• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə: Gəlirlər və xərclər açıqlanıb
  • 23-10-2026 Quba İdman Kompleksində yarım milyonluq mənimsəmə - Direktor həbs edildi
  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
1-09-2025, 11:55

Mahir Əliyev on beş ildir Samuxu abadlaşdırır – Amma şəhər heç dəyişmir, nədən…

[center]Mahir Əliyev on beş ildir Samuxu abadlaşdırır – Amma şəhər heç dəyişmir, nədən…[/center]

Samux rayon İcra Hakimiyyətinə 2012-ci ildən başçılıq etmiş Alı Qocayev nəhayət 2023-cü ilin oktyabrında uzun müddət Ekologiya və Təbii Sərvətlər Nazirinin müavin vəzifəsində çalışmış Firdovsi Əliyevlə əvəzləndi. Artıq iki ilə yaxındır ki, Samuxun İcra Hakimiyyətinə başçılıq edən Firdovsi Əliyev rayonda nə kimi işlər görə bilib, nə kimi yeni layihələr həyata keçirib?

Rəsmi medianın 2024-cü ilin noyabrında, yəni Firdovsi Əliyevin təyinatından bir il sonra yaydığı məlumata görə Samux rayonunda abadlıq-quruculuq işləri, yeni yaşıllıqların salınması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Yol kənarlarındakı tikililər, hasarlar yendən təmir olunur, estetik cəhətdən daha da gözəlləşdirilir. Səkilər çəkilir, onlara tamet daşlar düzülür, işıqlandırma sistemi yenilənir. Hər gün ən azı 50 nəfər bu işlərin sürətlə, həm də keyfiyyətlə görülməsinə çalışır, Samuxun daha da gözəlləşməsi naminə əllərindən gələni edirlər.

Aktualinfo.org dövlət satınalmalarının internet portalı üzərindən son ilik ildə Samux şəhərində aparılan abadlıq-quruculuq işləri ətrafında araşdırma apardı. Məlum oldu ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2024-cü ildə abadlaşdırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə “UPSİLON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 153.575,47 manat, işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə həmin şirkətlə 69.396,51 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Rəsmi medianın məlumatlarınada rayonda yeni yaşıllıqların salınması istiqamətində mühüm tədbirlər həyata keçirildiyi vurğulanır. Amma Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi nədənsə 2024-cü ildə satınalma planlarına daxil etdiyi yaşıllaşdırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə kotirovkanın nəticələri barədə portala məlumat yerləşdirməyib. Amma 06.11.2024-cü ildə satınalmaların portalında iddiaçılara dəvət elanı verib. Kotirovkanın ehtimal qiyməti isə 87.113,86 manat müəyyən edilib.

Qeyd edək ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 220 min manatdan çox müqavilə bağladığı “UPSİLON” MMC 13.11.2017-ci ildə 5 saylı Ərazi Vergilər İdarəsidə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı ŞİRVAN ŞƏHƏRİ, F.EYNULLAYEV, ev.3, m.12-də yerləşir. Nizamnamə kapitalı 29 640 manatdır. Qanuni təmsilçisi Qafarov Fikrət Eyvaz oğludur. Təsisçisi isə Quliyev Habil Nəcəf oğludur.

MMC Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən başqa heç bir satınalmanın qalibi olmayıb. Dövlət Vergi Xidmətinin məlumatlarında MMC-nin hazırki günə 185 504.25 manat vergi borcu var. Vergi öhdəlikləri üzrə 2022 – 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə MMC-yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

Qeyd edək ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2025-ci ildə isə satınalma planlarına bir açıq tender, 4 katirovka sorğusu daxil edib. Mart-may aylarında keçirilməsi planlaşdırılıan satınalmalardan abadlaşdırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə 17.07.2025-ci ildə “LOKAL GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 238.764,5 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. “Bir sıra mallar”ın satın alınması üzrə isə “COLOUR PARK AGRO” MMC ilə 03.06.2025-ci ildə 59.140 manat məbləğində müqavilə bağlanılıb. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “COLOUR PARK AGRO” MMC-nin 05.08.2024-cü il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının GƏNCƏ ŞƏHƏRİ, BAĞBANLAR, ev.4-Dön, ev 8, m.0, qanuni təmsilçisi kimi isə Hüseynov İsrayıl İsmayıl oğlu qeyd olunub. Əldə etdiyimiz məlumata görə MMC Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ağaclar və kollar “satmaq” adı ilə formal olaraq yaradılıb.

Amma mat-aprel aylarında keçirilməsi nəzərdə tutulan yaşıllaşdırma işlərinin görülməsi üçün mal-materialların satın alınması, yaşayış binalarının əsaslı təmiri, işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə kotirovkaların nəticəsi barədə satınalmaların portalında heç bir məlumat yoxdu.

Satınalmaların portalına yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində dövlət satınalmaları qanunun tələblərinə uyğun şəkildə təşkil olunmur. Bu qurumun təşkil etdiyi bütün satınalmalarda özünü açıq-aşkar göstərir. Bu isə o deməkdir ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində satınalmalar məqsədli şəkildə düzgün təşkil olunmur və abadlaşdırma və təmizlik işləri, nəqliyyat vasitələrinin cari təmiri, mənzillərin əsaslı və cari təmiri işləri, işıqlandırma və yaşıllaşdırma işləri adı altında ayrılan dövlət vəsaitləri məqsədli şəkildə bəzi şübhəli şirkətlər vasitəsilə təyinatından kənarlaşdırılır.

Qeyd edək ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mahir Əliyevdi. O, 2006–2012-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş, 2012-2020-ci illərdə İmişli rayon İcra Hakimiyyətinin başçısı olmuş və 5 may 2020-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinin İmişli rayon icra hakimiyyətinin binasında keçirdiyi əməliyyat nəticəsində saxlanılmış, 25 iyul 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş Vilyam Hacıyevin kadrı olub. Mahir Əliyev daha sonra 2012-2023-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş Alı Qocayevlə işləyib. Hazırda isə göründüyü kimi Firdovsi Əliyevlə Samuxun “gözəlləşməsi naminə” “çalışır”. Amma nədənsə son 15 ildir Samux şəhəri heç, dəyişmir, gözəlləşmir.
Aktualinfo.org

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az