• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 06-09-2026 Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
  • 06-09-2026 Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
  • 06-09-2026 "Fənərbağça" uduzdu, azarkeş öldü
  • 06-09-2026 BDYPİ sürücülərə müraciət etdi
  • 06-09-2026 Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
  • 06-09-2026 Hava ilə bağlı son məlumat açıqlandı
  • 06-09-2026 Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
  • 06-09-2026 Qubada ağır qəza - Ölən və yaralananlar var
  • 06-09-2026 İran ABŞ gəmilərinə hücum etsə, tankerlərini məhv edəcəyik
  • 06-09-2026 Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • 06-09-2026 Qəhvə içib yola çıxan sürücülərin nəzərinə: 20 kilometr sonra...
  • 06-09-2026 Putin Moskvada Uitkoff və Kuşnerlə görüşdü - Yenilənib
  • 06-09-2026 "Qarabağ"da gözlənilməz ayrılıq
  • 06-09-2026 Ağdamda traktor minaya düşdü
  • 06-09-2026 Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
  • 06-09-2026 Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
  • 06-09-2026 Putin: Kiyevə zərbələrin dayandırılması xahişi rəsmi kanallarla daxil olub
  • 06-09-2026 Süleyman Şükürov Avropa çempionu oldu
  • 06-09-2026 Yunanıstanda qəzaya uğrayan qırıcının pilotları həlak olub
  • 06-09-2026 Tuğba Ekinçi saxlanıldı

XƏBƏRLƏR

    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
    Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
    Süleyman Şükürov Avropa çempionu oldu
    "Qalatasaray" İstanbul derbisində qalib gəldi
    Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu
    "Qalatasaray" səfərdə "Başakşehir"i məğlub etdi - Türkiyə Superliqası
1-09-2025, 08:18

Zelenski Kreml üçün fəlakət planını açıqladı: Rusiya ərazisi tezliklə savaş poliqonuna çevriləcək

Zelenski Kreml üçün fəlakət planını açıqladı: Rusiya ərazisi tezliklə savaş poliqonuna çevriləcək



Ukrayna savaşı indi daha mürəkkəb, daha çox tərəfin maraqlarının toqquşduğu bir "geopolitik düyünə" çevrilir... Rusiya "böyük hərbi labirint"in içərisində çıxış yolu tapa bilməyərək, dolaşmağa məhkum duruma salınıb...

Ukrayna savaşı Rusiya üçün olduqca təhlükəli istiqamətlər almağa başlayıb. Belə ki, Prezident Vladimir Putinin Alyaska görüşündə əldə olunan razılaşmaları çox qısa müddətdə pozması Ağ Ev sahibi Donald Trampın ənənəvi mövqeyinə ciddi şəkildə təsir göstərməkdədir. Hər halda, Ağ Ev sahibi Donald Tramp Rusiya prezidenti Vladimir Putin tərəfindən növbəti dəfə aldadıldığını düşünür. Və ona görə də, prezident Donald Trampın Rusiyaya yönəlik mövqeyi tədricən sərtləşməyə doğru yönəlib.

Ona görə də, son vaxtlar Ukrayna savaşı ətrafında geopolitik dinamika böyük sürətlə dəyişdirməyə başlayıb. Hər halda, son günlərdə həm ABŞ, həm Avropa Birliyi, həm də rəsmi Kiyevdən gələn açıqlamalar Ukrayna savaşının gələcək trayektoriyasını aydın göstərir. İndi birmənalı şəkildə əmin olmaq mümkündür ki, bütün qarşıduran tərəflər kompromisdən daha çox mövqe sərtləşməsinə və geopolitik toqquşmalara doğru istiqamət alıblar.



Onu da qeyd etmək lazımdır, prezident Donald Tramp “Diplomatiya dayanırsa, günah müqayisə tərəflərindədir” deməklə, dolayısı ilə Rusiyaya növbəti dəfə xəbərdarlıq mesajı göndərib. Ağ Ev sahibi Donald Trampın Kremlə yönəlik ritorikasının sərtləşməsi Rusiya üçün ən ciddi problemlərdən biri hesab olunur. Çünki prezident Donald Tramp son vaxtlar Ukrayna böhranının diplomatik yolla həlli istiqamətindəki fəaliyyətindən imtina etməyi nəzərdən keçirdiyini bildirib.

Ağ Ev sahibinin bununla bağlı siyasi arqumenti çox sadədir. Onun fikrincə, əgər, münaqişə tərəflərindən biri və ya hər ikisi çeviklik göstərmirsə, ABŞ-ın fəal diplomatiyasının da mənası yoxdur. Bu, Trampın klassik “sövdələşmə strategiyası”nı xatırladır. O, əvvəlcə oyundan çəkilməklə qarşı tərəfi təzyiq altında qoyur, güzəşt üçün meydan açır. Əgər, qarşı tərəf yenidən Ağ Evə qayıdarsa, Ukrayna münaqişəsində ABŞ-ın vasitəçilik fəallığının azaldılmasına paralel olaraq, rəqib üçün daha sərt şərtlərin gündəmə gətirilməsi mümkündür.

Maraqlıdır ki, Avropada da dəyişən "rüzgarlar" diqqət çəkir. Belə ki, Almaniya da mövqeyinə düzəlişlər edir və artıq öz hərbçilərini Ukraynaya sülhməramlı kimi göndərməyi planlaşdırmır. Almaniya nəşri 'Bild"in yaydığı məlumata görə, rəsmi Berlin nə Putin-Zelenski görüşünə, nə də yaxın zamanda sülh sazişinə ümid bəsləmir. Bu səbəbdən də Almaniya Ukraynaya təhlükəsizlik zəmanətlərini hərbi personal kimi yox, məhz maliyyə dəstəyi vasitəsilə təmin etməyi düşünür.



Ona görə də, indi rəsmi Berlinin yeni strategiyası daha çox “maliyyə donoru” roluna əsaslanır. Yəni, Almaniya Ukrayna ordusunun maaşlarının bir hissəsini maliyyələşdirməyi və texniki dəstəyi davam etdirməyi planlaşdırır. Əslində bu, Almaniyanın açıq şəkildə Rusiyayla qarşıdurmadan qaçmaq siyasətinə üstünlük verdiyini göstərir. Ancaq Almaniyanın bu mövqeyi Avropa Birliyində balanssızlıq durumu da yaradır. Belə ki, Fransa siyasi liderlik axtarışındadır, Polşa sərt hərbi mövqe tutur, Almaniya isə öz dəstək məsuliyyətini iqtisadi yardımla məhdudlaşdırır.

Ancaq bütün bunlara baxmayaraq, rəsmi Kiyev Ukrayna savaşını Rusiyanın "qapı"sından içəri daşımaq planları qurur. Belə ki, Ukrayna prezidenti Volodimir Zelenskinin son açıqlamaları münaqişənin gələcək inkişaf istiqamətlərinə yönəlik aydın siqnallar verir. Çünki Ukrayna prezidenti ordunun Rusiyanın dərinliklərinə yeni zərbələr planlaşdırdığını açıq mətnlə bəyan edib. Və buna paralel olaraq, Ukrayna ictimaiyyətinə isə artıq “Flamingo” raketlərinin sınaq görüntüləri təqdim olunub.

Eyni zamanda, prezident Volodimir Zelenskinin açıqlamaları həm daxili auditoriyaya, həm də Qərb tərəfdaşlarına yönəlib. Rəsmi Kiyev göstərmək istəyir ki, Ukrayna yalnız müdafiə ilə kifayətlənməyəcək və müharibəni birbaşa Rusiya ərazisinə daşımaq gücünə də sahibdir. Ancaq rəsmi Kiyevin bu strategiyası Avropa dövlətləri arasında müəyyən narahatlıqlar doğurur. Belə ki, həmin ölkələrdə “Biz Ukraynaya özünü müdafiə üçün dəstək veririk. Ancaq indi Ukrayna müharibəni genişləndirir” arqumenti güclənir.



Onu da qeyd etmək lazımdır ki, münaqişənin ehtimal olunan gələcək trayektoriyası ilə bağlı hazırda üç əsas tendensiya diqqət çəkir. Birincisi, ABŞ prezidenti Donald Trampın sərtləşən mövqeyi, diplomatiyanın passivləşməsi Ağ Evin Ukraynaya təzyiqləri artması ilə də nəticələnə bilər. Digər tərəfdən, Almaniyanın hərbi riskdən qaçaraq, yalnız maliyyə dəstəyi ilə kifayətlənməsi müharibənin uzanmasına yol aça biləcək faktorlardan biri sayılır. Nəhayət, prezident Volodimir Zelenskinin hücum ritorikası Ukrayna savaşının genişlənmə riskini artırır və bu, Rusiyanın cavab zərbələrini sərtləşdirə də bilər.

Göründüyü kimi, ABŞ və Qərbin ziddiyyətli mövqeyi Kremlin strateji üstünlüyünə imkan açan faktor təsiri bağışlayır. Ona görə də, ilk baxışdan, prezident Vladimir Putin zamanın Rusiyanın xeyrinə işlədiyini də düşünə bilər. Ancaq Qərbdə ziddiyyətlərin olması, rəsmi Kiyevin savaşı Rusiya ərazisinə keçirmək planları qurması Kremlin ümidlərini puça çıxara bilər. Çünki Kreml Rusiyanın diqtə etməyə çalışdığı şərtlər çərçivəsində Ukrayna savaşının ən qısa zamanda sona çatmasında maraqlıdır.

Ancaq indiki situasiya sülhün Kremlin ümid etdiyi qədər yaxın olmadığını göstərir. Əksinə, Ukrayna savaşı indi daha mürəkkəb, daha çox tərəfin maraqlarının toqquşduğu bir "geopolitik düyünə" çevrilir. Rusiyanın isə Ukrayna savaşının uzadılmasına tab gətirə biləcək qədər iqtisadi və hərbi potensialı qalmayıb. Və bu baxımdan, Rusiya hazırda "böyük hərbi labirint"in içərisində çıxış yolu tapa bilməyərək, dolaşmağa məhkum duruma düşmüş kimi görünür. "Yeni Müsavat"

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az