• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
9-09-2025, 08:23

Avropa Paşinyan üçün “xilas əməliyyatı"na başladı

Avropa Paşinyan üçün “xilas əməliyyatı"na başladı


Brüssel İrəvanda seçki hazırlıqları üçün çırmandı, Moskva da 2026-ya planlar qurur; Ermənistan uğrunda Qərb-Rusiya didişməsi qızışır...
Avropa İttifaqı (Aİ) 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı hazırlığa başlayıb. “Teleqraf” xəbər verir ki, bu barədə Rybar.ru məlumat yayıb. Rusiya portalı bildirib ki, Aİ “ProElect” layihəsi vasitəsilə Ermənistanda keçiriləcək seçkilərə hazırlıqla bağlı genişmiqyaslı proqrama start verib: “Brüssel”dezinformasiyaya qarşı mübarizə" adı altında ölkənin seçki prosesini və media məkanını nəzarətə götürməyi planlaşdırır.

“ProElect” layihəsi nədir? Bu, “vətəndaş cəmiyyəti subyektlərinin iştirakı və potensialının artırılması yolu ilə "Şərq Tərəfdaşlığı" proqramı ölkələrində seçki proseslərində hesabatlılığı təşviq etmək" məqsədi daşıyan Aİ-nin regional layihəsidir. Məqsəd seçkilərin monitorinqində vətəndaş cəmiyyətinin rolunu “gücləndirməkdir”. Layihə Fransanın ERIM QHT-si tərəfindən xüsusi olaraq “demokratiyaya dəstək” üçün ayrılmış 270 milyon avro büdcə ilə həyata keçirilir. Qrantlar “seçicilərin maarifləndirilməsi” və “nifrət nitqi ilə mübarizə” üçün KİV və QHT-lərə verilir. LGBT təşkilatlarına xüsusi üstünlük verilir.

Müraciətlər sentyabrın 21-dək qəbul edilir, icraya dekabrda başlanacaq və seçkilərdən bilavasitə əvvəl ən azı altı ay davam edəcək. Məsələ burasındadır ki, ABŞ-də USAİD bağlandıqdan sonra Qərbin maliyyələşdirməsinin əsas yükü Aİ və Böyük Britaniya strukturlarının üzərinə düşüb".

Mənbənin iddiasına görə, Aİ-nin hədəfi seçkilərdə baş nazir Nikol Paşinyan və komandasının qələbəsinə nail olmaqdır: “Qərb müşahidəçiləri artıq Ermənistanda müxalifətin həbslərinə, cinayət işlərinin saxtalaşdırılmasına göz yumurlar. Bu mexanizm artıq Ukrayna və Moldova timsalında uğurla sınaqdan keçirilib”. Portal əlavə edib ki, hazırlıq işlərinə seçkilərə hələ 8 ay qalmış başlanıb: “Bu, planlaşdırılan əməliyyatın miqyasından xəbər verir”.

Ermənistanda gələn ilin yayında keçiriləcək kritik seçkilərdə Moskvanın da öz planları var. Zəngəzurla bağlı Vaşinqton razılaşması təkcə Rusiyanın deyil, İranın da mühafizəkar qanadını ciddi narazı salıb. Amma İranın Ermənistanın daxilinə təsir imkanları zəifdir. Rusiyanın isə təsir imkanları bir az daha üstündür. Həmçinin Kremlin Ermənistanda dəstəkçiləri mövcuddur. Eyni zamanda hərbi bazası da var. Buna baxmayaraq, Rusiyanın Ermənistanda təsir imkanı əvvəlkinə nisbətən zəifləyib. Çox güman ki, rəsmi Moskva Ermənistandakı növbəti seçkilərdə hakimiyyəti dəyişməyə çalışacaq. Aİ-nin indidən təşəbbüsü əla alması da buna işarədir.



Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə qeyd etdi ki, Ermənistanda QHT-lərin əksəriyyəti iqtidara yaxındır və Qərbdən dəstəklənir: “Məsələn, Gürcüstanda əksinədir, QHT-lər müxalifyönlüdür, Avropadan maliyyə dəstəyi alır. Ermənistanda isə müxalifət və onlara yaxın təşkilatlar ruspərəstdir deyə Qərbdən qrant ala bilmirlər. Bu baxımdan, Paşinyan hakimiyyətinin bəxti gətirib və əli güclüdür. Çünki vətəndaş cəmiyyətinin üzvləri davamlı olaraq təbliğat aparır, Ermənistan hakimiyyətinin avrointeqrasiya kursunu ictimai rəyə təqdim edirlər. Bu piar isə xeyli dərəcədə təsir edib. Əsasən də gənc nəslin şüurunda dəyişiklik etməyə çalışırlar. Ermənilərin yaşlı nəsli Rusiya sevdasından əl çəkmir. Ona görə də seçkidə əsas iş gənclərlə aparılacaq. Təbii ki, Avropa İttifaqı, onun dominant ölkəsi Fransa Ermənistanda Paşinyanın qələbəsini arzulayır. Bu səbəbdən, yeni texnologiya ilə seçkilərdə qalib olması üçün indidən addımlar atılır”.

Ekspert vurğuladı ki, kuryoz hadisə, fors-major vəziyyət yaranmasa, Paşinyanın partiyası seçkilərin qalibi olacaq: “Əlbəttə ki, daha az səslə parlamentdə hakim partiya olması gözləniləndir. Paşinyanın əvvəlki reytinqi də yoxdur, müxalifətin təbliğatı da az-çox təsir edir, Azərbaycanla razılaşmalar məsələsində ona ittihamlar yağdırılır, guya təslimçi akta qol çəkib, güzəştlərə gedib və sair... Bununla belə, Rusiya radikal addımlara getməsə, Paşinyanın partiyası yenə də digər partiyaları əzib keçəcək. Sadəcə, çətin seçki olacaq. Əgər müxalifət birləşərsə, blok şəklində seçkilərdə iştirak edərsə, iqtidar üçün daha ciddi problemlər meydana gələ bilər. Odur ki, Qərb Paşinyanın qələbəsini təmin etmək üçün indidən çırmanıb. Onlar daxildə piarı gücləndirəcəklər”.



Ç.Qənizadə bildirdi ki, ümumiyyətlə, Ermənistanda QHT-lərin cəmiyyətə təsiri var: “Məncə, Tramp administrasiyası da Paşinyana dəstəyini əsirgəməyəcək. Ağ Evdə əldə olunan nəticələrin qorunub saxlanılması və inkişaf etdirilməsi ABŞ-nin hazırkı rəhbərliyinin marağındadır. Bunun üçün Vaşinqtona Paşinyanı hakimiyyətdə saxlamaq lazımdır. Hakimiyyət dəyişikliyi isə 8 avqust razılaşmalarının pozulması, yaxud inkişafının tormozlanmasına səbəb ola bilər. Bunu Brüssel və Vaşinqton yaxşı anlayır. Ən azından Zəngəzur dəhlizinin Ermənistanla ABŞ arasında imzalanan sənəd əsasında "Tramp marşrutu" adlanması Ağ Ev liderinin Paşinyana dəstəyini artırmalıdır. Tramp yaxşı bilir ki, Rusiya həmin dəhlizə nəzarət etmək istəyir. Əgər Paşinyan məğlub olarsa, Rusiya bağlantısı olan qüvvə hakim partiyaya çevrilərsə, anlaşmaları pozmağa cəhd edə, dəhlizə kontrolu Rusiyaya vermək üçün 10 noyabr sənədinin 9-cu bəndinə istinad edə bilər. Onsuz da Rusiya üçtərəfli bəyannamədən əl çəkmir və Zaxarova sazişin aktuallığını saxladığını bəyan edir. Çünki Rusiya gələnilki seçkilərlə bağlı müəyyən qədər ümidlidir".

Ç.Qənizadənin fikrincə, Moskva güman edir ki, Paşinyanın məğlubiyyəti üçün bütün resurslarını səfərbər edəcək və hədəfinə çatacaq, sonra 10 noyabr sənədini diriltmək istiqamətində addımlar atacaq: “Amma bunların hamısı xülyadır. Rusiyanın o nüfuzu və təsir imkanları qalmayıb. İkincisi, Azərbaycanın rəyi, qətiyyətli mövqeyi hər şeydən əvvəldir. Üçüncüsü, Qərb Rusiyanın Cənubi Qafqazdan tamamilə çıxması üçün bura qədər böyük iş aparıb, fürsəti əldən vermək istəməzlər. Ona görə də Avropa İttifaqı müxtəlif layihələrlə Paşinyanın xilası üçün seçkilərə hazırlığa başlayıb. Gələn il Ermənistan uğrunda Qərb-Rusiya qarşıdurmasına şahid olacağıq”.

“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az