• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 07-09-2026 Bu müəllimlərin maaşı arta bilər
  • 07-09-2026 Üç ölkə Asiya sularında hərbi təlimə başladı
  • 07-09-2026 Tramp bu ştatın da adının dəyişdirilməsini istəyir, lakin sərəncam verə bilmir
  • 07-09-2026 Rusiya Ukraynada sınaqdan keçirdiyi silahları satışa çıxarıb - 13 milyardlıq sifariş
  • 07-09-2026 Bakı, Göyçay və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
  • 07-09-2026 Neft bazarında qiymət dəyişikliyi: Nə baş verdi?
  • 07-09-2026 “Azərbaycan ordusu irəliləmək istəyir” - Həkəri körpüsündə nə baş verir? - FOTO
  • 07-09-2026 Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
  • 07-09-2026 Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
  • 07-09-2026 Azərbaycan futboluna ağır itki - FOTO
  • 07-09-2026 Canəli Nəbiyev xəstəxanaya direktor təyin edildi - FOTO
  • 07-09-2026 Brilliant Dadaşovanın arxivi - FOTO
  • 06-09-2026 Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
  • 06-09-2026 Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
  • 06-09-2026 "Fənərbağça" uduzdu, azarkeş öldü
  • 06-09-2026 BDYPİ sürücülərə müraciət etdi
  • 06-09-2026 Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
  • 06-09-2026 Hava ilə bağlı son məlumat açıqlandı
  • 06-09-2026 Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
  • 06-09-2026 Qubada ağır qəza - Ölən və yaralananlar var

XƏBƏRLƏR

    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
    Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
    Süleyman Şükürov Avropa çempionu oldu
    "Qalatasaray" İstanbul derbisində qalib gəldi
    Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu
14-08-2024, 07:07

ABŞ öz daxilindən dağıdılır: Tramp Rusiya və Çini deyil, Bayden və Harrisi ölkənin əsas düşməni elan etdi

ABŞ öz daxilindən dağıdılır: Tramp Rusiya və Çini deyil, Bayden və Harrisi ölkənin əsas düşməni elan etdi


Ağ Evin keçmiş sahibi Bayden administrasiyasını açıq mətnlə ABŞ üçün ən böyük təhlükə olaraq, təqdim edir... Bayden administrasiyası isə Donald Tramp prezident seçilərsə, dünya sisteminin çökdürüləcəyini və ABŞ-ın süquta uğrayacağını vurğulayır...
ABŞ-da cərəyan edən daxili siyasi proseslər artıq kuliminasiya nöqtəsinə yaxınlaşmağa başlayıb. Belə ki, bu superdövlətin daxilində amansız qarşıdurmaya çevrilməkdə olan siyasi mübarizə maksimum həddə qədər dərinləşib. Xüsusilə də, son vaxtlar respublikaçılar və demokratlar ABŞ-ın gələcək taleyinin müəyyən ediləcəyi dövrdən danışmağa daha çox üstünlük verirlər. Hər iki tərəf bir-birini ABŞ-ın mövcudluğunu təhdid etməkdə suçlayır. Və bu, ABŞ-ın ictimai-siyasi həyatında elə də tez-tez müşahidə olunan situasiya deyil.

Məsələ ondadır ki, Bayden administrasiyası respublikaçıların prezidentliyə namizədi Donald Trampın seçki qələbəsini ABŞ üçün fəlakət ssenarisi hesab edirlər. Onların fikrincə, əgər, bu, baş verərsə, ABŞ-ın dərin deqradasiyadan xilas etmək sadəcə, mümkün olmayacaq. Bayden administrasiyası əmindir ki, Donald Tramp ötən prezidentliyi dövründə yarımçıq qalmış planlarını bu dəfə reallaşdırmağa çalışacaq. Və onların fikrincə, həmin planlar həm Qərb sivilizasiyasına, həm də ABŞ-ın mövcudluq şərtlərinə qarşı yönəlib.

Bayden administrasiyasının əsas arqumenti ondan ibarətdir ki, Donald Tramp əvvəlcə NATO-nun zəiflədilməsinə çalışacaq. Buna paralel olaraq, Ağ Evin beynəlxalq müttəfiqləri ilə onilliklər boyu formalaşmış münasibətlərini korlayaraq, qopma nöqtəsinə gətirəcək. Daha sonra isə ABŞ-ın ümumiyyətlə, NATO sıralarından çıxmasını təmin edəcək. Və bununla da ikinci dünya müharibəsindən sonra formalaşmış beynəlxalq hərbi-siyasi, eləcə də, hüquqi sistem dağılma mərhələsinə keçəcək.



Maraqlıdır ki, Bayden administrasiyası ABŞ-ın bütün beynəlxalq müttəfiqlərini Donald Tramp təhlükəsinə qarşı birləşməyə, dünyanın gələcək taleyinə nəzarəti möhkəmləndirməyə çağırıb. Eyni zamanda, ABŞ əhalisinə də müraciət olunub ki, növbəti prezident seçkilərinə ABŞ-ın gələcək taleyini təyin edəcək siyasi proses kimi yanaşmaq lazımdır. Bayden administrasiyası bəyan edib ki, əgər, bu seçkilərdə Donald Tramp qalib gələrsə, onda ABŞ-ın süqutu qaçılmaz ola bilər. Və bu baxımdan, növbəti prezident seçkiləri həm bütün dünyanın, həm də ABŞ-ın gələcək taleyində tarixi keçid mərhələsi kimi təqdim olunur.

Təbii ki, respublikaçıların prezidentliyə namizədi Donald Tramp da Bayden administrasiyasının beynəlxalq səviyyəyə çıxarılmış siyasi manipulyasiyalarını qətiyyən cavabsız buraxmır. Belə ki, Ağ Evin keçmiş sahibi bəyan edib ki, hazırda ABŞ prezidenti olmayan dövlət vəzifələrinə düşüb. Ona görə də, hazırda ABŞ dövlətçiliyi böyük təhlükə qarşısında qalıb. Donald Trampın fikrincə, prezident Co Bayden artıq "tərəvəz" statusunda fəaliyyət göstərir. Və onun doğrudan da ABŞ-ın idarə olunmasında iştirakına yalnız sadəlövhlər inana bilər.

Digər tərəfdən, seçkilərdə prezident Co Baydenin əvəzində namizədliyi irəli sürülmüş indiki vitse-prezident Kamala Harris də Donald Trampın hədəfindədir. Onun fikrincə, Kamala Harris ABŞ-da sosializm ideyalarını təbliğ edən "gizli kommunist" rolunda çıxış edir. Bu səbəbdən də, onun hakimiyyəti ələ keçirtməsi ABŞ siyasi-ictimai sistemi üçün əsl fəlakətə çevrilə bilər. Və Kamala Harrisi "kütbeyn" adlandıran Donald Tramp seçicilərə xanım namizədin intellekt səviyyəsinə diqqət etməyi də məsləhət görüb.


Ağ Evin keçmiş sahibi Bayden administrasiyası barədə bəzi sensasion iddialarda irəli sürüb. Donald Tramp bildirib ki, özü hakimiyyətdə olarkən, "Şimal axı-2" layihəsini qapatmağa nail olmuşdu. Ancaq Bayden administrasiyası isə ABŞ-ın 50 min nəfərə yaxın şəxsi işlə təmin edən boru kəmərinin tikintisini dayandırdı. Və ABŞ seçiciləri Bayden administrasiyasının siyasi manipulyasiyalarına deyil, məhz belə işlərə diqqət yetirməlidir.

Ağ Evin keçmiş sahibi hesab edir ki, məhz bu örnək ölkə daxilində olan bəzi adamların ABŞ üçün daha təhlükəli olduğunu göstərir: "Onlar ABŞ üçün hətta ruslardan və çinlilərdən daha təhlükəlidirlər. Barak Obama və Co Bayden Rusiya və Çin eyni vaxtda hədəfə aldılar. Onları ABŞ-ın açıq düşməninə çevirdilər. Halbuki, normal düşünə bilənlər anlayır ki, Rusiya və Çinin maraqlarının uzlaşmasına imkan vermək olmaz. Ona görə də ABŞ-ın ağıllı prezidentə ehtiyacı var. Bu halda, Rusiya və Çin ABŞ-a təhlükə törətməzlər, əksinə, bizim ölkəmizdən asılı vəziyyətə düşərlər".

Donald Tramp öz hakimiyyəti dönəmində Rusiya, Çin və Şimali Koreya liderləri yaxşı münasibətlər qurduğunu da vurğulayıb. Onun fikrincə, hər üç ölkənin liderləri ilə qarşıdurmadan yayınmaq və onlarla ümumi dil tapmaq tamamilə mümkündür: "Mən ötən prezident seçkilərində qalib gəlmiş olsaydım, Ukrayna savaşından yayınmaq çətinlik törətməyəcəkdi. Co Baydenin Ukraynaya NATO üzvlüyü ehtimalı tanıması axmaqlıqdan başqa bir şey deyildi".


Maraqlıdır ki, Ağ Evin keçmiş sahibinin bu açıqlamaları hazırda ABŞ-ın biznes dairələrində də dəstək qazanmağa başlayıb. Belə ki, milyarder İlon Mask Donald Trampla görüşü zamanı ABŞ prezidenti seçiləcəyi təqdirdə, onu Dövlət Departamentində vəzifəyə təyin etməsini istəyib. Amerikalı milyarder deyib ki, o, dövlət büdcəsinin effektiv xərclənməsinə və israfçılığın qarşısının alınmasına nəzarət edə bilər: “Məncə dövlət büdcəsinin xərclərinə effektiv nəzarət edəcək komissiya yaradılmalıdır. Bu komissiya vergi ödəyicilərinin büdcəyə köçürdükləri vəsaitin daha səmərəli xərclənməsini təmin edə bilər. Mən bu prosesi tam nəzarətdə saxlaya bilərəm”.

Təbii ki, hazırda hər kəsin o cümlədən də, ABŞ biznesmenlərinin dəstəyinə ehtiyacı olan Donald Tramp İlon Maskın bu təklifini dərhal dəstəkləyib. Ağ Evin keçmiş sahibi vurğulayıb ki, İlon Mask çox təcrübəli iqtisadçıdır və əgər, milyarder onun administrasiyasına daxil olsa, bundan yalnız məmnunluq duya bilər. Və bu, o deməkdir ki, Donald Tramp hazırda prezident seçkilərində qalib gəlmək üçün bütün variantları sınaqdan keçirməyə meyllidir.

Belə anlaşılır ki, ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinin bəzi sürprizlərlə müşayiət olunma ehtimalı qətiyyən istisna deyil. Hər halda, Ağ Evin keçmiş sahibi Bayden administrasiyasını açıq mətnlə ABŞ üçün ən böyük təhlükə olaraq, təqdim edir. Eyni zamanda, ABŞ-ı bu "təhlükə"dən xilas etmək üçün hər kəslə əməkdaşlığa hazır olduğunu da biruzə verir. Və bu baxımdan, Donald Trampın vitse-prezident Kamala Harris ilə siyasi rəqabətinin seçki yaxınlaşdıqca, sərt qarşıdurma mərhələsinə keçə biləcəyi artıq tamamilə inandırıcı görünür.


Yeni Müsavat

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az