• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
25-09-2025, 09:23

Binəqədi MKTB yarım əsr əvvəlin texnikası ilə zibili daşıyıb çatdıra bilmir -VİDEO

Binəqədi MKTB yarım əsr əvvəlin texnikası ilə zibili daşıyıb çatdıra bilmir -VİDEO


Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mətbuat küçəsi, 1-ci döngə ərazisində zibilin yığılması gecikir. Ərazini üfunət bürüyüb, antisanitar vəziyyət xəstəliklərin yayılacağı ehtimalı böyükdür. Sakinlər narazılıqlarını bildirirlər.

Problemlə əlaqədar Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanovla telefon əlaqəsi saxlayıb mövqeyini bildirməsini xahiş etdik. Rəis bildirdi ki, ərazidən zibillər gündə bir dəfə yığılır.

Sözügedən ünvanda apardığımız müşahidələrdən və qeydə aldığımız video-çəkilişlərdən görünür ki, ərazidə mövcud tələbatdan az sayda zibil konteynerləri qoyulub. Xidmət aparan zibil daşıyan, yarım əsr əvvəl istehsal olunmuş “ZİL – 130” yük maşınları isə köhnə, istismar müddətini bitirmiş, standartlara cavab verməyən, nasaz texnikadır. Gəlinən qənaət budur ki, əraziyə əlavə konteynerlər, işçi qüvvəsi və müasir tələblərə cavab verən daşıyıcı texnika cəlb edilməlidir.

Etibarlı mənbələrdən redaksiyamıza bildirilər ki, yerlərdə görülən işlər xidmət haqqı ödəyən sakinləri qane eləməsə də, MKTB-nin hesabat sənədlərində işlərin həcmi aşırı dərəcədə “şişirdilir”. MKTB-nin mənzil istismar sahələrində maxinasiyalar baş alıb gedir. Ştat cədvəllərində adı gedən “ölü canlar”a yazılan maaşlar “pay-püşk” edilir, fəhlə və süpürgəçilər toplum şəkilində işə qəbul olunsalar da, onlardan bəziləri iş üzü tanımırlar. “JEK”-lərə alınan inventarlar, az qiymətli, tez xarab olan malların uçotunda korrupsiya var: süpürgədən tutmuş vedrə, araba, sabun, xəkəndaz, müxtəlif geyim formaları, dəftərxana ləvazimatları, zibil konteynerlərinin, lüklərin alınmasına, təmirinə kimi mümkün hər şeyin qiyməti, bütün xərclər “şişirdilir”, əslində köhnə mal-material qiymətliləri istismarda saxlanılaraq kağız üzərində yeniləri ilə əvəzlənir.

O da aydındır ki, rəis Elmin Zamanov belə pozuntulara BŞİH-də Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rafael Mehralıyevdən icazəsiz həyata keçirməyə cəsarət etməz.

Xatırlayırsınızsa, R.Mehralıyevin “MTN” və “rabitə” işlərində adının keçməsi, qohumu olan Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla birgə qanunsuz əməlləri haqda saysız-hesabsız xəbərlər tirajlanıb. Amma departament rəhbəri haqda ən ilginc məlumatları blogger Mehman Hüseynov yaymışdı. Bloggerə məlum olmuşdu ki, Mehralıyev xanımı Almaz Səfərovanın şirkətləri vasitəsi ilə büdcədən ayrılan pulları mənimsəyirmiş. Bu korrupsiya şəbəkəsində onun təsisçisi olduğu “Azinşaat 1” MMC xüsusi rol oynayıb. Şirkətin qeydiyyat ünvanı da elə Mehralıyevin şəxsi mənzilidir - Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, mənzil 48...

O vaxt yayılan məlumatda qeyd olunurdu ki, 2011-ci ildə yaradılan bu MMC-nin direktoru isə Elşən Həsənli adlı şəxsdir. O, Sabunçu rayon İcra Hakimiyyətində vəzifə tutur. Bildirilirdi ki, elə qonşu mənzil olan ev 49-da Mehralıyev ailəsinə aiddir. Bu mənzildə “Azinşaat” MMC qeydiyyata alınıb. Təsisçiliyi illər sonra bacısı Aliyə Mehralıyevanın keçmiş əri Xəlil Sultanova aid olub. Onlar 2019-cu ildə boşanıblar və əmlakı bölə bilmədikləri üçün iş məhkəməyə gedib. Mehralıyevin başqa bir yeznəsi isə Eldar Şirinovdur. Meriyanın bu oliqarx məmurunun E.Şirinov adlı yeznəsi də “Ens İnşaat” MMC-nin rəhbəridir. Həmçinin “Rəşad Abadlıq” MMC da ailə podratına daxildir.

Araşdırmalar üzə çıxmışdı ki, həm “Ens İnşaat” MMC, həm “Rəşad Abadlıq” MMC inşaat materiallarının alınması, yolların və evlərin təmiri, şəhərin kommunal təsərrüfat işlərini həyata keçirilməsində bütün tenderlərin qalibi olub. Nəticədə Rafael Mehralıyev yeznələrinin idarə etdiyi, əslində özünə məxsus olan şirkətləri tenderlərdə qalib çıxarmaqla dövlətin ayırdığı milyonlardan yüzminlərlə vəsaiti cibinə axıdıb. Bu korrupsiyanın nəticəsi olaraq yeznəsi E.Şirinov “Tuqay” adlı restoranı 2,5 milyon manata alaraq, 2.5 milyon manat da təmirinə pul xərcləyib. Sonra restoranın adını dəyəşərək “Favorit” qoyub. Bu obyektdən başqa, Balaxanıda Mehrəliyevə məxsus olan asfalt zavodunun içində E.Şirinovun “tol”, “emusya”, boya və səki daşları istehsal edən sexi olub. Asfalt zavoduna Rafael Mehrəliyevin kiçik yeznəsi Xəlil rəhbərlik edib.

Bundan başqa, Rafael Mehrəliyevin digər yeznəsi olan Mübariz də Dərnəgüldə yerləşən Bakı şəhər İH-nin “Qış” qarajının müdiri idi. Bakı şəhərində küçələrə asfalt çəkilişinə Rafael Mehrəliyevin əmisi oğlu Xəqani və qaynı Azər rəhbərlik ediblər.

Məlumata görə, Rafael Mehrəliyevin qardaşı Mübariz Mehrəliyev isə Türkiyəyə qaçıb və orada böyük biznes yaradıb. O, Mehrəliyevlərin digər qohumu, meriyada “tender kralı” kimi tanınan Ramazan Məmmmədovun pullarını Türkiyəyə çıxarıb və qardaş ölkədə ciddi biznes şəbəkəsi yaratmağa nail olub. Rafael Mehrəliyev isə həm öz pullarını, həm də Vidadi Zeynalovun pullarını Türkiyəyə qaçan qardaşına göndərərək orada böyük biznes qurmasını tapşırıb.

Departament rəhbərinin mediada adı həm də iş adamından rüşvət almaqda keçib. Belə ki, iş adamı İlham Qasımov zamanında Bakı Şəhər İcra Hakimiyyəti yetkillilərinə milyonlarla manat rüşvət verib. Həmin rüşvət isə əsasən “Real” MTK-nın tikdiyi binaların lahiyələrin təsdiq edilməsi üçün ödənilib. İlham Qasımovun Bakı şəhər İcra Hakimiyyətində əsas havadarı, hazırda Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbəri vəzifəsini tutan Rəfael Mehrəliyev olub.

KİV-də R.Mehrəliyevin dəyəri milyonlarla ölçülən əmlakının da natamam siyahısı verilib: Nərimanovda Bakı klinikasının yanında 16 sot torpaq sahəsi, həmin klinikadan 200 metr qabağa 14 sot torpaq sahəsi, hazırda 15 milyona satışa çıxarılıb, İnqilab küçəsində, TQDK ilə üzbəüz milyonluq tikililər, Papanində “Kontakt Home” mağazalar şəbəkəsinə ayı 25 min manata icarəyə verdiyi obyekt...

Xatırladaq ki, Departamentin tabeliyində Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, “Lifttəmir” İstehsalat Birliyi, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi Təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi kimi qurumlar fəaliyyət göstərir. Bu amil daha az diqqət göstərilən bu idarələrə ayrılan külli miqdarda vəsaitlərin mənimsənilməsi üçün münbit şərait yaradır.

Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanovun rayon ərazisində aparılan tikintilərədə "nəzarət" etdiyi bildirilir. İddialara görə başçı Elxan Allahverdiyev rayondakı tikinti işlərinin bir hissəsinin "icazə" hüququnu Elmin Zamanova verib.

Qeyd edək ki, bu ilin 26 mart tarixində Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva yaşadığı Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsində yerləşən yaşayış binasında liftin qapıları arasında qalaraq ölmüşdür. Yaşayış binasında baş vermiş ölüm hadisəsi ilə bağlı 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanov tutduğu vəzifədən azad edildi və rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə aparılan araşdırmaya görə bir müddət vəzifəsindən kənarlaşdırıldı. Bu hadisədən sonra Elmin Zamanovun vəzifəsindən uzaqlaşdırılacağı gözlənilsədə, bir müddət sonra o yenidən Binəqədi rayon MKTB-nın rəhbərliyi vəzifəsinə qayıtdı.

Nisa Şirvanlı
Nyus.Az





Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az