqavilə bağlanır…».
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az