• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
  • 23-10-2026 Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • 23-10-2026 Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə: Gəlirlər və xərclər açıqlanıb
  • 23-10-2026 Quba İdman Kompleksində yarım milyonluq mənimsəmə - Direktor həbs edildi
  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
2-07-2025, 09:14

“Putin NATO”sunu Azərbaycana qarşı qaldırmaq cəhdi

“Putin NATO”sunu Azərbaycana qarşı qaldırmaq cəhdi


Ermənistan KTMT önündə Bakı əleyhinə ittiham xarakterli yekun bəyanat bəhanəsi qoyub, əgər imzalanmasa... - analiz
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının bazar ertəsi Qırğızıstanda keçirilən iclasında iştirak etməyib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

“2021 və 2022-ci illərdə Azərbaycanın Ermənistan ərazisinə silahlı hücumları ilə bağlı təşkilatın üzvləri, o cümlədən Rusiya tərəfindən siyasi bəyanat verilməsə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı ilə bağlı "yekun qərar" verməyə hazırdır". Bu əcaib fikirləri Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan ötən həftənin sonu hökumətin iclasından sonra jurnalistlərin suallarına cavab olaraq deyib. “Biz artıq KTMT-dən eyhamlarla deyil, açıq mətnlə danışırıq: bu, uzun müddət davam edə bilməz. Əgər bizim tərəfdaşlarımız, o cümlədən Rusiya Federasiyası Ermənistanın suveren ərazisinə hücumlarla bağlı öz mövqelərini bildirməsələr, biz yekun qərarları qəbul edəcəyik”, - diplomat vurğulayıb.

O qeyd edib ki, İrəvan “eyham vurmur, birbaşa danışır”. Kostanyan əlavə edib ki, Ermənistan suveren dövlət olduğu üçün “bu və ya digər addımı” özü müəyyən edəcək.

Yada salaq ki, ötən il fevralın 22-də Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakının “dondurulduğunu” bildirmişdi. 2024-cü ilin mayında isə Paşinyan Ermənistanın KTMT-nin maliyyələşdirilməsindən də imtina etdiyini bəyan etmişdi. Ardından həmin ayın sonunda Almatıda keçirilən KTMT Müdafiə Nazirləri Şurasının işində də iştirak etməmişdi. Nəhayət, baş nazir Paşinyan ötən il noyabrın 28-də Astanada Qazaxıstan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan prezidentlərinin iştirakı ilə baş tutan KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasına getməkdən imtina etmişdi.

Ermənistan ötən ilin mayında təşkilatın 2024-cü il büdcəsini maliyyələşdirməkdən də imtina etdiyini rəsmən elan edib. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın KTMT-dəki fəaliyyətini “dondurması” və qərarların qəbulunda iştirak etməməsi fonunda ölkənin öz təhlükəsizliyini necə təmin edəcəyi sual altındadır: “Bütün tərəflər anlayır ki, Ermənistan artıq təşkilatın qərarlarında iştirak etmir. Amma bu ölkə KTMT-nin kollektiv mexanizmlərinə və öz təhlükəsizlik ehtiyaclarına obyektiv yanaşmalıdır”.

Pankin həmçinin bildirib ki, Ermənistanın KTMT-yə üzvlük haqqını ödəməməsi məsələsi 2025-ci ilin dekabrından sonra müzakirəyə çıxarılacaq. Bu qərarın hansı formatda veriləcəyi isə hələlik bəlli deyil. Pankinin timsalında rəsmi Moskva növbəti dəfə İrəvana xəbərdarlıq edib və ən əsası, ilin sonuna qədər vaxt verilib. Dekabrdan sonra Ermənistan KTMT ilə bağlı mövqeyinə aydınlıq gətirməli, seçim etməlidir - ya de-yure blokdan çıxır, ya da “dondurma”nı uzun müddət davam etdirə bilməyəcək. İndi belə görünür ki, Ermənistan özü üçün daha bir çıxış yolu tapıb: KTMT-ni Azərbaycana qarşı qaldırmağa cəhd etməklə...

“Ermənistan Azərbaycanla Rusiya arasında yaranmış gərginlikdən sui-istifadə edərək KTMT-dən əleyhimizə nəsə qoparmaq istəyir. İrəvan ümid edir ki, Bakının Moskvaya qarşı sərt cavabları və ittihamları fonunda KTMT-də söz sahibi olan Rusiya bəyanatla çıxış edə bilər. Ancaq bunun baş verəcəyini gözləmirəm. Hər nə qədər Moskva ilə aramızda yaşananlar gərgin olsa da, KTMT Azərbaycanın Ermənistana "hücum" etdiyi barədə bəyanat səsləndirməz". Bu fikirləri “Yeni Müsavat”a hərbi ekspert Ramil Məmmədli bildirib.



Onun sözlərinə görə, bunun bir neçə səbəbi var: “Əvvəla, heç bir əsası yoxdur. Azərbaycanla Ermənistan arasında 44 gün davam edən müharibə Qarabağ ərazisində olub. Bunu müharibənin getdiyi dövrdə Rusiya prezidenti də təsdiqləyib. Ona görə də KTMT müdaxilə edə bilməzdi. Hətta 44 gün ərzində Ermənistanın heç bir şəhərinə raket düşməyib. Sadəcə, şərti sərhəddə bəzi yüksəkliklər nəzarətimizdədir, Qaragöl istiqamətində nəzarətimiz var, Ermənistan bunun hay-küyünü salır. İkinci səbəb isə KTMT-yə üzv ölkələrin nəzəri bəynata qoşulmayacağıdır. Belarus, Qırğızıstan, Qazaxıstan Azərbaycana dost ölkələrdir, hətta Rusiyanın belə bir niyyəti olsa belə, onlar bu bəyanata imza atmazlar”.

Hərbi analitik erməni diplomatın məlum açıqlamasını bir bəhanə hesab edir: “Rəsmi İrəvan yaxşı bilir ki, KTMT onun arzuladığı şəkildə bəyanatla çıxış etməyəcək. O səbəbdən indidən şərt və bəhanə qoyur. Yəni KTMT Azərbaycanı ittiham edən mövqe bildirməyəcək, Ermənistan da bunu bəhanə edərək təşkilatla bağlı dekabrda yekun qərarını verəcək. Təbii ki, Paşinyan administrasiyası KTMT-ni de-yure tərk etmək istəyindədir. Sadəcə, ona yeni təhlükəsizlik qarantiyası lazımdır. Bunu baş nazir daha əvvəl də elan edib. Hazırda Ermənistan hakimiyyəti Qərbi özü üçün tam təhlükəsizlik qarantiyası kimi görmür. Çünki geosiyasi reallıqlar dəyişib”.

Hərbi ekspertə görə, Ermənistan Türkiyə və Azərbaycanla yaxınlaşmanı əsl təhlükəsizlik qarantiyası kimi görməkdədir: “İrəvan da bu təşkilatı o zaman de-yure tərk edəcək ki, həm təhlükəsizlik təminatını tam həll etsin, həm də verdiyi qərara görə Rusiyadan ağır basqılar olmasın. Hazırda Moskva Cənubi Qafqazda mövqeyini gücləndirmək səylərini artırıb. Ermənistan Rusiya ilə münasibətlərini korlamamağa çalışır. Əksinə, Bakı ilə Moskva arasındakı gərginlikdən yararlanmaq niyyətində görünür. Lakin KTMT tam fərqli mövzudur və Ermənistanın hansı hallarda təşkilatı de-yure tərk edə biləcəyini vurğuladım. Fikrimcə, dekabrdan sonra biz İrəvanı bu blokda görməyə bilərik. Ancaq hər şey qarşıdakı aylarda hadisələrin gedişindən asılı olacaq”.

Bununla belə, R.Məmmədli KTMT-nin bir blok olaraq əhəmiyyətini də itirdiyi qənaətindədir: “Geosiyasi gərginliklər və dünya nizamında dəyişikliklər, həmçinin üzv ölkələrin Türk Dövlətləri Təşkilatına meylliyi KTMT-nin rolunu azaldıb. Onun təsir imkanları da əvvəlki deyil. Rusiyanın Ukrayna üzləşdiyi vəziyyət təbii ki, bu təşkilatın da fəaliyyətinə təsir edir”.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı postsovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalayıblar. Üç digər postsovet ölkəsi olan Azərbaycan isə 1994-cü ildə bu müqaviləni imzalayıb. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəlib. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olunub. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk edib.

"Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az