• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
24-10-2025, 06:02

Məleykə Abbaszadə: "Bu xidmət ödənişli olacaq"-

Məleykə Abbaszadə: "Bu xidmət ödənişli olacaq"-


Son illər ən ciddi problemlərdən biri abituriyentlərin peşə və ixtisas seçimi ilə bağlıdır. Hər buraxılış imtahanından sonra abituriyentlər və valideynlər ixtisas seçimi mərhələsində ciddi çətinliklərlə üzləşirlər. Bəzən onlar yüksək ödəniş müqabilində müxtəlif təhsil ekspertlərinə müraciət edir, ixtisas seçimini həmin şəxslərin vasitəsilə həyata keçirirlər. Bir çox valideynlər qərarı özləri verir, digərləri isə məktəb müəllimlərinin məsləhətlərinə üz tutur. Lakin təcrübə göstərir ki, bu prosesin sonunda xeyli sayda abituriyent müsabiqədən kənarda qalır.

Bunun əsas səbəblərindən biri ixtisasın düzgün seçilməməsidir. Hətta yüksək bal toplayan abituriyentlər belə yanlış seçim səbəbindən qəbul ola bilmirlər. Bu problemi aradan qaldırmaq məqsədilə Dövlət İmtahan Mərkəzi yeni layihə təqdim edib və mərkəzdə "Peşə seçimi" testlərin tətbiqinə başlanılıb. Bu testlər şagirdlərə öz maraq və bacarıqlarına uyğun peşəni daha dəqiq müəyyənləşdirməyə kömək edir.

Ümumiyyətlə, valideynlərin və abituriyentlərin ən çox narahat olduğu məsələlərdən biri peşə seçiminin necə aparılmasıdır. Onlar hansı peşəni seçməli olduqları, bu seçimin şəxsi maraqlar, qabiliyyətlər və gələcək perspektivlərlə necə uyğunlaşdırılmalı olduğu barədə qərar verməkdə çətinlik çəkirlər.

Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Musavat.com-a müsahibə verib.

- Biz hər ay peşə testlərini açıq şəkildə ictimaiyyətə təqdim edirik. Qeydiyyatdan keçən şagirdlər və abituriyentlər gəlib bu testlərdən keçə bilirlər. Hazırda testlər Dövlət İmtahan Mərkəzinin binasında keçirilir. Yaxın müddətdə platformanı onlayn şəkildə də istifadəyə açmağı planlaşdırırıq ki, hər kəs evdən testdən keçə bilsin. Burada əsas şərt budur ki, cavabları verən şəxs səmimi olsun və testləri başqasına tapşırmasın. Əks halda insan yalnız özünü aldatmış olur. Bu testlər diaqnostik xarakter daşıyır. Daha geniş və fərdi məlumat almaq istəyənlər "Psixoloq.az" platforması vasitəsilə mərkəzin psixoloqlarına müraciət edə bilərlər. Testdən sonra psixoloqlarla individual şəkildə məsləhət almaq mümkündür. Bu xidmət mövcuddur, lakin təəssüf ki, müraciət edənlər hələ azdır.

- Bu testlərdən keçən abituriyentlər bildirirlər ki, sualların sayı çoxdur və müddət 2-3 saata qədər davam edir. Gələcəkdə həm sualların həcmi, həm də testin müddəti ilə bağlı təkmilləşdirmə planlaşdırılırmı?

- Həkimə gedəndə dəqiq diaqnoz istəyirsinizsə, müxtəlif müayinələrdən keçmək lazımdır. Bu test də həmin prinsipə əsaslanır. Onu "tez-bazar" yüngülləşdirmək doğru olmaz. Bu, çox peşəkar hazırlanmış testdir, suallar işlənib və hazır məhsul kimi ictimaiyyətə təqdim edilib. Məqsəd sürətli yoxlama deyil, dəqiq nəticədir.

- Bu testlərin gələcəkdə ödənişli olacağı deyilir...

- Hazırda biz testləri oflayn şəkildə mərkəzin binasında pulsuz keçiririk. Onlayn versiya isə ödənişli olacaq. Hələlik ödənişin məbləği müəyyənləşdirilməyib; bu məsələ müvafiq orqanlarla razılaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq.

- Hər il imtahanlardan sonra valideynlər ixtisas seçimi üçün ekspertlərə və müəllimlərə ödəniş edirlər. Bunu edə bilməyən abituriyentlər çox vaxt düzgün seçim edə bilmədiklərinə görə kənarda qalırlar. Bəzi mütəxəssislər hesab edir ki, DİM süni intellekt vasitəsilə bu sahədə sui-istifadələrin qarşısını ala bilər. Bu mümkün olacaqmı?

- Peşə seçimi yalnız toplanan bala görə yox, həm də maraq və istəyə uyğun olmalıdır. Peşə testlərinin keçirilməsinin məqsədi də məhz budur - uşaqlar öz meyllərinə əsasən peşə seçsinlər. DİM-də Abituriyent Məsləhət Mərkəzləri (AMM) fəaliyyət göstərir və bu xidmət tamamilə ödənişsizdir. Hələlik süni intellekt tətbiq olunmur, məsləhətlər birbaşa mütəxəssislər tərəfindən verilir. Artıq 9 ali təhsil müəssisəsində belə mərkəzlər yaradılıb və abituriyentlər istənilən vaxt müraciət edə bilərlər.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az