• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
9-09-2025, 08:14

Azərbaycanın sabiq nazirləri biznesini Britaniyaya daşıyır

Azərbaycanın sabiq nazirləri biznesini Britaniyaya daşıyır


Qeyri-leqal “qara pullar” leqallaşdırılır, vətəndaşlıq alınır
Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüksemburqdakı şirkətini bağlayıb, Avropadakı bütün biznesini Böyük Britaniyaya köçürüb. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat və sənədlər yayıb. (Axar.az)

O bildirib ki, keçmiş nazirin həyat yoldaşına məxsus Lüksemburqdakı MERCURY HOLDİNGS Sarl. 2017-ci ildən bu ilin yanvarına qədər fəaliyyət göstərib və birinci il onun aktivlərinin həcmi 82,3 milyon avro olub: “Aliyə Babayeva Britaniyada eyni adlı şirkəti 2023-cü ilin fevralında təsis edib, bu ilin yanvarında Lüksemburqdakı şirkət ləğv olunan kimi Britaniya Şirkətlər Evində yeni şirkətin benefissiarı elan olunub. Aliyə Babayeva Avropadakı əsas şirkəti üzərindən Gürcüstanın sığorta bazarında aktiv olan JSC PRİME INSURANCE-yə də nəzarət edir. 2023-cü ili əhatə edən son maliyyə hesabatına görə Babayevanın sığorta şirkətinin aktivləri 11 milyon 828 min lari olub”.

Qeyd edək ki, Heydər Babayevin Azərbaycanda yüksək vəzifəyə təyin olunana qədər də Avropada biznesi vardı. Belə ki, o, 1981-ci ildən SSRİ Xarici İqtisadi Əlaqələr Bankında valyuta mühafizəsi müfəttişi, idarə rəisinin müavini, 1992-ci ildən “Xariciiqtisadibank”ın Türkiyədə baş nümayəndəsi, 1997-ci ildən “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyib. 1999-cu ildən Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, 2005-2008-ci illərdə isə iqtisadi inkişaf naziri olub.



Məlumdur ki, hakimiyyətdən uzaqlaşdırılan Ziya Məmmədovun oğlu, eləcə də ləğv edilmiş MTN şefinin övladları da Böyük Britaniyaya yerləşiblər, bizneslərini bu ölkəyə köçürüblər. Zaman-zaman onların maliyyə qaynaqları ilə bağlı müəyyən hüquqi problemlər olsa da, bu ölkədə qalmaqda, bizneslərini genişləndiriməkdə davam edirlər. Heydər Babayev hakimiyyətdən çoxdan uzaqlaşdırılsa da, indi onun ailəsinin də biznesini Britaniyaya köçürməsi diqqət çəkir. Qeyd edək ki, keçmiş kənd təsərrüfatı naziri, sonra isə baş nazir müavini işləmiş İsmət Abbasovun oğlunun da Londonda yerləşdiyi bəllidir. İngiltərəni Azərbaycanın sabiq nazirləri və onların ailə üzvləri üçün cəlbedici edən nədir?



Natiq Cəfərli

REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, İngiltərə, London tək azərbaycanlı korrupsioner keçmiş məmurlar və onların ailə üzvləri üçün deyil, bütün dünyada “qara pullarını” işlətmək, leqallaşdırmaq istəyənlər üçün cəlbedicidir: “Çünki Britaniyanın çox yumşaq qanunvericiliyi var. Qeyri-leqal pulların leqallaşdırılması buna görə həmin ölkədə daha rahat həyata keçir. Avropa İttifaqı ölkələrində həddindən artıq requlyativ hüquqi aktlar var. Amma Londonda belə deyil. Britaniyanın özünün hətta yurisdiksiyasında olan ofşor zonaları da var. Məsələn, Virgin adalarının adını qeyd edə bilərik. Həmin ofşor zonalar vasitəsilə qeyri-leqal vəsaitlərin idarə edilməsi daha asan mümkün olur. Londonu cəlbedici edən budur. Rusiya oliqarxlarına da baxsanız görəcəksiniz ki, son 30 ildə Londona 700 milyard dollar vəsait yerləşdirmişdilər. Həmin oliqarxların və onların ailə üzvlərinin bir çoxu bununla həm də Britaniya vətəndaşlığı aldılar. Eləcə də azərbaycanlı oliqarx keçmiş yüksək vəzifəli şəxslərin bəzilərinin də ailə üzvlərinin Britaniya vətəndaşlığı aldığı haqda indiyə qədər məlumatlar yayılıb. Britaniyaya böyük miqdarda vəsait yatırmaq onlara bu imkanı yaradır. Britaniya bu cür şəxslərin həm qeyri-leqal vəsaitlərinin leqallaşdırılması, həm həmin vəsaitlərin böyük qazanc gətirməsi, həm də onlara vətəndaşlıq qazandırması üçün qanunvericiliyinin yumşaqlığı səbəbilə imkanlar yaradır”.

Ekspert qeyd etdi ki, Britaniyada, xüsusilə Londonda Azad Ticarət Zonalarının (ATZ) mövcudluğu da qeyri-leqal pulların bu ölkəyə yatırılmasına şərait yaradan faktorlardandır: "Bu zonalar əsasən ixracla əlaqədar olan mal və xidmətlər üçün əlverişli mühit formalaşdırır, habelə bu zonalarda orada işləmək icazəsi olan şirkətlərə münasibətdə tənzimləmə mexanizmi minimal səviyyədə tətbiq edilir. ATZ-lərin əlavə faydalarına rüsum və tariflərdən azad edilmə, sadələşdirilmiş inzibati prosedurlar, o cümlədən xammal, maşınqayırma avadanlıqları, ehtiyat hissələr və avadanlıqların gömrük rüsumlarından azad edilməklə idxalını aid etmək olar. Gömrük Prosedurlarının Sadələşdirilməsi və Uzlaşdırılması üzrə Beynəlxalq Konvensiyada (Kioto Konvensiyası) belə ərazilər ”azad zonalar" adı altında tanınır. Eyni zamanda ATZ-nin fəaliyyəti yalnız işgüzar fəaliyyətlə məhdudlaşmır, orada pərakəndə satış müəssisələrinə, yaşayış məntəqələrinə, maliyyə xidmətlərinə, hətta turizm və kazino sektorlarına rast gəlmək mümkündür. Beləliklə, ATZ dövlətin ərazisi daxilində gömrük və ya vergi nəzarəti baxımından xüsusi statusa malik olan, müəssisələrə onların inkişafının stimullaşdırılması üçün xüsusi imtiyazlar verilməklə onların ixrac və ya idxal məqsədləri ilə sahibkarlıq fəaliyyəti həyata keçirdiyi, yaxud xidmətlər təmin etdiyi ərazi və ya rejimdir. Böyük Britaniyadakı ATZ-lər əsasən müəssisə zonaları kateqoriyasına aid ATZ-lərdir. Yerləşdiyi ərazidə vergi imtiyazları və maliyyə qrantları vasitəsilə məxsusi şəhər və kənd ərazisində inkişafa nail olmaq məqsədilə yaradılan iqtisadi inkişaf zonalarıdır. Daha çox inkişaf etmiş ölkələrdə rast gəlinən bir zona növüdür. ATZ sistemində boşluqlar onun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında sui-istifadə edilməsi üçün münbit şəraitdir". Yeni Müsavat”

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az