• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-07-2026 Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib
  • 22-07-2026 Bakı metrosunda iş rejimi dəyişdirilir
  • 22-07-2026 Prezident İlham Əliyev Rauf Arifoğlunu təltif etdi
  • 22-07-2026 "WhatsApp"dan yenilik: Telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq
  • 22-07-2026 Azərbaycan klublarından tarixi rekord...
  • 22-07-2026 Sumqayıtda özəl tibb müəssisəsində yoxlama: Həkim sənədsiz fəaliyyət göstərib
  • 22-07-2026 Sabahın havası açıqlandı
  • 22-07-2026 Ana təbiətə metastaz verən "Hacı sindiromu" - FOTO FAKT
  • 22-07-2026 Abşeron Rayon İcra Hakimiyyəti Digah qəsəbəsində özbaşına tikinti işlərinin ört-basdır etmək istəyir
  • 22-07-2026 Dünyanın ən yaxşı tələbə şəhərləri açıqlandı: Bakı ilk 100-lükdə
  • 22-07-2026 Manatını digər valyutalara dəyişdirmək istəyənlərin nəzərinə
  • 22-07-2026 Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi
  • 21-07-2026 Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
  • 21-07-2026 İyulun 22-də bütün pensiyalar köçürüləcək
  • 21-07-2026 Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

XƏBƏRLƏR

    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
13-08-2025, 08:50

Qəbul imtahanlarında daha bir “ÇP”

Qəbul imtahanlarında daha bir “ÇP”


İmtahanlarda texnoloji fırıldaqlıq və ya yeni dövrün “şparqalka” problemi...
"Ötən ay qəbul imtahana giriş zamanı iştirakçıların üzərlərində komplekt halda xüsusi ötürücü qurğuların (“Mifi” aparatı, mikroqulaqlıq, telefon, kamera və s.) aşkarlanması və bununla bağlı Dövlət İmtahan Mərkəzinin DTX-ya müraciət etməsi haqda xəbər vermişdik. Bildirilirdi ki, qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub. sözügedən faktlarla bağlı müvafiq istintaq davam etdirilir.

25-27 iyun tarixlərində mərkəzləşdirilmiş üsulla lisey və gimnaziya imtahanında sualların əvvəlcədən müəyyən şagirdlər tərəfindən əldə olunması ehtimalları yaranıb". Bu sözləri jurnalistlərə açıqlmasında Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinin müdiri Tural Alışov deyib. Tural Alışov qeyd edib ki, hazırda bununla bağlı araşdırmalar aparılır: “Bu ehtimallar üçün Elm və Təhsil Nazirliyi geniş miqyaslı araşdırma aparılır. Və indi də bu araşdırmalar davam edir”.

O bildirib ki hazırda valideynlərlə tək-tək görüşlər keçirilir: “Təkrar imtahan təşkil olunmayıb. Sadəcə, həmin şagirdləri yenidən yoxlamaq üçün əvvəlki imtahana bənzər suallar hazırlanıb. Verilən suallar çox sadə olub. Hər bir şagirdə 10 sual təqdim edilib ki, onların ilkin imtahanda topladıqları nəticənin heç olmasa bir hissəsini təkrar cavablandıra bilib-bilmədikləri müəyyən edilsin. Məsələn, əgər bir şagird birinci imtahanda 45 düzgün, 0 səhv cavab yazıbsa, biz ikinci yoxlamada ondan 10 düzgün, 0 səhv nəticə tələb etməmişik. Əgər şagird nəticəsinin müəyyən hissəsini təsdiq edə bilibsə, onun imtahan nəticəsi ləğv edilməyib. Lakin bəzi şagirdlərin nəticələrində kifayət qədər fərqlər aşkar olunub. Qeyd etmək lazımdır ki, təqdim olunan suallar həmin imtahanda cavablandırdıqları suallara bənzər idi”.

Göründüyü kimi, müasir texnologiyalar inkişaf etdikcə “şparqalka”ların növü də dəyişir və saxta bilik əsasında qiymət almağa çalışan şəxslər daha mürəkkəb texniki vasitələrdən istifadə edirlər. Bəs bu cür halların qarşısını almaq üçün hansı sistemli tədbirlər görülməlidir? Təhsil sahəsində texnoloji fırıldaqlara qarşı effektiv mübarizə necə təşkil olunmalıdır?



İlqar Orucov

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “İmtahanlarla bağlı məqamlar, təbii ki, xoşagəlməzdir və bu kimi hallar təkcə Azərbaycan üçün spesifik deyil. Dünyanın müxtəlif ölkələrində də insanlar bəzən imtahanlara daxil olarkən xoşagəlməz, arzuolunmaz və ümumilikdə imtahan prosedurlarına zidd olan üsullardan istifadə edirlər. Xatırlayırsınızsa, hətta sovet dövründə çəkilmiş məşhur bir filmdə də imtahan prosesində qurğudan istifadə edilməsi komediya janrında, amma eyni zamanda prosesin nə qədər pozuntu və qanunazidd olduğunu göstərən bir süjetlə təqdim olunurdu. Əlbəttə, burada söhbət hüquqa zidd əməllərdən gedir.

Digər tərəfdən, bunun komediya variantını biz vaxtilə izləmişik və bilirik ki, insanlar hər zaman bu kimi xoşagəlməz vasitələrdən istifadə edərək imtahanda daha çox uğur qazanmaq istəyiblər. Əvvəllər, təbii ki, indiki resurslar və texnologiyalar yox idi. Yadınızdadırsa, yaşlı nəsil daha yaxşı xatırlayar ki, vaxtilə “şparqalkalar” hazırlanırdı və onlardan istifadə edərək imtahanlara girənlər olurdu. Yəni bu hallar həmişə mövcud olub.

Amma indi dünya dəyişib. Müasir texnologiyalar bu kimi halların baş verməsi üçün şəraiti bir qədər də “münbitləşdirib”. Ənənəvi üsullar artıq geridə qalıb. İndi isə mikroqulaqcıq, telefon, kamera, Wi-Fi və s. kimi texnoloji yeniliklərdən istifadə edərək həmin neqativ, köhnə üsulların yerini daha müasir “qaydapozma” vasitələri tutub.

Əlbəttə, təhsil sahəsinə cavabdeh olan dövlət qurumları bu məsələlərdə qətiyyətlə mübarizə aparırlar. Xüsusi xidmət orqanları artıq bu işi araşdırır. Əgər bu məlumatlar dövlətə çatdırılıbsa, deməli, ortada real faktlar var. Araşdırma nəticəsində burada cəzaya layiq olan şəbəkə ifşa olunacaq və onlar qanun qarşısında cavab verəcəklər".

İlqar Orucov qeyd edir ki, hazırda bütün mümkün ehtimallar, hətta bu gün təsəvvür etmədiyimiz ehtimallar üzərində də mübarizə tədbirləri görülür: “Təbii ki, belə hallara yol verənlər mütləq şəkildə cəzalandırılmalıdır. Burada Elm və Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən Təhsil İnstitutunun nümayəndəsinin fikri ifadə olunur. Nə qədər ki, imtahanlar var, bu cür xoşagəlməz halların başvermə ehtimalı da olacaq.

Yenə də qeyd etmək istəyirəm ki, gələcəkdə də bəzi insanlar daha fərqli üsullar tətbiq edərək öz çirkin əməllərini davam etdirəcəklər. Bu şəbəkənin ifşa olunması o demək deyil ki, bununla məsələ bitəcək. Mümkün olan bütün qabaqlayıcı tədbirlər həyata keçirilir və təbii ki, hansısa xoşagəlməz hal aşkarlanarsa, həmin şəxslərin müəyyən edilməsi, günahkarların tapılaraq müvafiq şəkildə cəzalandırılması prosesi bundan sonra da davam etdiriləcək. İnsanlar, sadəcə, anlamalıdırlar ki, bu, doğru yol deyil. İmtahanda uğur qazanma yolu və onun “formulası” artıq illər, hətta yüz illərdir ki, bəllidir. Bu formuldan kənar üsullarla imtahanda uğur qazanmaq təkcə xoşagəlməz deyil, həm də cinayət əməlidir. Buradan həm də valideynlərimizə və imtahanlara qatılan gənclərimizə çağırış edirəm: diqqətli olsunlar, bu cür tələlərə düşməsinlər, hansısa qrupların çirkin niyyətlərinin qurbanına çevrilməsinlər. Yalnız öz biliklərinə, öz bacarıqlarına arxalanaraq imtahanlarda iştirak etsinlər. Onlar bilməlidirlər ki, bu kimi halların sonu yoxdur".


Osman Gündüz

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün də mövzu ilə bağlı fikirləri diqqət çəkir: “Bir zamanlar imtahanlarda hansısa texniki vasitələrdən istifadə edənlər barmaqla sayılardı. DİM-in detektorları onları asanlıqla aşkar edirdi. Amma indi vəziyyət dəyişib. Görünür ki, bəzi texnoloji işbazlar bu işi sistemli şəkildə biznes xidmətinə çeviriblər. Tələb var, təklif də hazırlanır: kim imtahanda uğur qazanmaq istəyirsə, ”gizli texnologiya paketi" hazırdır - mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və daha nələr. Əldə etdiyim məlumata görə, məhz belə xidməti təklif edən bir şəbəkənin üzvləri artıq məhkəmə qərarı ilə saxlanılıb, cinayət işi açılıb və istintaq aparılır. Abituriyentlərdən nəticələri ləğv olunanlar var. Əməliyyat DİM-in müşahidələri və rəsmi müraciəti əsasında DTX tərəfindən həyata keçirilib. Görünür ki, qeyd olunan orqanlar bu tip halların artmasını müşahidə ediblər və bunun mərkəzləşmiş formada ola biləcəyindən şübhələniblər.

Yəni ola bilər ki, texniki avadanlıqlarla imtahana gələnlərin müəyyən təbəqəyə, müəyyən qrupa və ya regiona bağlı olması şübhə doğurub, yaxud elə imtahan prosesində özünü şübhəli aparanların çox olması müşahidə kameraları və süni intellektlə müəyyən edilib. Əlbəttə, gizli avadanlıqlardan istifadə edənlər məcburdur ki, tez-tez qulağa toxunsunlar, paltarda nə isə qurdalasınlar, hansısa süni hərəkətlər etsinlər, mikroqulaqcıqlardan gələn səslər ətrafda əks-səda yaratsın və s. Burada ən diqqətçəkən məqam isə budur: artıq bu tip fırıldaq imtahan verənin özünün şəxsi təşəbbüsü ilə deyil, xidmət olaraq, biznes olaraq təklif edilən “texnoloji dəstək paketi” kimi təqdim olunur. Yəni bu bir fərdi fırıldaq yox, kütləviləşən, pullu və təşkilatlanmış texnoloji cinayət modelidir. Əlbəttə, burada DTX tərəfindən bu şəbəkənin ifşası və məsuliyyətə cəlb edilmələri təqdirəlayiq bir addımdır. Amma bu hadisə bir daha göstərdi ki, məsələ, sadəcə, bir neçə abituriyentin fırıldağa əl atmasında deyil - texniki - texnoloji savadlı şəxslərin - təşkilatçıların öz biliklərini cinayətə yönəltməsindədir. Bir neçə gün öncə də kiber sahədə cinayət törətmiş bacarıqlı bir gəncin məhkəmə prosesi cəmiyyətin gündəmində idi. Mən yenə o fikirdəyəm, dövlət, cəmiyyət və xüsusilə təhsil və innovasiya qurumları səfərbər olmalıdır ki, bu tip texnoloji potensiallı insanlar fırıldağa və cinayətə yox, ölkənin inkişafına xidmət edən layihələrə üz tutsunlar və cəlb olunsunlar".//“Yeni Müsavat”


Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az