• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 04-06-2026 Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • 04-06-2026 Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
  • 04-06-2026 ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio
  • 04-06-2026 Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
  • 04-06-2026 Saat 10:00-da bu ərazilərdə işıq KƏSİLƏCƏK
  • 04-06-2026 Maşınla yola çıxanlar mütləq OXUSUN - 11 küçədə…
  • 04-06-2026 Xəzərdə zəlzələ oldu
  • 04-06-2026 Tələbələrə "süni intellektdən istifadə etməyin" deyən akademik məqaləni süni intellektə yazdırdı
  • 04-06-2026 Azərbaycan millisi finalda - Avropa çempionatı
  • 04-06-2026 İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
  • 04-06-2026 Narkotik istifadə edirlərmiş
  • 03-06-2026 Prezident Mərkəzi Bankın yeni binasının açılışında - FOTOLAR
  • 03-06-2026 Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
  • 03-06-2026 "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
  • 03-06-2026 51 min şəxs imtahan verəcək - Bazar günü
  • 03-06-2026 Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ
  • 03-06-2026 Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
  • 03-06-2026 Ağdaşda ağır qəza: Ölən və yaralanan var
  • 03-06-2026 50 qramı belə təhlükəlidir - Yeməyin
  • 03-06-2026 Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı

XƏBƏRLƏR

    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
    Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
    Azərbaycan U-21 millisində dəyişiklik
    Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
29-09-2025, 10:39

Uçotdan silinmiş peyvəndlərdən Sərdar Hacıyevin qazancı nə olub, Cəfər Məhərrəmovun nə…

Uçotdan silinmiş peyvəndlərdən Sərdar Hacıyevin qazancı nə olub, Cəfər Məhərrəmovun nə…

Məlum olduğu kimi Hesablama Palatası 2025-ci il üzrə İş Planına müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində və tabeli qurumlarda dövlət vəsaitlərindən və digər dövlət əmlakından istifadə olunmasına dair uyğunluq auditi aparıb. Kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 01.01.2023-cü il tarixindən 01.01.2025-ci il tarixinə qədər olan müddət əhatə olunub.

Hesablama Palatası⁷nın sentyabrın 26-da yaydığı məlumatlarda bildirilir ki, “heyvanların xüsusi təhlükəli xəstəliklərin əleyhinə peyvəndlənməsinə ümumilikdə 39 milyon 4,4 min manat məbləğində vəsaitin xərclənməsi müqabilində sənədləşmələrdə heyvanların sayının artıq göstərilməsi, heyvanlara vurulmalı olan peyvəndlərin müvafiq ay üzrə gündəlik sayının fasiləsiz (ardıcıl günlər) olaraq yüksək (200 və daha çox civarında) intervallarda qeyd edilməsi, təsərrüfat sahiblərinin imzalarının olmaması kimi hallar fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan şəxslərlə (baytarlarla) bağlanmış müqavilələrin şərtlərində sifarişçinin müqaviləyə dərhal xitam verilməsi üçün əsasları kimi müəyyənləşdirilməyib, peyvəndlənən heyvanların identikləşdirilmə rekvizitləri üzrə hesabatlılığına dair icbari şərtlər də təsbit edilməyib.”

Hesablama Palatasının yaydığı bu məlumatlar ətrafında apardığımız araşdırma zamanı məlum oldu ki, Aqrar Xidmətlər Agentliyinin heyvanlar arasında Çiçək, Nodulyar Dermatit, Qarayara və Bruselyoz xəstəliklərinə qarşı peyvənd vasitələrinin (vaksinlərin) satın alınması üzrə açıq tender prosedurunda iştirak etmək istəyən təchizatçılara dövlət satınalmalarının portalında 28.07.2023-cü il tarixli elan vermişdir. Elanda bildirilir ki, çiçək xəstəliyi əleyhinə peyvənd vasitəsi-5.775.000 doza; qarayara xəstəliyi əleyhinə peyvənd vasitəsi- 4.960.000 doza; nodulyar dermatit xəstəliyi əleyhinə peyvənd vasitəsi- 1.860.000 doza; xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı peyvənd vasitəsi (REV-1) – 1.732.000 doza; iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı peyvənd vasitəsi (S-19) – 645.000 doza vaksin alınmalıdır.

Qeyd edək ki, heyvanlar arasında Çiçək, Nodulyar Dermatit, Qarayara və Bruselyoz xəstəliklərinə qarşı peyvənd vasitələrinin (vaksinlərin) satın alınması üzrə keçirilmiş sözügedən tenderdə Aqrar Xidmətlər Agentliyi 27.11.2023-cü ildə “Forester” LLC (VÖEN:415106389) ilə 2.190.569 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi “Forester” LLC ilə 5.176.670 manat dəyərində bir müqavilə də 14.09.2022-ci ildə xırdabuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı vaksinlərin satın alınması üzrə bağlayıb.

Agentliyin iki il ərzində 7 milyon manatdan çox dəyəri olan iki müqavilə bağladığı şirkətin barəsində açıq mənbələrdə heç bir məlumat yoxdu. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Forester” LLC kimi kommersiya qurumunun müəyyən edilmədiyi göstərilir.

Heyvanlar arasında Quduzluq, Leptospiroz, donuzların Taunu, atların Rinopnevmoniya və qrip xəstəliklərinə qarşı peyvənd vasitələrinin (vaksinlərin) satın alınması üzrə 700.538 manat məbləğində satınalma müqaviləsi 22.09.2023-cü ildə “ECOMEDİ” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN:1505088721) ilə bağlanılıb.

Hesablama Palatasının yaydığı məlumatda daha sonra qeyd edilir ki, “alınmış müvafiq partiya peyvəndlərin anbara 2023-cü ilin dekabr ayının 28-də, 29-da və 2024-cü ilin yanvar ayının 7-də mədaxil edildiyi halda 2024-cü il üçün heyvanlar arasında epizootiya əleyhinə diaqnostik və profilaktik Tədbirlər Planının icra reqlamenti funksional fəaliyyətin düzgün təşkil edilməməsi səbəbindən gecikdirilərək istifadə edilməsinə yol verilib, o cümlədən istifadə müddətinin bitməsinə 1-2 ay qalmış ümumilikdə 2 795 230 dozanın respublikanın 64 rayonuna çatdırılması sənədləşdirilib. Bu da həmin peyvəndlərin intizamlı qaydada iribuynuzlu heyvanlara vurulduqda belə tələb olunan müddətli immunitetin formalaşmasında, nəticə etibarı ilə dövlət vəsaitlərinin səmərəli istifadəsində ciddi risklərin mövcudluğundan xəbər verib. Tədbirlər Planı ilə nəzərdə tutulan və həmin plana sonradan müvafiq qaydada razılaşdırılmaqla əlavələr edilən xırdabuynuzlu heyvanların sayına müvafiq istifadə edilməsi sənədləşdirilib 2023-cü il üçün dabaq xəstəliyinə qarşı peyvəndlərin sayından əlavə (zəruri ilkin sənədlərlə təsdiqlənmədən təkrar peyvəndləmənin mümkünlüyü adı ilə) 64 545 doza miqdarında peyvəndlər də uçotdan silinib ki, bu da əlavə (HSBXM-nin regional strukturları üzrə ilin sonuna peyvəndlərin qalığı və itki norması nəzərə alınmaqla) xərclərə yol verildiyini deməyə əsas verib.”

Qeyd edək ki, dövlət tərəfindən heyvanlar arasında xəstəliklərə qarşı peyvəndlərin alınmasına milyonlarla manat dövlət vəsaitinin ayrılmasına baxmayaraq bu günlərdə biz verilən məlumatlara görə Gədəbəy, Şəmkir, Tovuz, Qazax, Daşkəsən rayanloranıda iribuynuzlu heyvanlar arasında kütləvi şəkildə dabaq xəstəliyi yayılıb və hələ də qarşısı alnmayıb. Sakinlərin verdiyi məlumata görə bu Aqrar Xidmətlər Agentliyinin regional idarələri tərəfindən heyvanlara petvənd olunmasından bir iki ay sonra baş verib. Bu isə onu deməyə əsas verir ki, Hesablama Palatasının da qeyd etdiyi kimi, istifadə müddətinin bitməsinə 1-2 ay qalmış peyvəndlərin intizamlı qaydada iribuynuzlu heyvanlara vurulduqda belə tələb olunan müddətli immunitet formalaşmamışdır. Yəni vurulan peyvəndlərin ya vaxtı keçmişdir, ya da keyfiyyətini itirmişdir.

Xatırladaq ki, AXA Prezident İlham Əliyevin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 yanvar 2019-cu il tarixli fərmanı ilə aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması, səmərəliliyinin artırılması, həmin xidmətlərin daha az resurs sərf etməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədi ilə KTN yanında Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılıb.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyevdir.O, nazir Məcnun Məmmədovun əmri ilə 02.10.2023- cü ildə sözügedən vəzifəyə təyin edilib. Sərdar Hacıyev daha əvvəl “PAŞA Holdinq” MMC-yə məxsus “Yalama Aqropark” MMC-nin İdarə Heyətinin sədri olub. Sərdar Hacıyevin təyinatına qədər quruma Mirzə Əliyev rəhbərlik edib. Mirzə Əliyev vəzifəsindən 10 yanvar 2023-cü ildə azad edilib. Sərdar Hacıyevin təyinatına qədər quruma sədr müavini Cəfər Məhərrəmov rəhbərlik edib. Hesablama Palatasının Agentlikdə 01.01.2023-cü il tarixindən 01.01.2025-ci il tarixinə qədər apardığı dövlət vəsaitlərindən və digər dövlət əmlakından istifadə olunmasına dair uyğunluq auditi zamanı quruma əvvəl Cəfər Məhərrəmov müavin olaraq,sonra isə Sərdar Hacıyev rəhbərlik ediblər. Aşkar olunan bu qədər ciddi nöqsanlara baxmayaraq nazir Məcnun Məmmədov tərəfindən təyin edilmiş hər iki şəxs hələ də vəzifələrinin başındadırlar. //Aktualinfo.org//
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az