• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
3-09-2025, 08:46

Bir sammitin ortaya çıxardığı gerçəklər

Bir sammitin ortaya çıxardığı gerçəklər


Azərbaycanla Çin arasında imzalanmış sazişlər iki ölkənin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb

Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti başa çatdı. Bu sammit təşkilatın indiyə qədərki ən böyük tədbiri idi. Sammitdə 20-dən çox ölkənin, o cümlədən təşkilatın 10 üzvü, 2 müşahidəçisi, 14 dialoq ortağı olan ölkələrin rəhbərləri iştirak etdi.

Heç şübhəsiz ki, sammitdə əsas diqqətlər bir sıra ölkələrin rəhbərlərinə yönəlmişdi. O sırada isə Azərbaycan Prezidenti İlham Əliyev öndə gəlirdi. Xüsusilə 8 avqustda Vaşinqtonda əldə olunan paraflanma sənədindən sonra Azərbaycan və Ermənistan rəhbərləri ilk belə böyük tədbirdə iştirak edirdilər. Onların xanımları ilə birlikdə etdikləri ayaqüstü söhbət diqqətləri çəkdi. Sonra isə ölkə başçısı ilə erməni baş nazir arasında bir görüş də baş tutdu. Məhz bu görüşdən sonra da ATƏT-in Minsk Qrupunun rəsmi şəkildə buraxıldığı bəyan edildi.

Heç şübhəsiz ki, son aylardakı gərginliklər fonunda Azərbaycan və Rusiya prezidentlərinin görüşünün baş tutub-tutmayacağı əsas müzakirələr sırasında idi. Lakin sammitin keçirildiyi günlərdə ayaqüstü olsa belə, bu görüş olmadı. Bu da özü ilə yeni müzakirələr yaratdı.

Prezidentin sammitdəki çıxışı da diqqətlə izlənildi. İ.Əliyev çıxışında daha çox Azərbaycan-Çin əlaqələrinə diqqət ayırdı. Ölkə başçısı Azərbaycanın regionda Çinin etibarlı tərəfdaşı olduğunu qeyd etdi. İ.Əliyev bildirib ki, bu il Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə birgə bəyanat imzalanıb və bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açıb.

Azərbaycan Prezidentinin son zamanların əsas müzakirə mövzularından birinə çevrilən Zəngəzur dəhlizi barədə dedikləri də xüsusi diqqət çəkib. Sitat: “Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək. Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri və Prezidentin köməkçisi Hikmət Hacıyev görüşün nəticələrini “səmərəli” adlandırıb. Onun sözlərinə görə, Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq mövcuddur və bu əlaqələr dinamik şəkildə inkişaf edir.

Hikmət Hacıyev bildirib ki, iki ölkə beynəlxalq təşkilatlarda bir-birinə dəstək göstərir, terrorizm, ekstremizm və separatizm kimi “üç bəlaya” qarşı mübarizədə tərəfdaşlıq edir. O vurğulayıb ki, Azərbaycan və Çin dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə sadiqdir və hər bir ölkənin iqtisadi inkişaf modelini seçmək hüququna hörmət edir.


Azər Badamov

Milli Məclisin deputatı Azər Badamov dedi ki, Prezidentin ŞƏT+ formatında keçirilən 24-cü Zirvə toplantısında etdiyi çıxışa ilk növbədə Azərbaycan-Çin münasibətlərindən başlaması xüsusi əhəmiyyət daşıyır. Çünki bu, Azərbaycanın dünyanın ikinci iqtisadiyyatı, Qlobal Cənubun birinci dövləti ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərinə malik olduğumuzun dünyaya mesajıdır: “Dövlət başçımız Çinin irəli sürdüyü bütün qlobal təşəbbüsləri dəstəklədiyini bildirdi. Çinin təşəbbüsləri BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış addımlardır. Çin dünyanın ən güclü dövlətlərinin zirvəsində dayanmasına baxmayaraq bəzilərindən fərqli olaraq özünü üstün tutmur və münasibətləri qarşılıqlı hörmət və ədalət prinsipləri üzərində qurur.

Dövlət başçımızın çıxışında “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır” deməsi əlbəttə ki, yaratdığımız yeni reallıqla regionumuzun təhlükəsizliyinin yeni arxitekturasını yaratmaqla Çinin qlobal təşəbbüslərini reallıqda dəstəkləyir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsini dəstəkləyərək real töhfələr verən ilk ölkədir. Bu baxımdan dövlət başçımızın çıxışında Şərq-Qərb və Şimal-Cənub nəqliyat dəhlizlərinin beynəlxalq tranzit dəhlizlərin ərsəyə gəlməsinə verdiyimiz töhfələr və Orta dəhlizin genişləndirilməsi istiqamətində atdığımız davamlı addımlarımız haqqında məlumatın verilməsi ŞƏT+ ölkələrin rəhbərlərinin logistik potensialımıza diqqətinin çəkilməsidir. Azərbaycanın Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma gücünü 15 milyon tondan 25 milyon tona, Bakı-Tiflis-Qars dəmir yolunun yük keçirmə gücünü 1 milyon tondan 5 milyon tona artırması Orta dəhlizə beynəlxalq marağı artırıb və daşımalardakı 90% artım bunu bir daha təsdiq edir. Zəngəzur dəhlizinin açılması Orta dəhlizin bir seqmenti olaraq əlavə 15 milyon tondan çox beynəlxalq tranzit yük daşıma imkanını ərsəyə gətirəcək və bu da Asiyadan Avropaya qədər böyük bir coğrafiya üçün daha səmərəli daşıma imkanlarının yaranması deməkdir.

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Azərbaycan-Çin münasibətlərində mühüm bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Tiencində keçirilən görüşdə Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında aparılan danışıqlar həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli nəticələrdən soraq verir. Azərbaycanla Çin arasında imzalanmış sazişlər iki ölkənin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırır. Yaxın gələcəkdə Azərbaycanın Çinlə yeni strateji iqtisadi əlaqələr quracağına indi heç kim şübhə ilə yanaşmır. Çünki iki dövlət arasındakı ticari-iqtisadi əlaqələrin bugünkü səviyyəsi, əlaqələrin yüksələn xətlə sürətli inkişafı bunu deməyə əsas verir".

“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az