• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
  • 23-10-2026 Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
  • 23-10-2026 Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • 23-10-2026 Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə: Gəlirlər və xərclər açıqlanıb
  • 23-10-2026 Quba İdman Kompleksində yarım milyonluq mənimsəmə - Direktor həbs edildi
  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
31-08-2024, 10:31

Nizami İcra Hakimiyyəti vətəndaşları aldadır - SAKİNLƏR İLDIRIM MEHDİYEVDƏN ŞİKAYƏTÇİDİR

Nizami İcra Hakimiyyəti vətəndaşları aldadır - SAKİNLƏR İLDIRIM MEHDİYEVDƏN ŞİKAYƏTÇİDİR


Bir neçə gün öncə redaksiyamıza Bakı şəhəri, Şirin Mirzəyev küçəsi 58 ünvanında yaşayan sakinlər tərəfindən şikayət daxil olduğunu qeyd etmişdik. Aralarında iki şəhid ailəsi də olan şikayətçilər bildirirdilər ki, illərdir binanın həyətində yerləşən qurumuş ağacların kəsilməsi üçün müraciət etmədikləri qurum qalmayıb. Lakin günü-günə sataraq, heç bir tədbir görülməyib.

Onlar qeyd edirlər ki, həyətdəki 7 ağac tamamilə quruyub, insanların həyatı üçün təhlükə saçır:

"Vaxtilə ağacların qol-budağı çürüyüb maşınların üzərinə düşərək, ciddi maddi ziyan vermişdir. Hətta insanların da üzərinə düşəcək deyə qorxu içində yaşamışıq. Ekologiya Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Yoxlanış zamanı" ağaclara ekspert rəyi lazımdır" dedilər. Ekspert də rəy verdi ki, ağaclar səhv budanma nəticəsində qurumuşdur.

40 ilin 50 ilin ağaclarıdır. Nazirlik, səlahiyyətli qurumlar qəzalara göz yumursa, biz də yummalıyıq? Gözləyək ki, həyətdə oynayan uşağı qurumuş ağacların ətrafındakı həşəratlar, zəhərli cücülər dişləsin və yaxud da hansısa uşağın başına ağac düşsün?/Bədbəxt hadisədən sonra gəlib bu ağacları budayıb və yaxud da kökündən çıxaracaqlar?

Biz sakinlər həyətdə abadlıq işləri görərək, səliqə və səhmana riayət edirik. Çalışırıq ki, bizim gələcəyimiz olan uşaqlar və qocalar üçün həyətdə səliqə-səhman olsun. Qeyd edək ki, qurumuş ağaclar həyətə səliqəsiz görüntü verməklə yanaşı, təhlükə yaradır. Qurumuş ağacın yerinə yeni ağaclar əkə bilərik”.

Sakinlərin redaksiyamıza göndərdiyi şikayət məktubunu olduğu kimi saytımızda verdik. Məsələ ilə bağlı isə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Fehruz oğlu Mehdiyev və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti və Nizami rayon bələdiyyəsi ilə əlaqə saxlamağa çalışdıq. Hər zamankı kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bizə dərhal kömək göstərildi və vətəndaşlara lazım olan sənədi ala bildik. Çox təəssüflə qeyd edirik ki, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev isə bizi və sakinləri aldadaraq, günü-günə satmağa çalışır. Bələdiyyəyə göndəriləsi olan sənədi 3 gündür ki, göndərmir və vətəndaşları narazı salmağa davam edir.

Dünən əməkdaşımız Nizami rayon Bələdiyyə idarəsinə getməsəydi, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyevin bizi və Şirin Mirzəyev 58 ünvanında yaşayan sakinləri aldatdığından xəbərimiz olmayacaqdı. Hər zəngimizdə bizə deyib ki, Bələdiyyə sədri Vüqar Quliyevə məlumat vermişəm. Vüqar Quliyevə isə redaksiyadan geden zənglərə cavab verməmiş, başqa bir nömrə ilə zəng vurduğumuz zaman isə qətiyyətlə mövzudan xəbərdar olmadığını bildirmişdir.

Ən vacib məqamlardan birini siz oxucuların diqqətinə çatdırırıq. Quruyan ağacların 4-ü Qovaq ağacıdır və nazirliyin qərarı brlədir:

"Yaşıllıqların götürülməsi ilə bağlı müraciətlərə Ekologiya və Tabii Sərvətlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yerində baxış keçirilən zaman bəzi ağacların qısa müddət (hətta bir neçə saat) ərzində təhlükə yaradacağı mütəxəssislər tərəfindən müayyən edilsə də, yaşılığın götürülməsi prosesi müvafiq qanunvericiliyin tələblərinə əsasən müəyyən müddət ərzində həyata keçirilir.

Bəzən də sənədləşmə işi tamamlanana qədər həddən artıq qəzalı və təhlükəli olan Qovaq ağaclarının kökündən aşdığı və ya gövdəsinin sındığı ilə də rastlaşırıq.

Bildiyiniz kimi, insan hayatına təhlükə yaradan bu ağaclardan biri ötən illərdə Bakı şəhəri, Nizami rayonu ərazisində insan ölümü ilə nəticələnən arzuolunmaz hadisəyə səbəb olmuş, eyni rayon ərazisində hündürgövdəli Qovaq ağaclarının sınaraq insanlara və avtomobillərə (həmçinin Xəzər və Xətai rayonları ərazisində) xəsarət yetirdiyi, xəsarətsiz ötüşən hallar olsa da, digər rayonların ərazisində vaxtında budama xidmətləri göstarilmədiyindən ağacların budaqlarının (bəzən isə gövdələrinin) sındığı barədə dəfələrlə məlumat daxil olmuşdur.

Bütün bunları nəzərə alaraq bildiririk ki, insanların həyat təhlükəsizliyini təmin etmək məqsədilə vaxt itkisinə yol verməmək üçün Bakı şəhəri ərazisində yalnız təbii şəraitdəö köküstə tam qurumuş, kök boğazı və ya gövdəsinin çürüməsi nəticəsində qəzalı vəziyyətə düşmüş və aşma təhlükəsində olan Qovaq cinsli ağaclar istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi İcra hakimiyyəti orqanı, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qəbul edilmiş qərar və ona əlavə edilmiş "Yaşlılığın götürülməsi vərəqi" əsasında, mütləq II saylı RETSİ-nin iştirakının (əvvəlcədən verilmiş məlumat əsasında) təmin edilməsi və yerində mühitə uyğun cinslərdən yeni ting əkilməsi şərti ilə götürülməlidir.

Köküstə yaş halda, bioloji inkişafda olan hündürgövdəli Qovaq ağaclarının isə gövdələrinin üst hissələri müvafiq texniki imkanlara və mütəxəssis həyatına malik ixtisaslaşdırılmış qurum tərəfındən, ağacların inkişafının dayanmasına səbəb olmayacaq şəkildə, nisbi sükunət dövründə təhlükəsiz səviyyəyə qədər (6-8 metr hündürlükdən) budanmalı, gövdəsi və ya budaqları kommunikasiya xətlərinə toxunaraq təhlükə yaradan ağaclar isə xətlərdən aralı məsafəyədək budanaraq təhlükəsiz vəziyyətə gətirilməlidir".

Lakin təəssüf ki, Nizami Rayon İcra Hakimiyyəti illərdir sakinləri, 4 gündür isə bizi aldadır, problemi həll etmək istəmir...

P.S. Görəsən, illərdir kəsilməsinə icazə verilmiş, qurumuş və ətrafına zərərli həşəratları yığan ağacı niyə kəsmirlər? Amma vətəndaş o ağacı özü yerindən çıxarsa, məmurlar dərhal onun başının üstünü kəsəcəklər.

İndi isə Bələdiyyə məsuliyyəti İcra Hakimiyyətinin, İcra Hakimiyyəti də Bələdiyyənin boynuna atır. Görəsən bu işdə maraqlı kimdir?

Hurriyyet.Az
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az