
ABŞ prezidenti Donald Trampın komandası, paytaxtda təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə yüzlərlə Milli Qvardiya hərbçisinin yerləşdirilməsi imkanını nəzərdən keçirir.
Nyus.Az reutersə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı hələ yekun qərar qəbul olunmayıb.
Mənbələrdən birinə görə, Milli Qvardiya qüvvələri federal qurumların əməkdaşlarını qorumaq və hüquq-mühafizə orqanlarını inzibati vəzifələrdən müvəqqəti azad etmək üçün cəlb oluna bilər.//Musavat.com//
Nyus.Az

























