• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 04-06-2026 Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • 04-06-2026 Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
  • 04-06-2026 ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio
  • 04-06-2026 Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
  • 04-06-2026 Saat 10:00-da bu ərazilərdə işıq KƏSİLƏCƏK
  • 04-06-2026 Maşınla yola çıxanlar mütləq OXUSUN - 11 küçədə…
  • 04-06-2026 Xəzərdə zəlzələ oldu
  • 04-06-2026 Tələbələrə "süni intellektdən istifadə etməyin" deyən akademik məqaləni süni intellektə yazdırdı
  • 04-06-2026 Azərbaycan millisi finalda - Avropa çempionatı
  • 04-06-2026 İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
  • 04-06-2026 Narkotik istifadə edirlərmiş
  • 03-06-2026 Prezident Mərkəzi Bankın yeni binasının açılışında - FOTOLAR
  • 03-06-2026 Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
  • 03-06-2026 "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
  • 03-06-2026 51 min şəxs imtahan verəcək - Bazar günü
  • 03-06-2026 Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ
  • 03-06-2026 Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
  • 03-06-2026 Ağdaşda ağır qəza: Ölən və yaralanan var
  • 03-06-2026 50 qramı belə təhlükəlidir - Yeməyin
  • 03-06-2026 Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı

XƏBƏRLƏR

    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
    Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
    Azərbaycan U-21 millisində dəyişiklik
    Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
1-07-2025, 11:39

Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi


Azərenerji” ASC tərəfindən 25.04.2025-ci il tarixində 154/110/10 kV-luq “Babək” YS-nın yenidən qurulması işləri”nin satınalınması ilə əlaqədar dərc edilmiş açıq tender müsabiqəsində “Electro İndustries” qalib elan olunmuş və həmin şirkətlə 24 083 286,89 manat məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Gözləmə müddəti 30.06.2025-ci il tarixində başlayır və 04.07.2025-ci il bitir. Məlumat satınalmaların portalında 25.06.2025 -ci ildə dərc edilib.
Elə həmin gün, 25.06.2025 -ci ildə sözüqedən qurum başqa bir tenderə də yekun vurub. “Azərenerji” ASC tərəfindən 25.04.2025-ci il tarixində “110/35/10 kV-luq “Naxçıvan” YS-nın yenidən qurulması, Naxçıvan enerji baş idarəsinin tikintisi və 110/35/10 kV-luq “Çeşməbasar” YS-nın yenidən qurulması” ilə əlaqədar dərc edilmiş açıq tender müsabiqəsində “Azconstruction” QSC qalib elan olunmuş və həmin şirkətlə 46 572 066,16 AZN məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Gözləmə müddəti 30.06.2025-ci il tarixində başlayır və 04.07.2025-ci ildə bitir.
Bu məlumatlardan da göründüyü kimi “Azərenerji” ASC bir gün ərzində iki böyük həcmli açıq tenderə yekun vurub və iki şirkətlə 70 655 353.05 manat dəyərində satınalma müqaviləsi bağlamağı planlaşdırır. Qeyd edək ki, bu şirkətlər, “Azconstruction” QSC də,”Electro İndustries” QSC də “Azərenerji” ASC üçün yad deyil və tərəflər arasında bağlanan ilk müqavilə deyil.
Belə ki, “Electro İndustries” QSC ilə “Azərenerji” ASC arasında “110/35/6 kV-luq Sumqayıt-3 YS-dan Yağ, Plastik və Karton zavodlarına 35 kV-luq Kabel Xəttinin çəkilməsi» işlərinin satın alınması üzrə 2.033.168,37 manat məbləğində satınalma müqaviləsi 17.08.2019-cu ildə bağlanılıb. Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) enerjisitemə qoşulması üçün 330/33/33 kV-luq yarımstansiyanın tikintisi işlərinin satınalınması üzrə 40.907.134,79 manat məbləğində satınalma müqaviləsi 25.06.2024-cü ildə bağlanılıb.
“Azərenerji” ASC ilə “Azconstruction” QSC arasında anlaşma isə ötən il baş tutub. “Qozlu Körpü”, “Şeylanlı”, “Aşağı Malıbəyli” KSES-lərin yenidən qurulması və 6 ədəd KSES-in enerji sisteminə inteqrasiyası işlərinin satın alınması üzrə 40.507.432,49 manat məbləğində satınalma müqaviləsi 11.09.2024-cü ildə bağlanılıb.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarında “ELECTRO İNDUSTRİES” (VÖEN: 1401861671) Qapalı Səhmdar Cəmiyyətinin 21.10.2010-cu il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.187B, qanuni təmsilçisi kimi isə Qurbanov Emin Telman oğlu qeyd olunub. Reyestr məlumatlarına edilmiş dəyişiklikdə “VERDİCT-SERVİCE COMPANY” MMC kimi təsis edilib. Təsisçisi və ilk qanuni təmsilçisi Abbasov Nadir Əlisaab oğlu olub. 2018-ci ilin fevralında adını və təşkilatı-hüquqi formasını dəyişərək “ELECTRO İNDUSTRİES” Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Rzaxanov Vaqif Alxas oğlu, Qarayev Natiq Yaqub oğlu ayrı-ayrı vaxtlarda QSC-nin qanuni təmsilçiləri olub.
Vergi öhdəlikləri üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə QSC-yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Rzaxanov Vaqif Alxas oğlu həm də 2016 “VSC” MMC-nin qanuni təmsilçisidir.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarında “AZCONSTRUCTION” (VÖEN: 1902376131) Qapalı Səhmdar Cəmiyyətinin 09.04.2015-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.187B, qanuni təmsilçisi kimi isə Əliyeva Təranə Tahir qızı qeyd olunub. Reyestr məlumatlarına edilmiş dəyişiklikdə “AZCONSTRUCTION” MMC kimi təsis edilib. Təsisçisi və ilk qanuni təmsilçisi Əhmədov Bayram Kərim oğlu olub. 2018-ci ilin avqust ayında təşkilatı-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Daha sonra Şükürov Vəlixan Qurban oğlu, Qurbanov Emin Telman oğlu, Qarayev Natiq Yaqub oğlu, Əliyev Rəşad Taqif oğlu ayrı-ayrı vaxtlarda QSC-nin qanuni təmsilçiləri olub.
Qeyd edək ki, reyestr məlumatlarında “ELECTRO İNDUSTRİES” QSC dövlət qeydiyyatına alındıqda ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, A.A.MİRQASIMOV, ev 2 daha sonra XƏZƏR RAYONU, AĞAMALI OĞLU (ZİRƏ QƏS.), ev 23 göstərilib. “AZCONSTRUCTION” QSC dövlət qeydiyyatına alındıqda ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, BÜLBÜLƏ ŞTQ, MƏNBƏ, ev 38, mənzil 0 göstərilib.
Hər iki şirkət, “AZCONSTRUCTION” QSC 12.06.2020-ci ildən, “ELECTRO İNDUSTRİES” QSC isə 17.07.2020-ci ildən eyni yerdə, NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.187B, ünvanında fəaliyyət göstərirlər. Vergi Xidmətinin məlumatlarında da göründüyü kimi Qurbanov Emin Telman oğlu, Qarayev Natiq Yaqub oğlu hər iki şirkətə ayrı ayrı vaxtlarda rəhbərlik ediblər. Bu isə o deməkdir ki, hər iki şirkət bir nəfər tərəfindən idarə olunur.
Bəs bu bir nəfər kimdir?
Elektron medianın yaydığı məlumata görə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin qardaşı Emin Rzayevin adının hallandığı qalmaqalla bağlı məhkəmə iddiası qaldırılıb. Söhbət Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) təmiri ilə əlaqədar yaranmış qalmaqaldan gedir. “Yapsan” MMC artıq bu işlə bağlı məhkəmədə iddia qaldırıb. Cavabdeh tərəf kimi “Elektro İndustries” QSC göstərilib.
Qeyd edilir ki, iyun ayında Mingəçevirdən olan iş adamları Nicat Həsənov və Rəşad Şirinov Prezident İlham Əliyevə ünvanladıqları müraciətdə bildirirdilər ki, onlar “Yapsan” MMC olaraq 2018-ci ilin oktyabrında Azərbaycanın ən böyük istilik-elektrik stansiyası olan Mingəçevir İES-in təmirində subpodratçı olaraq fəaliyyət göstəriblər. Podratçı şirkət isə “Elektro İndustries” QSC olub. “2018-ci ilin oktyabr ayından 2019-cu ilin aprel ayına qədər, mən Şirinov Rəşad və “YAPSAN” MMC Azərbaycan İstilik Elektrik Stansiyasıında “Elektro İndustries” QSC ilə ümumilikdə 2.631.628,87 manatlıq müqavilə bağlamışıq.
Bunun müqabilində gördüyüm işlər üçün bir milyon manatadək avans köçürülüb. Lakin həmin 7 ay müddətində boya işlərindən qeyri-rəsmi olaraq 800.000 manatdan çox iş görmüşəm. Şirkətimin də blok olunmağı, sanksiya qoyulmağı və ümumi olaraq sahibkar kimi dəymiş ziyanın ödənməsini tələb edirəm. Müqavilənin uzanma müddəti “Elektro İndustries” QSC-nin rəhbər heyətinin səhlənkarlığı ucbatından olub”, – müraciətdə qeyd olunur. İş adamlarının dediklərindən belə anlaşılır ki, onların pulunu podratçı “Elektro İndustries” QSC ödəmir. Bu qanunsuzluğun arxasında isə Baba Rzayevin qardaşı Emin Rzayev dayanır.
“Azconstruction” QSC-yə gəlincə. Vergi xidmətinin məlumatlarında QSC-nin təsisçisi Əhmədov Bayram Kərim oğlu olub. Elektron mediada yayılan məlumatlara görə o, 2024-cü ilin iyuluna qədər İcbari Sığorta Bürosunun icraçı direktoru olmuş Rəşad Əhmədovun atasıdır. Hazırda, “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının sədri vəzifəsini daşıyan Rəşad Əhmədovun biznes imperiyasına “Electro İndustries” QSC, “Verdict Service Company” MMC, “GatDigital” QSC, “AzConstruction” QSC kimi şirkətlər daxildir. Bu şirkətlər daha çox “Azərenerji” ASC və “Azərişıq” ASC tərəfindən keçirilən tenderlərdə qalib çıxarılaraq dövlət sifarişləri alır, ölkənin müxtəlif yerlərində işlər görürlər.
Amma apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatlardan da görsəndiyi kimi, bu şirkətlərin qanuni təmsilçilərinin kim olmasından asılı olmayaraq oxlar “Azərenerji” ASC-nin sədri Baba Rzayevi göstərir. Çünki, Baba Rzayevin bu QSC-lərlə uzaqdan, yaxından doğmalığı, bağlılığı olmasaydı bu şirkətlər milyonlarla dövlət sifarişlərini belə asanlıqla əldə edə bilməzdilər.
(Aktualinfo.org)
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az