• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə: Gəlirlər və xərclər açıqlanıb
  • 23-10-2026 Quba İdman Kompleksində yarım milyonluq mənimsəmə - Direktor həbs edildi
  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
13-08-2025, 09:12

Çinin “Tramp yolu”na susqunluğunun iki səbəbi

Çinin “Tramp yolu”na susqunluğunun iki səbəbi


Ekspert: “Pekinin susqunluğu narazılıq yox, razılıq əlamətidir”

ABŞ-də Zəngəzurla bağlı tarixi anlaşmaya Çinin mövqeyi ciddi suallar doğurdu. Hələ bu razılaşmadan çox-çox əvvəl də rəsmi Pekin Zəngəzur dəhlizinin çəkilməsində israrçı mövqeydə deyildi. Ekspertlərin indiki mövqeyi də budur ki, Pekin Rusiya ilə münasibətlərini nəzərə aldığı üçün gözləmə mövqeyi tutur. Yəni Moskvanın narazı qaldığı bu razılaşmaya Pekin “əl çalmağa” tələsmir. Çinin hazırkı vəzifəsi qlobal liderliyə nail olmaqdır. Amerika Birləşmiş Ştatları ilə rəqabətdə Çin üçün Zəngəzur keçidi olmadan da yarışması mümkündür. Çinin ticarətinin 90%-i dəniz və okeanlar, yalnız 10%-i quru yollar vasitəsilə keçirilir. O səbəbdən bəzi analitiklər hesab edir ki, Çin bu anlaşmaya xüsusi “diqqət yetirmədiyi” təəssüratı yaratmaqda maraqlıdır.

Çinin Rusiya və İrandan fərqli olaraq susqunluq nümayiş etdirməsi nə ilə bağlıdır? Zəngəzur dəhlizinin açılması Çinə sərf edir? Edirsə, açıq dəstək ifadə etməməyi Rusiyanı və İranı narazı salmaq istəmədiyindən irəli gəlir?

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında imzalanmış memorandumun önəmli maddələrindən biri Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Çox müzakirələrə və mübahisələrə səbəb olan məsələ artıq həll olunmaq üzrədir: “”Tramp yolu" adı altında mediada dolaşan fikirlər öz təsdiqini tapdı. ABŞ-nin şirkəti Ermənistan ərazisində 99 illiyinə torpağı icarəyə götürəcək və buraya sərmayə yatırmaqla avtomobil və dəmiryolu xətlərinin çəkilişinə dəstək göstərəcək. Sonrakı periodda isə təhlükəsizlik zəmanəti verəcək. Bu, tarixi nailiyyət hesab oluna bilər. Ermənistan öz suveren hüquqlarından istifadə edərək ABŞ ilə belə razılaşma imzaladı. Bu razılaşma dərhal İran və Rusiya tərəfindən neqativ qarşılandı. Böyük maraq doğuran dünyanın super güclərindən biri olan Çinin mövqeyidir. Çünki Çin Azərbaycanla və Ermənistanla ikitərəfli müstəvidə sıx əlaqələr qurmaqda maraqlıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına çox mühüm səfəri həyata keçirilib və səfər zamanı ikitərəfli mühüm sənədlər imzalanıb. Bununla ikitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə qalxdı. Hesab edirəm ki, hazırda Çinin susqunluğu narazılıq yox, razılıq əlamətidir".

Ekspert qeyd etdi ki, Çin böyük tarixi olan və iqtisadiyyatının təhlükəsizliyinə xüsusi həssaslıqla yanaşan dövlətdir. Çin üçün yüklərin təhlükəsiz şəraitdə ötürülməsini təmin edən və edəcək marşrutun mövcudluğu önəmli xarakter daşıyır: “ABŞ kimi fövqəldövlət əgər Zəngəzur dəhlizinin təhlükəsizliyinə zəmanət verəcəksə, bu, Çin tərəfindən də müsbət qarşılanacaq. Çin bütün risklərin aradan götürülməsinin tərəfdarıdır və Çinin ”Kəmər-yol konsepsiyası" da bu siyasətə əsaslanır ki, etibarlı və dayanıqlı, təhlükəsizlik arxitekturası olan ərazilərə sərmayə yatırılması daha məqsədəuyğundur. Ona görə də Mərkəzi Asiyada ərazi mübahisələrinin həll olunmasında Çinin payı var. Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra Çin Zəngəzur dəhlizindən faydalanacaq. Çin məhz bunu gözləyir. Çin üçün iqtisadi əlaqələr önəmlidir"

“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az