• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 06-09-2026 Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
  • 06-09-2026 Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
  • 06-09-2026 "Fənərbağça" uduzdu, azarkeş öldü
  • 06-09-2026 BDYPİ sürücülərə müraciət etdi
  • 06-09-2026 Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
  • 06-09-2026 Hava ilə bağlı son məlumat açıqlandı
  • 06-09-2026 Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
  • 06-09-2026 Qubada ağır qəza - Ölən və yaralananlar var
  • 06-09-2026 İran ABŞ gəmilərinə hücum etsə, tankerlərini məhv edəcəyik
  • 06-09-2026 Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • 06-09-2026 Qəhvə içib yola çıxan sürücülərin nəzərinə: 20 kilometr sonra...
  • 06-09-2026 Putin Moskvada Uitkoff və Kuşnerlə görüşdü - Yenilənib
  • 06-09-2026 "Qarabağ"da gözlənilməz ayrılıq
  • 06-09-2026 Ağdamda traktor minaya düşdü
  • 06-09-2026 Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
  • 06-09-2026 Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
  • 06-09-2026 Putin: Kiyevə zərbələrin dayandırılması xahişi rəsmi kanallarla daxil olub
  • 06-09-2026 Süleyman Şükürov Avropa çempionu oldu
  • 06-09-2026 Yunanıstanda qəzaya uğrayan qırıcının pilotları həlak olub
  • 06-09-2026 Tuğba Ekinçi saxlanıldı

XƏBƏRLƏR

    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
    Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
    Süleyman Şükürov Avropa çempionu oldu
    "Qalatasaray" İstanbul derbisində qalib gəldi
    Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu
    "Qalatasaray" səfərdə "Başakşehir"i məğlub etdi - Türkiyə Superliqası
15-10-2025, 08:53

Naxçıvan əczaçıları “Avromed” monopoliyasından şikayətçidirlər

Naxçıvan əczaçıları “Avromed” monopoliyasından şikayətçidirlər


Naxçıvan şəhərindən olan bir qrup sahibkar “Nyus.Az” xəbər portalının redaksiyasına müraciət edərək, məşğul olduqları əczaçılıq ticarətinin monopoliyaya alındığından şikayətlənirlər. Bildirirlər ki, “Avromed” şirkəti Naxçıvanda dərman deposu açıb preparatların topdan satışı ilə məşğuldur. Bu fəaliyyət növü qanuni əsasda olsa da, şirkət kiçik sahibkarları sıxıntıya salaraq aptekləri onların əlindən almaq istəyir. Odur ki, şikayətlərinin mediada ictimailəşdirilməsinini xahiş edir, bu yolla problemin ölkə Prezidentinin yüksək diqqətinə çatacağına ümid edirlər:

“Elə uyğunsuz şərtlər təklif edirlər ki, adam məcbur qalır işlətdiyi apteki heç nəsiz təslim etsin “Avromed” şirkətinə. Biz Naxçıvan əczaçıları “Avromed” şirkətinin sahibi Cavanşir Feyziyevdən xahiş edirik ki, bu kasıb məmləkətdə apteklər şəbəkəsi yatartmaq fikrindən dönsün, bizlərin çörəyimiz kəsməsin. Onsuz da biz onun şirkəti ilə əməkdaşlıq edirik. Axı bu, allahsızlıqdı, aptekləri bizim əlimizdən almaq istəyir. Bakıda şəbəkə yaradıb, amma paytaxt böyük şəhərdir. Naxçıvan isə fərqli olaraq, bizim gözümüzü dikdiyimiz kiçik ərazidir. Çörək yerimizi sıxma-boğma ilə, sərf etməyən icarə şərti ilə əlimizdən almaq istəyir. Vicdanı olan iş adamı şərait yaradar ki, xalq işləsin, bir tikə çörəyə möhtac olub yurdunu tərk eləmək məcburiyyətində qalmasın. Biz deyəndə ki şikayət edəcəyik, deyir kimdən kimə şikayət edəcəksiniz, bilmirsiniz ki, “Avromed” kimə bağlıdır? Elə bir ad çəkdi ki, bizim qorxudan o adı çəkməyə dilimiz gəlmir. Dünyanın heç bir yerində topdansatış şirkətləriu zəncirvari aptek məntəqələri yaratmır. Baxın qardaş Türkiyəyə, “Hedef”, “Nobel”, “Selcuk” kimi nəhəng depolar aptek şəbəkələri yaratmayıb. O şirkətlər öz müştərilərini incitmirlər. Niyə Türkiyədə əczaçılar rahat işləyir, pul qazanır, bizimkilər isə az qalır ki dilənsin? Türkiyədə depolar dərmanı aptekə verir, aptek də götürdüyünün pulunu 90 gün müddətində ödəyir. Ancaq Azərbaycanda bu gün verdiyi malın pulunu sabah istəyirlər. İqdır şəhərindən olan həmkarlarımız bizdə bu sahədəki durumu özbaşınalıq kimi qiymətləndirirlər.

Hörmətli Cavanşir müəllim, uzun illərdir bu sahədə təcrübəniz var. Deyin, bu qaydalarla işləməyimiz mümkündürmü? Bizə topdan verdiyiniz qiymətlə dərmanları öz açdığınız şəbəkə apteklərində satdırmağınız hansı qanuna uyğundur? Mərhum Prezident Heydər Əliyevin hakimiyyəti dövründə hər kəs özü dərman gətirirdi. Həm ucuz idi, həm də çeşidi bol idi. İndi isə siz hər şeyə əl qoymusunuz. Bunca qazanırsınız, yetmirmi? Qaydayla 5000 nəfər əhaliyə xidmət üçün 1 aptek ehtiyacdır. Gəlin baxaq, Naxçıvanda nə qədər əhali var və nə qədər aptek var. Mənzərə budur ki, əczaçıların hüquqları ayaq altına alınıb tapdalanır. Naxçıvan Səhiyyə Nazirliyi, Azərbaycan Səhiyyə Nazirliyi hara baxır?

Dünyanın heç bir yerində tibb müəssisələrinin ərazisində aptek olmur. Naxçıvanda isə xəstəxananın, diaqnostika mərkəzinin həyətində apteklər fəaliyyət göstərir. Həmin apteklərin bir qapısı yerləşdiyi tibb müəssisəsinin həyətinə, digər qapısı isə küçəyə açılır. Başa düşüləndir ki, həmin apteklər sığındıqları xəstəxananın həkimləri ilə əlbir işləyəcəklər. Kənarda qalan bizim kimi əczaçılar isə boş yerə gözləyirik ki, aldığımız dərmanların istifadə vaxtı nə vaxt bitəcək, atacağıq getsin, pulunu cibimizdən ödəyək. Bəs elə isə işçimizin məvacibini, dövlətin vergisini necə ödəyək?”

Xatırladaq ki, əczaçılıq məhsullarının aparıcı təchizatçısı olan "Avromed Company" uzun illər deputat Cavanşir Feyziyevin şirkəti kimi tanınıb. Lakin 2020-ci ildə şirkətin yaydığı açıqlamaya görə, Cavanşir Feyziyev 2010-cu ilə qədər "Avromed Company" QSC-nin direktoru vəzifəsində çalışıb. İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü "Avromed Company" QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir. "Avromed"in açıqlamasında sonradan qeyd edilib ki, deputat 2016-cı ildə səhmlərini satıb. Bununla belə, hələ də şirkətin Cavanşir Feyziyevə məxsus olması barədə iddialar var.

Nisa Şirvanlı

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az