• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 06-09-2026 Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
  • 06-09-2026 Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
  • 06-09-2026 "Fənərbağça" uduzdu, azarkeş öldü
  • 06-09-2026 BDYPİ sürücülərə müraciət etdi
  • 06-09-2026 Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
  • 06-09-2026 Hava ilə bağlı son məlumat açıqlandı
  • 06-09-2026 Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
  • 06-09-2026 Qubada ağır qəza - Ölən və yaralananlar var
  • 06-09-2026 İran ABŞ gəmilərinə hücum etsə, tankerlərini məhv edəcəyik
  • 06-09-2026 Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • 06-09-2026 Qəhvə içib yola çıxan sürücülərin nəzərinə: 20 kilometr sonra...
  • 06-09-2026 Putin Moskvada Uitkoff və Kuşnerlə görüşdü - Yenilənib
  • 06-09-2026 "Qarabağ"da gözlənilməz ayrılıq
  • 06-09-2026 Ağdamda traktor minaya düşdü
  • 06-09-2026 Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
  • 06-09-2026 Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
  • 06-09-2026 Putin: Kiyevə zərbələrin dayandırılması xahişi rəsmi kanallarla daxil olub
  • 06-09-2026 Süleyman Şükürov Avropa çempionu oldu
  • 06-09-2026 Yunanıstanda qəzaya uğrayan qırıcının pilotları həlak olub
  • 06-09-2026 Tuğba Ekinçi saxlanıldı

XƏBƏRLƏR

    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
    Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
    Süleyman Şükürov Avropa çempionu oldu
    "Qalatasaray" İstanbul derbisində qalib gəldi
    Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu
    "Qalatasaray" səfərdə "Başakşehir"i məğlub etdi - Türkiyə Superliqası
18-09-2025, 06:19

Məktəblərin yüksək keyfiyyətli internetlə təmin edilməsi təhsilə nə qazandırır?

Məktəblərin yüksək keyfiyyətli internetlə təmin edilməsi təhsilə nə qazandırır?


Rəqəmsal dövrün tələbləri təhsilin bütün sahələrinə öz təsirini göstərməkdədir. Bu təsirin ən önəmli istiqamətlərindən biri də məktəblərin internetlə təminatıdır. İnternet məktəblərdə tədris prosesinin rəqəmsallaşması, müəllim və şagirdlərin resurslara çıxışı, eləcə də idarəetmə işlərinin effektiv şəkildə aparılması baxımından həyati əhəmiyyət daşıyır. Buna görə də ölkəmizdə məktəblərin internet təminatı məsələsi təhsilin keyfiyyətinə birbaşa təsir edən əsas faktorlardan biridir.

Hazırda ölkə üzrə təhsil müəssisələrinin internet təminatı necədir?

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, ölkə üzrə ümumilikdə 4190 təhsil müəssisəsi ATŞ (Azərbaycan Təhsil Şəbəkəsi)-a qoşulub.

Məlumatda qeyd edilib ki, onlardan 2427-si Fiber Optik, 265-i ADSL, 1498-i isə simsiz bağlantı ilə qoşulub.

Təhsil müəssisələrinin yüksək keyfiyyətli internetlə təmin edilməsi təhsilə nə qazandırır?

Mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov Trend-ə bildirib ki, təhlillərə görə təhsil müəssisələrinin yüksək keyfiyyətli internetlə təmin edilməsi artıq sadəcə texniki məsələ deyil, müasir təhsilin keyfiyyət göstəricilərindən biridir.

Onun sözlərinə görə, XXI əsrin təhsil modeli biliklərin yalnız dərs kitabı və müəllim vasitəsilə ötürülməsinə əsaslanmır; rəqəmsal resurslar, onlayn platformalar, distant dərslər, süni intellekt əsaslı tədris vasitələri və beynəlxalq təhsil resurslarına çıxış imkanları prosesin ayrılmaz hissəsidir:

"Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 11-ci maddəsində göstərilir ki, təhsilalanların informasiya resurslarına sərbəst çıxışı təmin olunmalıdır. Bu müddəa bir daha göstərir ki, internet artıq təhsil hüququnun tərkib hissəsi hesab olunur.

Statistikaya baxsaq, Elm və Təhsil Nazirliyinin son açıqlamalarına görə, 2024-cü ildə Azərbaycanın ümumtəhsil məktəblərinin 70 faizindən çoxu genişzolaqlı internetə qoşulub. Amma hələ də kənd yerlərində məktəblərin bir qismi yalnız məhdud sürətli internetlə işləyir. Bu isə tədris prosesində bərabərsizlik yaradır. Şagirdlərdən bəziləri rəqəmsal resurslara, elektron jurnallara, virtual laboratoriyalara qoşula bilmir. Bu fərq gələcəkdə bilik bərabərsizliyinə səbəb olur".

Kamran Əsədovun fikrincə bunun müsbət tərəfi ondan ibarətdir ki, yüksək sürətli internet dərs prosesində rəqəmsal platformaların istifadəsini genişləndirir.

"Məsələn, elektron təhsil sistemləri, "Virtual Məktəb" platforması, beynəlxalq onlayn olimpiadalar və test bankları şagirdlərə daha geniş təcrübə qazandırır. Müəllimlər interaktiv dərs resurslarından, simulyasiya və animasiyalardan istifadə etməklə şagirdlərin marağını artırır. Həmçinin distant təhsil imkanları yaranır ki, bu da xəstəlik, məcburi köç, hətta pandemiya şəraitində belə tədrisin davamlılığını təmin edir.

Mənfi tərəfi isə ondan ibarətdir ki, internet bərabərsizlikləri təhsil bərabərsizliyinə gətirir. Əgər şəhər məktəbində şagird "Khan Academy" və ya "Coursera" kimi resurslardan istifadə edirsə, kənd məktəbindəki şagird yalnız çap dərsliyilə kifayətlənirsə, nəticədə təhsil imkanları arasında uçurum yaranır. Ona görə də dövlət siyasətində təkcə internetin olması yox, onun sürəti, dayanıqlığı və əlçatanlığı əsas prioritet olmalıdır.

Dünya təcrübəsi göstərir ki, Finlandiya, Estoniya və Sinqapur kimi ölkələrdə məktəblərin hər bir sinfi yüksək sürətli internetlə təchiz olunub. Estoniya hökuməti hətta 2001-ci ildən "Tiger Leap" proqramı çərçivəsində bütün məktəblərə internet gətirərək ölkəni rəqəmsal təhsil mərkəzinə çevirib. ABŞ-da "E-Rate" proqramı vasitəsilə məktəblərin internet xərclərinin 90 faizi dövlət tərəfindən qarşılanır. Bu yanaşmalar göstərir ki, internet təhsil üçün sadəcə infrastruktur deyil, sosial ədalətin təmin olunması vasitəsidir",- o, vurğulayıb.

Ekspert həmçinin əlavə edib ki, gələcəkdə Azərbaycanda da yüksək sürətli internetin bütün məktəblərdə tətbiqi təhsilin keyfiyyətinə birbaşa təsir göstərəcək.

"Şagirdlər beynəlxalq rəqabət mühitinə daha yaxşı hazırlaşacaq, müəllimlər yeni pedaqoji metodlardan geniş istifadə edə biləcək, distant və hibrid təhsil formaları inkişaf edəcək. Bu, həm də ölkənin PISA kimi beynəlxalq qiymətləndirmələrdə nəticələrini yaxşılaşdıracaq. Ona görə də Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar - rəqəmsal məktəb layihəsi, elektron jurnal sistemi, təhsil platformalarının istifadəsi - təqdirəlayiqdir və daha sürətlə genişləndirilməlidir.

Hesab edirəm ki, yüksək keyfiyyətli internet təhsilə bərabərlik, keyfiyyət və rəqabətlilik qazandırır. Bu, təkcə informasiya texnologiyası məsələsi deyil, ölkənin gələcəyinə qoyulan ən strateji sərmayələrdən biridir",- o, fikirlərini tamamlayıb.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az