• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
13-09-2025, 08:55

Bakı və Ankaraya qarşı ŞOK plan - üç ölkə...

Bakı və Ankaraya qarşı ŞOK plan - üç ölkə...


Ermənilərin gözü yenə orda-burda

Ermənistanın “Fakt” qəzeti yazıb ki, Hindistan və İran münasibətləri yaxşılaşdırmaq üçün Tehranda xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparıblar. Məlumata görə, danışıqlarda Çabahar limanının fəaliyyətinin təşviqi, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bu mövzuya toxunan “Respublika Meydanı” teleqram kanalı isə yazıb ki, Hindistan-İran-Ermənistan dəhlizi Şimal-Cənubu birləşdirəcək və bu, Ermənistanın Rusiya ilə Gürcüstan və İran arasında birləşdirici halqaya çevrilməsinə imkan verəcək. Rusiya malları tranzitlə İran və Fars körfəzinə, Hindistan və İran malları isə Ermənistan üzərindən dəhliz kimi Gürcüstanın Qara dəniz limanlarına (Poti, Batumi) və Rusiyaya (Larsov) ixrac ediləcək.

Erməni media resursları yazır ki, Ermənistan strateji müttəfiq və Aİİ üzvü olan Rusiyadan, İrandan, Ermənistanın dostu və Türkiyə-Azərbaycan tandeminə qarşı çıxan bir ölkə kimi, eləcə də Azərbaycanın müttəfiqi Pakistanın rəqibi olan iqtisadi fövqəldövlət kimi Hindistandan birbaşa sərmayələr cəlb etməlidir.

Nəşr yazır ki, Ermənistan bundan sonra da Türkiyə-Azərbaycan tandeminin təzyiqi altında olacaq və ona tab gətirmək üçün müttəfiqlərin köməyi ilə güclü orduya və sabit iqtisadiyyata malik olmalı, regional əhəmiyyətli logistika, enerji və nəqliyyat layihələrinin bir hissəsi olmalı, qonşu İran və Gürcüstanla yeni proqramlar həyata keçirməli, Aİİ üçün bir körpü olmalıdır.

Göründüyü kimi, İrəvan Bakı və Ankaraya qarşı yeni logistik planlar qurmağı nəzərdən keçirir. Təbii, bu, erməni mediasının yazdıqlarıdır, lakin ortada belə bir niyyət və marşrutlar mövcuddur.

Ermənistanda nə üçün Azərbaycan və Türkiyə ilə ortaq layihələrə qarşı çıxırlar?

Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda Azərbaycan və Türkiyə ilə nəinki ortaq layihələrə, hətta münasibətlərin normallaşmasına belə ehtiyatla yanaşan, bunu təhlükə olaraq görən insanlar var: “Bu da təbiidir, çünki uzun bir dövr ərzində türk düşmənçiliyi erməni ictimai şüurunda mühüm yer tutub. Ayrı-ayrı erməni liderlərinin və xüsusilə də kilsənin bu istiqamətdə təbliğatı ictimai şüurda möhkəmlənib.

Ağlı başında olan, prossesləri təhlil etməyi bacaran, Azərbaycan və Türkiyə ilə əlaqələrin, münasibətlərin normallaşmasının Ermənistan üçün ancaq xeyir verəcəyini dərk edənlər təbii olaraq tez bir zamanda münasibətlərin normallaşmasını istəyirlər. Yəni, Ermənistanda Türkiyə ilə sərhədlərin açılmasını, ticari münasibətlərin qurulmasını, Azərbaycanla birgə regional layihələrdə iştirakı istəyənlər də var. Ancaq Paşinyan hakimiyyətinə müxalif olan qüvvələr Türk düşmənçiliyi ideologiyasının insanların beyinlərində qalmasından istifadə edərək Ermənistanın bundan sonra Türkiyə-Azərbaycan tandeminin təzyiqi altında olacağı ilə bağlı təbliğat aparır və bununla da Paşinyanı Ermənistanın maraqlarını satan şəxs kimi təqdim etməyə çalışırlar. Halbuki güclü və sabit iqtisadiyyata malik olmağın da, regional əhəmiyyətli logistika, enerji və nəqliyyat layihələrinin bir hissəsi olmağın da yolu məhz elə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir".

Politoloq dedi ki, yeni lojistik planlar haqqında düşünməkdənsə, tez bir zamanda Zəngəzur dəhlizi istiqamətində götürülmüş öhdəliklərə uyğun olaraq fəaliyyətə start verməklə Ermənistanın tranzit ölkəyə çevrilməsini təmin etmək olar: “Uzun bir dövr ərzində müttəfiq dedikləri İranla dəmir yol əlaqəsi belə yarada bilməyən, öz ərazisindəki dəmir yollarını Rusiyanın nəzarətinə verən bir ölkənin başqa planlar qurması və bu haqda düşünməsi absurddur. Odur ki, Ermənistanın çıxış yolu məhz elə Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpasından keçir. Bunu ermənilər nə qədər tez başa düşsələr onlar üçün də elə bütün region üçün də bir o qədər xeyirli olar”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az