• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
  • 23-10-2026 Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
  • 23-10-2026 Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • 23-10-2026 Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə: Gəlirlər və xərclər açıqlanıb
  • 23-10-2026 Quba İdman Kompleksində yarım milyonluq mənimsəmə - Direktor həbs edildi
  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
24-05-2025, 18:42

Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir

[center]Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir[/center]

İctimai Televiziyanın "Sabaha saxlamayaq" verilişində stomatoloqlardan biri iddia edib ki, TƏBİB onları həbslə təhdid edib. Onun sözlərinə görə, qurum diş həkimlərini polislə hədələyib. Deyilib ki, polisin əli ilə ciblərinə pul qoyulacaq və tutduracaqlar. Anaxeber.com yazır ki,
bu fikirlər heç də sıradan platformada səslənməyib - İTV-də. Əslində stomatoloq bu iddiaları səsləndirirsə, TƏBİB rəhbərliyi Azərbaycan polisinə hörmətsizlik edib, onun imicinə xələl yetirib, ünvanına böhtan atıb.
İkincisi, bəlli olur ki, stomatoloqlarla bağlı yaranmış problem məhz ictimailəşdiyi üçün TƏBİB onlarla görüşərək məsələni həll etməyə məcbur qalıb. Yəni əks halda, diş həkimlərindən aylıq 1200-1800 manat tələb olunacaqdı. Faktiki bu vəsaiti istəməklə TƏBİB stomatoloqların "dişini çəkmiş" olurdu. Guya bu pul stomatoloji kabineti normal olmayan, gəlir gətirməyənlərə aiddir.
Belə desək, icarə haqqı tələb edilən otaqların heç biri təmirli deyil, zəruri avadanlıqlarla təmin olunmayıblar, stomatoloq kimi fəaliyyət göstərən şəxs həm otağı təmir etməli, həm avadanlıqlar almalı, həm də aylıq icarə haqqı ödəməlidir. TƏBİB cavab verir ki, "plan" qoyulmayıb. Lakin qurum nümayəndələri həkimlərlə görüşdə etiraf ediblər ki, TƏBİB gəliri az olan stomatoloqlara guya öz hesabından maaş ödəməli olur. Amma TƏBİB həm də açıqlamasında stomatoloqların gəlirərini gizlətdiyini, maliyyə uçotundan yayındığını iddia edir. Bir sözlə, Vüqar Qurbanovun icraçı direktoru olduğu bu qurum stomatoloqlara hücum çəkib, onlara "haqq" qoyub, indi işin üstü açılıb deyə geri çəkilib. Hətta görüşdən sonra Ağcabədi, Hacıqabul rayonlarının mərkəzi xəstəxanasının diş həkimləri də jurnalistlərə bildiriblər ki, müzakirə zamanı aylıq 1200-1800 manat ödəmək imkanı olmadığı TƏBİB rəhbərliyinin nəzərinə çatdırılıb. Sitat: "
TƏBİB özü-özünü maliyyələşdirən qurumdur. Onlar istəyirlər ki, xəstəsi olmayan həkimləri işdən uzaqlaşdırsınlar. Biz də dedik ki, rayonda aylıq 1200 manat ödəməyimiz mümkün deyil. Bizdən sadəcə ay ərzində 15-20 xəstə qəbul etdiyimizə dair qəbz göstərmək tələb olunur ki, TƏBİB bizi işdə saxlaya bilsin. Burada məsələ ay ərzində xəstəsi olmayan həkimlərin işdən uzaqlaşdırılmasıdır”.
Maraqlıdır, TƏBİB xəstəsi olmayanları hansı əsasla işdən azad edə bilər? Üstəlik, inandırıcı görünmür, bu gün diş həkimlərinin kifayət qədər xəstəsi var. Bu məsələdə hiss olunur ki, TƏBİB aylıq "plan" tələbini ört-basdır etmək üçün belə izahlar irəli sürməyə çalışıb. Yəni qurum rəhbərliyi açıq şəkildə rüşvət istədiyini gizlətməyə can atıb. Bəs İTV-nin efirində həkimləri həbslə təhdid edilməsi barədə səslənən iddialar nədir?
Bu faktlar, pul tələbi göstərir ki, TƏBİB bir struktur olaraq özünü doğrulda bilməyib. Ümumiyyətlə, səhiyyə sistemi sistemsiz, dağınıq, xaotik görünür. Çünki səlahiyyət bölgüsü, funksionallıq, nəzarət mexanizmi bərbad və anarxikdir. Bu gün Səhiyyə Nazirliyinin səlahiyyətləri ilə TƏBİB-in funksiyaları bir-birinə qarışıb. Ona görə vahid sistemə, bir strukturun saxlanmasına ehtiyac var. Olmayan Azərbaycan səhiyyəsində iki qurumun fəaliyyətinə nə zərurət var? Bütün bunlar izafi xərclər deməkdir. Onlardan biri saxlanmalıdır. Çünki hər qurum öz tələbləri ilə əlavə problemlər yaradır. Sonuncu diş həkimləri idi. Vüqar Qurbanovun "xaç atası" kimi bir "mafiya" yaradıb stomatoloqları həbslə qorxutması, aylıq "plan" istəməsi göstərir ki, TƏBİB rəhbərliyi özünü keçmiş MTN generalı Akif Çovdarov kimi aparır... Azər Talıbov//Anaxeber.com//

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az