• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 04-06-2026 Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • 04-06-2026 Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
  • 04-06-2026 ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio
  • 04-06-2026 Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
  • 04-06-2026 Saat 10:00-da bu ərazilərdə işıq KƏSİLƏCƏK
  • 04-06-2026 Maşınla yola çıxanlar mütləq OXUSUN - 11 küçədə…
  • 04-06-2026 Xəzərdə zəlzələ oldu
  • 04-06-2026 Tələbələrə "süni intellektdən istifadə etməyin" deyən akademik məqaləni süni intellektə yazdırdı
  • 04-06-2026 Azərbaycan millisi finalda - Avropa çempionatı
  • 04-06-2026 İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
  • 04-06-2026 Narkotik istifadə edirlərmiş
  • 03-06-2026 Prezident Mərkəzi Bankın yeni binasının açılışında - FOTOLAR
  • 03-06-2026 Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
  • 03-06-2026 "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
  • 03-06-2026 51 min şəxs imtahan verəcək - Bazar günü
  • 03-06-2026 Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ
  • 03-06-2026 Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
  • 03-06-2026 Ağdaşda ağır qəza: Ölən və yaralanan var
  • 03-06-2026 50 qramı belə təhlükəlidir - Yeməyin
  • 03-06-2026 Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı

XƏBƏRLƏR

    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
    Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
    Azərbaycan U-21 millisində dəyişiklik
    Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
23-04-2025, 14:46

ETSN-nin Nəqliyyat İdarəsi Sabir Fərzəliyevlə yenə işbirliyinə başladı – Həm də necə…

[center]ETSN-nin Nəqliyyat İdarəsi Sabir Fərzəliyevlə yenə işbirliyinə başladı – Həm də necə…[/center]

ETSN-nin Nəqliyyat İdarəsi Sabir Fərzəliyevlə yenə işbirliyinə başladı –
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi nəqliyyat vasitələrinin cari təmiri üçün mal-materialların alınması üzrə 29.12.2024-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurub. Müsabiqənin qalibi fiziki şəxs Fərzəliyev Sabir Təvəl oğlu seçilib və tərəflər arasında 649.000 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 22.04.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Nəqliyyat İdarəsi tərəfindən nəzərdə tutulmuş mal-materialların alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.170.950,11 manat müəyyən edilmişdir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilatın müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçıların təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi bu təchizatçını müsabiqədən kənar etməmiş, əksinə yeni müqavilə bağlamağı planlaşdırır. Niyə?

Çünki, Sabir Fərzəliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli qurumlarla çoxdan işbirliyindədi. Elə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi ilə 28.04.2023-cü ildə 927.739,48 manat məbləğində satınalma müqaviləsi bağlamışdı. Bundan sonra Sabir Fərzəliyev sanki tender bazarından çəkilmişdi. Bəs Sabir Fərzəliyev tender bazarından niyə çəkilmişdi, və necə qayıtdı?

Qeyd edək ki, hələ 2022-ci ilin oktyabrında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olan məlumat əsasında fiziki şəxs Fərzəliyev Tahir Təvəl oğlunu 6 229 manat cərimə etməsi barədə məlumat yaymışdı. O, zaman həmin şəxsin Türkiyə istehsalı mühərrik yağlarını idxal edərək istehlakçılara Yaponiya istehsalı kimi təqdim etməsi, eləcə də İran da istehsal olunan və ölkəmizə idxal etdiyi məhsulların qablaşdırmalarının üzərində mənşə ölkəsi barədə təhrif edilmiş məlumatların olması və bununla da, haqsız rəqabətə yol verməsi əlamətlərinin aşkar edilməsi ilə bağlı iş qaldırıldığı bildirilirdi. Bu işin nəticəsi olaraq sözügedən sahibkara maliyyə sanksiyası tətbiq edilib və haqsız rəqabətə yol verməməsi barədə göstəriş verilmişdi.

Bizim o zaman apardığımız araşdırma zamanı məlum olmuşdu ki, Fərzəliyev Tahir Təvəl oğlu son illər dövlət satınalmalarının ən fəal iştirakçılarından olan fiziki şəxs Fərzəliyev Sabir Təvəl oğlunun qardaşıdır. Sabir Fərzəliyev 2020-ci ildən, yəni hələ pandemiya dövründən 2022-ci ilin avqust ayına qədər 14 açıq tenderin qalibi olub və 3 107 637 manat məbləğində dövlət sifarişi alıb. Bunlar dövlət satınalmalarının vahid internet portalında olan ən son məlumatlırdır. Əldə etdiyimiz məlumatlara görə Fərzəliyev Sabir Təvəl oğlu hələ 2010-cu illərdən respublikanın şimal bölgəsində, Qusar, Xaşmaz, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birliklərinin, Suvarma Sistemləri İdarələrinin əsas təchizatçısı olub. Son dövrlər respublikanın digər bolgələrində də fəaliyyətə başlamışdı.

Qeyd edək ki, Sabir Fərzəliyev əsasan “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli qurumları maşın-mexanizmlər üçün ehtiyat hissələri, maşın mexanizmləri və nəqliyyat vasitələri üçün sürtgü yağları, nəqliyyat vasitələri və texnikalar üçün müxtəlif akkumulyatorlala və tikinti materialları ilə təchiz edirdi.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin rəisi nazir Muxtar Babayevin qohumu Füzuli Babayev olub. Sabir Fərzəliyevlə daha çox işbirliyi quran da məhz Füzuli Babayev olub. Onun 2022-ci ildə təqaüdə göndərildiyi deyilir. Amma qeydri rəsmi olaraq idarədə nazirin gözü olaraq qalmaqdadır. Hazırda isə Nazirliyin Nəqliyyat İdarəsinin direktoru Elxan Baxışovdur. O bu vəzifəyə nazirin əmri ilə 2022-ci ilin iyununda təyin olunub.

Göründüyü kimi Sabir Fərzəliyevin qardaşının idxal etdiyi malları saxtalaşdırdığının üstü açıldıqdan sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qardaşlara qoyduğu qadağa artıq aradan qaldırılıb. İndi kim zəmanət verə bilər ki, Sabir Fərzəliyev eyni əmməllərə yenə yol verməyəcək. Bu onun bağladığı müqavilədən belə açıq aşkar görsənir. Ehtimal olunan qiyməti 1.170.950,11 manat olan tenderi 40 faiz aşağı qiymətlə udmaq, həmin malların ucuz və keyfiyyətsiz olmasının göstəricisidir. Hələ qiymətlərin nə qədər şişirdildiyini demirik.

Aktualinfo.org

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az