• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
  • 23-10-2026 Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
  • 23-10-2026 Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • 23-10-2026 Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə: Gəlirlər və xərclər açıqlanıb
  • 23-10-2026 Quba İdman Kompleksində yarım milyonluq mənimsəmə - Direktor həbs edildi
  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
2-08-2024, 08:20

ABŞ-dan ölkəmizə qarşı ÖNƏMLİ ADDIM - Ləğv edildir

ABŞ-dan ölkəmizə qarşı ÖNƏMLİ ADDIM - Ləğv edildir

Rəsmi Vaşinqton Azərbaycana qarşı diplomatik danışıqlardan kənara çıxacaq hər hansı “üsullardan” istifadə niyyətində deyil - siyasətçilər səbəbləri açıqladılar

“ABŞ Azərbaycandakı həbslərə münasibətdə diplomatiyaya diqqət yetirir. Biz diqqətimizi diplomatiyaya yönəltməyə davam edəcəyik” - “Turan” xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel həftəlik brifinqdə deyib. “ABŞ-ın bu problemi həll etmək üçün istifadə edə biləcəyi vasitələr” barədə suala cavab verən Patel “ABŞ-ın başqa üsulları yoxdur” cavabını verib.

Buna qədər “başqa üsullar” kimi sanksiya tətbiqi çağırışları səslənirdi. Amma ABŞ-ın sanksiya ritorikasından imtinası təsadüfi deyil. Yada salaq ki, İkinci Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərindən danışarkən sanksiyalar mövzusuna da toxunmuşdu.

Sitat: “Bizim ABŞ-la münasibətlərimiz demək olar ki, hər zaman sabit olub. Əlbəttə ki, müəyyən enişli-yoxuşlu dövrlər olub və o da bizim günahımız deyildi. Çünki bəzən Azərbaycanla bağlı müəyyən şişirdilmiş gözləntilər olub. Digər tərəfdən, onlar bizim siyasi həyatımıza müdaxilə etməyə çalışıblar, siyasi müxalifəti maliyyələşdirmək cəhdləri ediblər. Bu cəhdlər birbaşa və ya müəyyən QHT-lər vasitəsilə olub. Bütün bu enişli-yoxuşlu dövrlərə baxmayaraq, biz münasibətlərə strateji, vacib mövqedən yanaşmışıq və biz burada mümkün qədər əlimizdən gələni etməyə çalışmışıq”.

Əfqanıstandakı antiterror koalisiyasında Azərbaycanın fəaliyyətini yada salan dövlət başçısı təəssüflə vurğulamışdı ki, bu missiya başa çatdıqdan sonra ABŞ hakimiyyəti yenidən ölkəmizə qarşı 907-ci düzəlişi - sanksiyanı bərpa edib: “Buna heç bir məntiqi əsaslandırma və izah təqdim etmədən, bu da onların bizə təşəkkürü. Uzun illər ərzində biz onlara qarşı etdiyimizin və yaxşı tərəfdaş olduğumuzun müqabilində Azərbaycan xalqı nə düşünə bilər bu fdministrasiya (söhbət Bayden administrasiyasından gedir - red.) haqqında? Yəni deməli, siz onlara lazım olanda olursunuz yaxşı bir adam, yaxşı bir ölkə, sizin haqqınızda təriflər yağdırırlar. Onların sizə ehtiyacı olmayanda nəinki sizə biganə yanaşırlar, hətta sanksiyalar tətbiq edirlər. Nəyə görə? Çünki biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmişik. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytardıq. Bunu hərbi və siyasi yolla etdik və dərhal bizə qarşı sanksiya tətbiq edildi. Yəni bu, çox məyusedici bir haldır. Həmin o müxtəlif bəyanatlarda bizə qarşı istifadə edilən terminlər, yəni "Azərbaycanla bundan sonra əlaqələr əvvəlki kimi ola bilməz", (söhbət dövlət katibinin müavini O’Breyn söylədiklərindən gedir - red.) belə bir bəyanat verdilər, amma nə oldu? Yenidən adi qaydada əlaqələrə qayıtdıq".

Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin mövqeyi də onu göstərir ki, Amerikadakı erməni lobbisi və bir qrup ermənipərəst konqresmen hansısa məmurlara qarşı sanksiya tətbiqi cəhdləri ilə gərginləşdirməyə çalışsa da, Vaşinqton Azərbaycanın bölgədəki əhəmiyyətini anlayır. ABŞ başa düşür ki, Bakı ilə bu dildə danışmaq fayda verməyəcək və əks-təsir göstərəcək. Hətta bundan Rusiyanın istifadə edəcəyi şübhə doğurmur. Amerika dərk edir ki, Cənubi Qafqaz ölkələrini sıxışdıranda, Rusiya regionda mövqeyini möhkəmləndirməyə çalışır. Üstəlik, Azərbaycan ABŞ-la müxtəlif sahələrdə əməkdaşlıq və tərəfdaşlıq edir. Həmçinin Ukraynaya humanitar yardımlar da Ağ Evin diqqətindən yayınmamalıdır. Ermənistanı az qala “demokratiya incisi” kimi əzizləyən ABŞ görməlidir ki, Paşinyan hökuməti sanksiyalardan yayınmaqda Rusiyaya necə kömək edir. Ona görə də artıq bizə münasibətdə ritorika yumşaq fazaya keçməkdədir...

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, ABŞ-ın Azərbaycana münasibətində kardinal dəyişikliyini görməkdəyik: “Ceyms Obrayenin Konqresdəki fikirlərindən sonra Blinkenin Prezidentə üzrxahlıq zəngi və sonra müavinin Bakıya səfəri göstərdi ki, ritorika dəyişib. Ondan sonrakı addımlar da bunu təsdiq edir. Əslində belə də olmalı idi. Azərbaycan regionda reallıqları dəyişən dövlətdir və gücdür, Amerika da qəbul edir ki, bu ölkə ilə yalnız əməkdaşlığı davam etdirmək lazımdır. Sözsüz ki, region bir sıra güclərin diqqət mərkəzindədir. Xüsusən də İranla əlaqələr və Rusiyanın bölgədə mövcudluğu ABŞ-ı Azərbaycanla fərqli ritorikada danışmağa, əməkdaşlığı genişləndirməyə vadar edir”.

Partiya sədri qeyd etdi ki, ümumiyyətlə, sanksiyaların tətbiqi fayda verməyəcəkdi: “Azərbaycan Avropanın enerji tələbatının ödənilməsində önəmli rol oynayır. İndiki halda sanksiya tələbi isə Rusiyanın regionda gücünü artıra bilər. Vaşinqton bu nəticəni hesabladığı üçün belə bir addıma getməzdi. Ən əsası isə ABŞ-ın müttəfiqi olan Avropa Birliyinin 9 ölkəsi ilə tərəfdaşıq, Qərbin enerji tələbatının qarşılanmasında belə bir mühüm rolumuz varsa, Amerika Azərbaycan əleyhinə nə üçün sanksiya tətbiq etməlidir?”

Samir Əsədli

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə açıqlamasında əlavə etdi ki, ABŞ-dan sanksiya çağırışları ermənipərəst konqresmenlərdən eşidilirdi: “Onlardan biri Menenedez idi ki, aqibəti göz qabağındadır. Ümumən, erməni lobbisinin pulları batdı və konqresmenlərin layihəsi baş tutmadı. Onlar xərclədikləri pullarla Konqresdə Azərbaycan əleyhinə qətnamələr qəbul olunacağını gözləyirdilər. Amma "artsaxa hücum", “Qarabağda etnik təmizləmə” və digər məsələlər barədə irəli sürülən qətnamə layihələri keçərli olmadı. Eyni zamanda qətnamə layihələri ilə yanaşı sanksiyalara çağırırdılar. Amma bu təkliflər də reallaşmadı. ABŞ-ın rəsmi mövqeyi ilə Konqresdəki erməni əlinə baxanların baxışı üst-üstə düşmürdü".

VHP rəsmisi bildirdi ki, zaman-zaman münasibətlərdə gərginlik olsa da, ABŞ Azərbaycanı itirmək istəməz və cəza verməklə özündən uzaqlaşdırmaz: “Bayden administrasiyası dövründə əlaqələr hamar olmadı, amma son aylarda düzəlmə var. Baydenin məktubları da bunu təsdiq edir. Noyabrda seçkilərin qalibi kim olacaqsa, o zaman proqnoz vermək olar ki, ABŞ-Azərbaycan əlaqələrinin yeni mərhələsi necə davam edəcək. Sadəcə, hazırkı administrasiya Paşinyanı Rusiyaya qarşı siyasətdə dəstəklədiyi üçün bu, Bakı-Vaşinqton əlaqələrinə də təsir edir”.

“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az