• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
  • 23-10-2026 Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
  • 23-10-2026 Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • 23-10-2026 Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə: Gəlirlər və xərclər açıqlanıb
  • 23-10-2026 Quba İdman Kompleksində yarım milyonluq mənimsəmə - Direktor həbs edildi
  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
20-06-2025, 08:25

Sərhədimizdən ABŞ-a məxfi məlumatlar ötürülüb - qalmaqal

Sərhədimizdən ABŞ-a məxfi məlumatlar ötürülüb - qalmaqal


Azərbaycanı “sionist rejimi sərhədlərinə yaxın yerləşdirməkdə” ittiham edən Tehrana xain zərbə “qardaş” dediyi İrəvandan gəldi; Aİ missiyasının Qərbin göstərişi ilə məxfi məlumatlar topladığı da təsdiqləndi

Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanın vəzifəsindən istefası Ermənistan hakimiyyətinin İrana tranzit uçuşları ilə bağlı məxfi məlumatları ABŞ kəşfiyyat xidmətlərinə ötürməsi, həmçinin İsrailin maraqları naminə ölkənin cənubunda casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı dərc edilən xəbərlərlə eyni vaxta düşüb.

“Yeni Müsavat” yazır ki, bu əməliyyatlarda Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının iştirak etməsi xəbəri isə qətiyyən təəccübləndirmədi. Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyətinin daha iki il uzadılması, son dövrlərdə isə onsuz da missiyanın tərkibi və fəaliyyəti ilə bağlı ciddi şübhələr yaranmışdı. Məlumdur ki, həmin missiya sərhəddə kəşfiyyat məqsədilə fəaliyyət göstərir. Son aylar şərti sərhəddə yerləşdirilmiş missiya gecə patrullarının sayını da artırmışdı. Aİ missiyasının monitorinq adı altında Rusiya, Azərbaycan və İrana qarşı mübarizə aparmaq üçün kəşfiyyat məlumatları topladığı haqda dəfələrlə ən müxtəlif səviyyələrdə açıqlamalar verilib.

Ən son olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu məsələyə toxunub. İsrailin İranda həyata keçirdiyi əməliyyatdan iki gün əvvəl - iyunun 11-də XİN sözçüsü bildirib ki, Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı Azərbaycanın haqlı narahatlığı barədə məlumatlıyıq. Onun sözlərinə görə, bu qondarma missiyanın əməkdaşlarının nə ilə məşğul olduğu yaxşı məlumdur: “Onlar Ermənistana qonşu ölkələr barədə casusluq edirlər. Əlbəttə ki, onlar İrəvan qarşısında hesabat vermirlər, regionda sabitliyə heç bir yardım etmirlər. O ki qaldı Ermənistanda dislokasiya olunmuş Rusiya hərbi bazasına, İrəvandan onun mümkün çıxarılması barədə heç bir siqnal almamışıq. Ölkənin rəsmi şəxsləri bu barədə publik danışıblar ki, belə məsələlər gündəlikdə dayanmır. İrəvanda anlayırlar ki, Rusiya hərbi bazası regionda, Ermənistanda və bütün Cənubi Qafqazda vacib təhlükəsizlik elementidir. Ermənistanla Rusiya arasında, eləcə də Azərbaycanla münasibətlərimiz kontekstində bu məsələ heç vaxt qaldırılmayıb”.

Göründüyü kimi, rəsmi Moskva da bəyan edir ki, bu missiya qonşu ölkələrə qarşı casusluq edir. Yəni təkcə Azərbaycan deyil, həmçinin Rusiya, İran da var. Bu da nəticəni ortaya qoymaqdadır.

Əslində indi daşlar yerinə oturdu. Bəlli oldu ki, Ermənistandakı Aİ missiyası əslində Qərbin göstərişi ilə məxfi məlumatlar toplayıb və ötürüb. Nəhayət, rəsmi Tehran gözünü açıb bilməlidir ki, dostu kimdir, düşməni kim...

Onu da demək yerinə düşər ki, Ermənistan-İran sərhədi olduqca qısadır - cəmi qırx kilometr. Amma bu, hər iki tərəf üçün son dərəcə vacibdir. 2025-ci il yanvarın 1-də Karçevan keçid məntəqəsini məhz Milli Təhlükəsizlik Xidmətinin Ermənistan sərhəd qoşunları qoruyur. ABŞ-ın ikinci ən böyük səfirliyi Ermənistandadır. Səfirlik 9 hektar ərazidə yerləşir və onun 2,5 min əməkdaşı var. Bir diplomatik korpusda batalyondan böyük işçi saxlamağın bir adı var - kəşfiyyat fəaliyyəti.

İndi Azərbaycanın tam haqqı var ki, Aİ-nin bu missiyasına öz yerini göstərsin. Təbii ki, zamanı gələndə Tehran da bunun sorğu-sualını edəcək. Hərçənd tərəddüdlər var. Yəni İran Ermənistandan Aİ-nin bölgədəki təhlükəli hərəkətləri haqda hesabat istəməyə də bilər. Bu reallıq konkret addımları atmağı zəruri edir.

“Ermənistanın bir poliqona çevrildiyi şəkk-şübhə doğurmur. 2018-ci ildən bəri Qərb kəşfiyyatı bu ölkədə təsirlərini gücləndirməkdədir. Əgər bu fakt təsdiqini taparsa, İran rejimi dostunu-qardaşını ayırd etməyi bir daha öyrənməlidir. Azərbaycanı "sionist rejimi onun sərhədlərinə yaxın yerləşdirməkdə" ittiham edən Tehran indi görməlidir ki, qahmar çıxdığı ermənilər ona qarşı hansı xain hərəkətlərə şərait yaradır. Halbuki cənub qonşumuzun rəsmiləri Ermənistanın təhlükəsizliyini İranın “qırmızı xətti” adlandırırdılar".

Çingiz Qənizadə

Bu fikirləri “Yeni Müsavat”a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə mövzunu şərh edərkən deyib. Onun sözlərinə görə, ötən il ABŞ-la Ermənistan arasında imzalanmış xartiya da amerikalı sərhədçilərin İranla yaxınlıqda yerləşməsini nəzərdə tutmuşdu, sadəcə, hələlik icra olunmayıb: “Bu sərhəd xidmətinin İranın qulağının dibində yerləşməsi əslində növbəti kəşfiyyat fəaliyyətidir. Ancaq Tramp hakimiyyəti onların gəlişini ertələyib. Yəni İran Ermənistanın mahiyyətini anlamalıdır. Təəssüf ki, bu ifşaedici hallara baxmayaraq, Tehranın İrəvana münasibətinin dəyişəcəyini gözləmirəm. Halbuki Azərbaycandan İranın vurulması üçün platsdarm kimi istifadə olunacağı haqda Arazın o tayından əsassız bəyanatlar eşidilirdi. Hərçənd Azərbaycan dövləti əsla belə xəyanətə yol verməz, xainlik etməz. Amma Ermənistan öz ərazisini İrana və digər qonşularına qarşı kəşfiyyat platsdarmına çevirib. İndi hadisələr elə gətirib ki, İrandakı rejim fakt qarşısında qalıb və Zəngəzur dəhlizi açılmasın deyə qucaqladığı Ermənistan ona arxa çevirib, Qərb kəşfiyyatına anti-Tehran fəaliyyəti üçün meydan verib”.

Hüquq müdafiəçisi Aİ missiyasının regiondakı fəaliyyətinin çoxdan faş olduğunu bildirib. Bununla belə, Ç.Qənizadə hesab edir ki, Paşinyanın MTX rəhbərini dəyişməsi təkcə bu hadisələr fonunda baş vermir, erməni iş adamı Karapetyanla da bağlıdır, çünki onun həbsinə sanksiya verməkdən imtina edibmiş.


Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədliyə görə, Qərb kəşfiyyatının Ermənistanda “at oynatması” İrana çoxdan məlumdur. Onun fikrincə, buna baxmayaraq, Tehranla İrəvanı birləşdirən bəzi strateji maraqlar ucbatından buna göz yumulub. Hərbi analitikin sözlərinə görə, İranın gələcəkdə Ermənistanla bu mövzuları haqq-hesab edəcəyi istisna olunmur: “İsrail və Qərb kəşfiyyatı daha dərində iş görüb. İranın içində əməliyyat hazırlığı aparıb. Ermənistanın isə burada poliqon olması rol oynaya bilər. Hərgah Avropa İttifaqının bu missiyasının casus şəbəkəsi olduğu dəfələrlə elan edilib. Sadəcə, bu missiyanın oradan evakuasiya edilməsi istiqamətində İrəvana təzyiqlər yetərli deyil. Rusiya bu faktı bilirsə, deməli, İran da məsələdən agahdır. Əfsus ki, regional maraqlar səbəbindən mülki missiyanın işi gözardı edilir. Məncə, son eskalasiya İranın regional siyasətdə tərəfdaşlıq məsələsinə yenidən baxacağı ilə nəticələnəcək”.

Hərbi ekspert Aİ missiyasının regiondakı fəaliyyətinə son qoyulması üçün birgə hərəkəti vacib sayır: “Onlar patrul xidmətlərini boş yerə aparmırlar. Bu şəxslər binoklla əraziləri izləyirlər. Xüsusən də fransızların mütəxəssisləri aktivdir. Həmin əldə edilən informasiyalar təkcə Azərbaycanla bağlı olmur, İran haqqında da məlumatlar ötürülür. Ancaq öz içində MOSSAD agenturasından bixəbər olan ölkənin Aİ ilə bağlı laqeydliyi təəccüb doğurmur. Bundan sonra daha ciddi addımlar atılmasına ehtiyac var. Ermənistan kimi cırtdan ölkənin Qərbin kəşfiyyat əməliyyatında meydança olması onu göstərir ki, ciddi təzyiqlər göstərilməlidir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az