• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
2-09-2025, 08:18

Bakıdan Ermənistana verilən hərbi dəstəyə zərbə

Bakıdan Ermənistana verilən hərbi dəstəyə zərbə


Ekspert: “Azərbaycanın Çinlə əməkdaşlığı Hindistanın Cənubi Qafqazda fəallığına qarşı balans yaradır”
“Çinin reaktiv templə dünya olimpinin zirvəsinə qalxmaq səyləri güc mərkəzləri arasındakı strateji sərhədləri dəyişdirir. Hazırda ABŞ və Rusiya arasında Çinin cilovlanmasına dair strateji müzakirələrin aparılması istisna deyil, digər tərəfdən isə Ağ Ev və Kreml bir-birilərinə qarşı mübarizədə Pekinə "strateji qalxan" kimi yanaşır".

“Yeni Müsavat” xəbər verir ki, bu fikirləri siyasi analitik Aqşin Kərimov bildirib. Onun sözlərinə görə, beynəlxalq səviyyədə Rusiya və ABŞ-nin öz mövqelərini itirmədən Çinin yüksəlişi başqa bir istiqamətə doğru gedir və belə bir sual meydana çıxır: “Görəsən, Çin gələcəkdə Rusiya, ABŞ hegemoniyasını əhəmiyyətli şəkildə onların əlindən alacaqmı? Bunu Rusiya-Ukrayna müharibəsinin regional və qlobal nəticələri ilə ölçüləbilən xarakterlə izah etmək mümkündür. Əgər Rusiya və ya ABŞ öz sistemlərinin geosiyasətdə əhəmiyyətli və qaçılmaz böhranı ilə üzləşəcəksə, yaranan zəncirvarı reaksiya Çinin təkqütblü yüksəlişini motivasiya edə bilər. Hərçənd ki, əsasən ABŞ Hindistanı Çinə qarşı fəal hökmranlıq trayektoriyasına salır və Rusiya da bu amildən öz xeyrinə istifadə etməyə çalışır. Başqa tərəfdən, Çin daxili firavanlığa yönəlik siyasətini gücləndirməsə, onun beynəlxalq təsirlərinin saxlanılmasına problemlər yaranacaq”.



Aqşin Kərimov

Bununla belə, ekspert hesab edir ki, strateji hüdudların yeni dizaynı qaçılmazdır: “Bu, baş verəcəyi təqdirdə İkinci Dünya müharibəsindən sonra formalaşmış münasibətlər sisteminə meydan oxuyacaq fərqli tərzlər meydana çıxacaq. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki geosiyasi landşaftın dəyişdirilməsi, 12 günlük İsrail-İran müharibəsinin çox geniş geostrateji konteksti perspektiv üçün həmin münasibətlərə dair təsəvvürlərin yaradılmasına doğru gedişlərdir. Azərbaycan bu gedişləri Ermənistanla münasibətlər kontekstində regional müharibəyə çevirmək istəməyərək daha fərqli dizayna üstünlük verdi. Bakı Zəngəzur dəhlizinin kontekstini ABŞ ilə uyğunlaşdıran strategiyanı önə çıxardı. Azərbaycan Prezidenti İlham Əliyevin Çinlə münasibətlərə xüsusi önəm verməsi qlobal və regional qeyri-müəyyənliklərin, eyni zamanda ABŞ ilə Rusiyanın dünya birincliyi uğrundakı savaşdan məğlub çıxmaq ehtimallarına verilən strateji reaksiyanı ölçür. Buna görə də Azərbaycan-Çin münasibətlərinin yeni mərhələsi Çinin dünyadakı gələcək statusu ilə Bakının Zəngəzur dəhlizi fonunda əldə etdiyi üstün imtiyazları ilə uyğunlaşdırılır”.

Analitik hesab edir ki, Çin Zəngəzur dəhlizində ABŞ-nin üstün görünən mövqelərinə qarşı rəqabət apara bilər, lakin pekin heç bir halda bunu Azərbaycan əleyhinə yönəldən xəttə girməkdə maraqlı olmaya bilər: “Azərbaycan üçün Çinlə əməkdaşlıq Hindistanın da Cənubi Qafqazda Ermənistan hərbi dəstəyi nəzərdə tutan artan fəallığına qarşı balans yaradır. Başqa bir fakt da var - ABŞ ilə Çin arasında danışıqlar gedir və bu, tarif müharibələrinə son qoyulması məsələlərini əhatə etsə də, ehtimal ki, prosesin bir ayağı Vaşinqtonla Pekinin gələcəkdə Zəngəzur dəhlizindəki əməkdaşlığına gətirib çıxaracaq. Yəni Zəngəzur dəhlizi gələcək ABŞ-Çin əməkdaşlığının iqtisadi tərəflərini stimullaşdıran amil kimi çıxış edir və Hindistan-İran əlaqələri bunun qarşısında sönük vəziyyətə düşür. Ehtimalla Çinin misli görünməmiş yüksəlişi onun Tayvana müdaxiləsindən sonra baş tutacaq. Çin bunun üçün ABŞ-nin Ukraynadakı müharibə səbəbilə zəifləməsi fonunda Tayvanın əhəmiyyətli müdafiə boşluqlarına düşməsini gözləyir. Əgər Tayvana müdaxilə reallaşsa, bu, Bakı ilə Pekin arasındakı hüquq-müqavilə bazası əsasında dərin strateji əməkdaşlıq formatlarına yol açacaq”.

“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az