• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
3-09-2025, 08:53

Rusiya hökuməti “Azərbaycan məsələsində” Kremlə qarşı?

Rusiya hökuməti “Azərbaycan məsələsində” Kremlə qarşı?


Moskvada münasibətləri daha da gərginləşdirənlərdən fərqli olaraq iqtisadi komanda əlaqələrin mühümlüyünü anlayır - səbəb
Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib ki, Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq iki ölkə üçün “çox vacibdir” və münasibətlərin yaxşılaşdırılması istiqamətində işlər aparılır.

“Biz hökumətlərarası komissiya keçirdik və iqtisadi sahədə hər ikimiz qeyd etdik ki, əməkdaşlığımız inkişaf edir. Və Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq ölkələrimiz üçün çox vacibdir. Və biz bu münasibətləri yaxşılaşdırmağa çalışırıq”, - TASS Overçukdan sitat gətirir.

Rusiya baş nazirinin müavini Azərbaycanla iqtisadi əlaqələrin inkişafı haqda həmişə müsbət dəyərləndirmələr verən məmurlardandır. Overçuk siyasi gərginliyin davam etdiyi zamanda Azərbaycanla iqtisadi əlaqələrin inkişafından danışır və hətta iqtisadi əlaqələrin kəsilməsi barədə bəzi qızışdırıcı çağırışlara baxmayaraq, hökumətin Azərbaycanla iqtisadi münasibətləri pozmaqda maraqlı olmadığnı bəyan edib.

Yada salaq ki, bu yaxınlarda Həştərxanda Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclası keçirilib. İclasda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, investisiyalar, sənaye, nəqliyyat-tranzit və digər sahələrdə həyata keçirilən birgə layihələr nəzərdən keçirilib.

İclasın yekunlarına dair Ş.Mustafayev və A.Overçuk Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclasının Protokolunu imzalayıblar. Belə görünür ki, Kremlin hazırkı vəziyyətə uyğun siyasi kursunu dəstəkləyərək Azərbaycanla münasibətləri daha da gərginləşdirənlərdən fərqli olaraq iqtisadi komanda əlaqələrin mühümlüyünü anlayır. Əlbəttə, əgər Kremldən iqtisadi əlaqələri böhrana soxacaq tapşırıq gələrsə, Overçuk və onun kimi düşünən iqtisadi komanda üzvləri heç bir müqavimət göstərə bilməzlər. Amma hələ ki Rusiya-Azərbaycan əlaqələrinin iqtisadi müstəvidə davamı gələcək üçün optimist perspektiv yaradır.

Yeri gəlmişkən, Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Aleksey Çepa da Moskva-Bakı münasibətləri ilə bağlı diqqətçəkən açıqlama verib. Deputat bildirib ki, bütün çətinliklərə baxmayaraq, Rusiya və Azərbaycan arasındakı dostluğun bərpası labüddür. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq qarşıdurmadan qat-qat daha faydalıdır, xüsusilə də iqtisadi sahədə: “Dostluq münasibətlərinin və iqtisadi maraqların inkişaf perspektivləri çox böyükdür. İstənilən halda istiləşmə qaçılmazdır - bu, sadəcə, zaman məsələsidir. Sual yaradan məqamlar var, amma yavaş-yavaş hamısı həll ediləcək”.

Xatırladaq ki, son aylarda Azərbaycan-Rusiya münasibətləri “soyuq müharibə”ni xatırladır. Bakı ilə Moskva arasında gərginlik dərinləşir, informasiya savaşı və qarşılıqlı ittihamlar güclənir. Bu mənzərədə Çepanın “qaçılmaz istiləşmə” barədə bəyanatı heyrətamiz açıqlama kimi görünür.



Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Rusiyanın ikibaşlı siyasətini İranla müqayisə edib. Onun fikrincə, cənub qonşumuzda da hökumət səviyyəsində isti açıqlamalar səslənir, mühafizəkar qanad Azərbaycana şər-böhtan, təhdid yağdırmaqdan əl çəkmir: “Şimal qonşumuz müttəfiqindən fərqlənmir. Bu da onu göstərir ki, Rusiyada anti-Azərbaycan dairələr var. Onlar gərginliyin daha da artmasına çalışırlar, ticarət dövriyyəsinin əhəmiyyətini vurğulayanlar isə buzların əriməsini istəyirlər. Elə bu günlərdə məlum oldu ki, Rusiya ticarət dövriyyəmizdə dördüncü yerdən üçüncü pilləyə yüksəlib. Yəni münasibətlərin gərgin dövrünə baxmayaraq, iqtisadi əlaqələr, yükdaşımalar inkişafdadır. Sadəcə, Overçuk, Çepa və digərləri günahı daxildə axtarmalıdırlar. Onlar Kreml rəhbərliyinə məruzə etməlidirlər ki, son vaxtlar bir az da sərtləş ritorikanın səbəbləri hansılardır. Məsələn, Solovyov və onun kimi Kreml təbliğatçıları dayanmırlar. Rusiyanın Telegram kanalları susmur. Ona görə də Rusiya rəhbərliyi "dur" əmri verməlidir".

Ç.Qənizadə Azərbaycanın Ukraynadakı enerji obyektlərinə hücumlardan sonra münasibətlərin daha da pisləşdiyini müşahidə edir: “Bu problem siyasi rəhbərliklərin danışıqları nəticəsində axarına düşə bilər. İndiki halda, ayrı-ayrı hökumət üzvlərinin təşəbbüsləri ilə məsələnin köklü həllini gözləmirəm. Ola bilsin ki, müəyyən yumşalma olsun, amma fundamental şəkildə yoluna düşməsi üçün dövlət başçılarının dialoqu olmalıdır. Azərbaycan isə tələblərində və tənqidlərində haqlıdır. Rusiya nə zaman yekəxanalığı kənara qoyacaq, vurulan təyyarəyə görə açıq üzrxahlıq edəcək, təzminat ödəyəcək, onda yumşalma qaçılmazdır. Təyyarənin vurulmasının bir ilinə təxminən 4 ay qalıb və Rusiya İstintaq Komitəsindən səs-səmir yoxdur”.



Samir Əsədli

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli isə Bakı-Moskva münasibətlərində dərinləşən böhranın bir müddət sonra həll olunacağını gözləyir. Onun bildirdiyinə görə, hazırda qeyri-rəsmi danışıqların getdiyi hiss olunur: “Rusiya istəyir ki, heç nə olmamış kimi əlaqələr davam etsin. Yəni qaldığımız yerdən münasibətlərimizi inkişaf etdirək. Zaxarova və Peskov bu səbəbdən ehtiyatlı açıqlamalar verir. Ancaq əvvəlki səviyyədə münasibətlər real görünmür. Bəli, böhran aradan qalxacaq, sadəcə, təyyarə vurulana qədər olan əlaqələri görməyəcəyik. Çünki ortalıqda başqa reallıqlar da var - Azərbaycanla Ermənistan sülh sənədini Moskvanın iştirakı olmadan paraflayıb, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olmadan açılması razılaşdırılıb...

Bütün bunlar Kremlin Cənubi Qafqazda təsirlərini xeyli dərəcədə azaldan faktorlardır. Overçuk və digər hökumət rəsmiləri isə yeni yaranan bu reallığı dərk etdiklərinə görə iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsinə çağırırlar. Onlar anlayırlar ki, mövcud vəziyyət bundan ibarətdir, yəni böhranın dərinləşməsi, Azərbaycana təzyiqlərin gücləndirilməsi nəticə verməyəcək. Kremldəki qüvvələr də hökumət kimi praqmatik düşünməyə məhkumdurlar".

“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az