• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
25-09-2025, 08:33

Bakıda üçlü görüş: Rusiya rəsmisi də gəlir - “buzlar əriyir”?

Bakıda üçlü görüş: Rusiya rəsmisi də gəlir - “buzlar əriyir”?


Azərbaycan şimal və cənub qonşuları ilə Araz dəhlizinin reallaşmasını sürətləndirir - masada Zəngəzur da var...
Gələn ay İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüşün keçiriləcəyi planlaşdırılır. Bunu İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Fərzanə Sadiq Tehranda səfərdə olan baş nazirin müavini Şahin Mustafayevlə görüşündə bildirib.

Nazirin sözlərinə görə, yaxın vaxtlarda yaradılacaq müştərək işçi qrup nəqliyyat və gömrük problemlərini nəzərdən keçirəcək. O qeyd edib ki, Kəlalə-Ağbənd körpüsü və sərhəd terminalı layihəsi Novruz bayramına qədər tamamlanacaq, eyni zamanda Kəlalə-Culfa yolunun genişləndirilməsi nəzərdə tutulur. Nazir Fərzanə Sadiq bildirib ki, İran və Azərbaycan arasında güzəştli ticarət sazişinin yekunlaşdırılması iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 650 milyon dollardan 1 milyard dollara çatdıra bilər.

Görüş zamanı müzakirə olunan digər mövzulara müştərək neft bloklarının işlənməsi, qaz mübadiləsi sazişinin Naxçıvanadək uzadılması, Rusiya qazının Azərbaycan üzərindən İrana ötürülməsi və üç ölkə arasında elektrik şəbəkəsinin inkişafı daxildir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Şəhid Rəcai limanına səfəri və liman əməkdaşlığı üzrə memorandumun imzalanması da planlaşdırılıb. Fərzanə Sadiq iki ölkə arasında səyahət və əməkdaşlığın hərtərəfli artım və tərəqqiyə səbəb olacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, son bir ilə yaxın müddətdir Azərbaycan-Rusiya münasibətləri soyuqdur. Lakin logistika və iqtisadi sektorlarda problem yoxdur. Göründüyü kimi, müzakirə masasında müştərək neft bloklarının işlənməsi, qaz mübadiləsi sazişinin Naxçıvanadək uzadılması, Rusiya qazının Azərbaycan üzərindən İrana ötürülməsi və üç ölkə arasında elektrik şəbəkəsinin inkişafı daxildir.



Yeri gəlmişkən, baş nazirin müavini Şahin Mustafayevin İrana səfəri və keçirdiyi görüşlər də Bakı-Tehran münasibətlərinin normallaşması baxımından təqdirolunandır. Ş.Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqlə birgə Təbriz və Culfaya gedib, Araz dəhlizində görülən işlərlə tanış olublar. Nazirlər Kabinetindən Musavat.com-a verilən xəbərə görə, Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən sədri Şahin Mustafayev İrana səfəri çərçivəsində Şərqi Azərbaycan Əyalətinin mərkəzi Təbriz və Culfa şəhərlərində olub, əyalətin valisi Bəhram Sərmətslə görüşüb. Görüşdə əyalətin Azərbaycan-İran əlaqələrində mühüm rolu vurğulanıb və Azərbaycanın regionları ilə iqtisadi-ticari əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Baş nazirin müavini Şahin Mustafayev əyalətə səfəri çərçivəsində İran İslam Respublikasının yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeqlə birgə Araz dəhlizi üzrə həyata keçirilən Ağbənd-Kəlalə körpüsünə, Culfa-Kəlalə yoluna da baş çəkərək, körpünün tikintisi və yolun genişləndirilməsinin icra vəziyyəti ilə yerində tanış olub. Səfər çərçivəsində həmçinin tikilməsi nəzərdə tutulan Ordubad-Siyahrud körpüsünün yerləşmə nöqtəsi üzrə mövcud imkanlar müzakirə olunub və yerləşmə ərazisinə baxış keçirilib. Azərbaycan alternativlərə üstünlük verdiyini dəfələrlə nümayiş etdirib və Zəngəzur dəhlizinin aktuallaşması fonunda Araz dəhlizi ilə bağlı işlərin sürətləndirilməsi də rəsmi Bakının öz mövqeyində nə qədər sabit olmasının göstəricisidir. Bu mənada İranda Zəngəzur dəhlizini hay-küylə qarşılayanların əsassız iddialarının da Araz çayına düşdüyünü söyləmək mümkündür.

Belə bir ərəfədə Ermənistanın iqtisadiyyat nazirinin ABŞ-yə dəvət olunması, Vaşinqtonun Zəngəzur dəhlizinə 145 milyonluq tranş ayırması kimi yeniliklər Vaşinqton razılaşmasının da geridönməz olduğunu söyləməyə imkan verir.

Bəs qarşıdakı toplantılarda tərəflər arasında Zəngəzur dəhlizi də müzakirə edilə bilərmi? Tehran koridora qarşıdır, Moskva dəhlizə nəzarəti itirib, amma bu layihədən istifadə fürsəti var. Bu mənada masada Zəngəzur dəhlizi - Tramp marşrutunun olması mümkündürmü?



Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında təsdiqlədi ki, həqiqətən də Rusiya ilə münasibətlərdə gərginliyin olmasına baxmayaraq, iqtisadi münasibətlərdə, o cümlədən nəqliyyat sahəsində hər hansı problem yoxdur: “İstisna Rusiyanın "pomidor sanksiyası" tipli ənənəvi gedişləridir. Bu da keçici bir məsələdir. “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş" də qüvvədədir. Bir müddət əvvəl Həştərxan şəhərində Rusiya baş nazirinin müavini ilə Azərbaycan baş nazirinin müavininin görüşü də iqtisadi və nəqliyyat infrastrukturu ilə bağlı olub. Rusiya yaxşı anlayır ki, İranla iqtisadi əməkdaşlığın genişlənməsi üçün Azərbaycan ərazisindən keçən Şimal-Cənub dəmiryol xətti müstəsna əhəmiyyətə malikdir. O cümlədən İran da bu nəqliyyat yolunun, eləcə də qaz kəmərlərinin, elektrik şəbəkəsinin inkişafında maraqlıdır".

S.Məmmədov vurğuladı ki, İran tərəfinin Kəlalə-Ağbənd körpüsü ilə əlaqəli işlərlə bağlı mövqeyi də başadüşüləndir: “İran bizim Zəngəzur dəhizi, Ermənistanın "Tramp marşrutu" dediyi nəqliyyat dəhlizinə mane ola bilməyəcəyini anlayır, bu baxımdan bir növ Kəlalə-Ağbənd körpüsü və İran ərazisindən keçməklə Naxçıvana yolların çəkilməsinə alternativ kimi baxır".

STM-in icraçı direktoru qeyd etdi ki, gözlənilən üçtərəfli görüşdə Zəngəzur dəhlizi də müzakirə oluna bilər, amma bu məsələnin iqtisadi tərəflərindən daha çox siyasi tərəfləri var: “Bu isə komissiyanın mandatından kənar məsələdir. Əslində isə Azərbaycan öz tərəfindən Zəngəzur dəhlizi ilə bağlı edilməli olan hər şeyi edib”.

S.Məmmədov perspektivlə bağlı nikbin proqnozlarını bölüşdü: “Əlbəttə, görüşün Azərbaycanda keçirilməsi onun iqtisadi xarakterli olmasıdan asılı olmayaraq, Rusiya-Azərbaycan münasibətlərində "buzların əriməsinə" töhfə verə bilər. Rusiya tərəfi praqmatik yanaşma nümayiş etdirərsə və Azərbaycanın haqlı tələblərinə həssaslıq göstərərsə, münasibətlərdə yaranan problemlər aradan qalxa bilər".



Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Məsud Pezekianın İran Prezidenti seçilməsindən sonra İran-Azərbaycan münasibətlərində normallaşma prosesi başlayıb: “İrandakı mühafizəkarlar münasibətlərə zərər vurmaq, Azərbaycanın daxili işlərinə qarışmaq istəsələr də, Məsud Pezeşkian fərqli siyasət yürüdür. O, qonşu ölkələrlə, o cümlədən Azərbaycanla ikitərəfli əməkdaşlığın inkişafına üstünlük verir. Doğru olan da budur. Bu səbəbdən Pezeşkian komandasının üzvlərinə də Azərbaycanla əməkdaşlığın inkişafına xidmət edən layihələrin icrasını sürətləndirməyi tapşırıb. Azərbaycan da İranla ticarətin inkişafında və ortaq layihələrin icrasında maraqlıdır. Pezeşkianın Azərbaycana səfərindən dərhal sonra Bakı-Təbriz təyyarə reysinin açılması da buna sübutdur. İki ölkə arasında dəmiryol əlaqəsinin qurulması da faydalı olacaq”.

E.Şahinoğlu qeyd etdi ki, bu arada, İran Azərbaycan üzərindən Rusiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir: “Azərbaycanla Rusiya arasında siyasi münasibətlərdə bəlli gərginlik olsa da, Bakı 3 ölkə arasında ticarət əlaqələrinin genişlənməsinin, məhsulların Şimal-Cənub nəqliyyat dəhlizi ilə nəqlinin tərəfdarıdır. Rusiya Qərbin sanksiyaları ilə üz-üzədir. Bu ölkənin Avropaya çıxış imkanları məhdudlaşıb. Ona görə də Rusiya üçün indiki vəziyyətdə alternativ istiqamətlərdən biri Şərq bazarlarına çıxışdır. Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizi buna şərait yaradır. Bu sırada Rusiya qazının Azərbaycan üzərindən İrana ötürülməsi və üç ölkə arasında elektrik şəbəkəsinin inkişafı perspektivi də mümkündür. Zəngəzur dəhlizinin işə düşməsindən sonra Rusiya və İran da bu imkandan faydalana biləcəklər. Buna görə də, İrandakı mühafizəkarların Zəngəzur dəhlizi əleyhinə siyasəti məntiqsizdir, dəhliz işə düşəndən sonra özləri də bunu anlayacaqlar”. “Yeni Müsavat”

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az