• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
  • 22-07-2026 Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • 22-07-2026 MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
  • 22-07-2026 Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib
  • 22-07-2026 Bakı metrosunda iş rejimi dəyişdirilir
  • 22-07-2026 Prezident İlham Əliyev Rauf Arifoğlunu təltif etdi
  • 22-07-2026 "WhatsApp"dan yenilik: Telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq
  • 22-07-2026 Azərbaycan klublarından tarixi rekord...
  • 22-07-2026 Sumqayıtda özəl tibb müəssisəsində yoxlama: Həkim sənədsiz fəaliyyət göstərib
  • 22-07-2026 Sabahın havası açıqlandı
  • 22-07-2026 Ana təbiətə metastaz verən "Hacı sindiromu" - FOTO FAKT
  • 22-07-2026 Abşeron Rayon İcra Hakimiyyəti Digah qəsəbəsində özbaşına tikinti işlərinin ört-basdır etmək istəyir
  • 22-07-2026 Dünyanın ən yaxşı tələbə şəhərləri açıqlandı: Bakı ilk 100-lükdə
  • 22-07-2026 Manatını digər valyutalara dəyişdirmək istəyənlərin nəzərinə
  • 22-07-2026 Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi

XƏBƏRLƏR

    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
1-08-2024, 09:34

Xameneinin o sözləri ARANI QATDI - Zəngəzur dəhlizi hikkəsi...

Xameneinin o sözləri ARANI QATDI - Zəngəzur dəhlizi hikkəsi...

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei iyunun 30-da İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gələn Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.
İran KİV-ləri məlumat yayıb ki, Ayətullah Xamenei Ermənistanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. O, “İran İslam Respublikası Zəngəzur dəhlizini Ermənistanın zərərinə görür və bu münasibətdə qətiyyətlidir” deyib. Xameneinin bu fikrini Nikol Paşinyan dəstəkləyib.

Ölkələrin qonşuları ilə əlaqələrinə məhdudiyyətlər qoymamasının vacibliyini vurğulayan Xamenei əcnəbiləri nəzərdə tutaraq, “ölkələrin təhlükəsizliyini və rifahını təmin edən şey özlərinə və yaxınlarına güvənməkdir. Başqaları ölkənin işlərinə qarışsa, bu, onların ziyanına olar” deyib.

Göründüyü kimi, Xamenei yenə də əvvəlki “hikkəli” mövqeyindədir. Zəngəzur dəhlizi qlobal bir məsələdir və hər kəsin, o cümlədən Ermənistanın xeyrinədir. Ancaq İran hansısa maraqları naminə buna görə Azərbaycana qarşı anormal siyasət aparır. Azərbaycan tərəfi münasibətlərin normallaşması üçün bütün imkanlarını səfərbər edir, ancaq görünən budur ki, molla rejimi zərərli və ziyanlı mövqeyində qalmaqda israrlıdır. Münasibətlərin kövrək vaxtında Xamenei niyə belə edir? Səbəb nədir?

Deputat Azər Badamov cənub qonşumuzun Zəngəzur siyasətinin dəyişmədiyini söylədi: “Pezeşkianın prezidentliyi dövründə İranın apardığı regional siyasətində dəyişikliklərin ola biləcəyini demək sadəlövhlükdür. Çünki Pezeşkian prezident olaraq bir fiqurdur və ali dini lider, ayətullah Xameneinin müəyyənləşdirdiyi siyasi kursunu davam etdirməlidir. Bu baxımdan İranın Zəngəzur dəhlizi ilə bağlı baxışları dəyişilməz qalır.

Azər Badamov

Paşinyanın İrana səfəri zamanı Pezeşkian və ali dini lider tərəfindən qəbul olunması və Xameneinin “İran İslam Respublikası Zəngəzur dəhlizini Ermənistanın zərərinə görür və bu münasibətdə qətiyyətlidir” ifadəsini işlətməsi İranın Zəngəzur dəhlizi ilə bağlı baxışlarının dəyişilmədiyini göstərir. Pezeşkian Paşinyanla görüşü zamanı məsafə saxlaya və öpüşməyə bilər. Amma İran-Ermənistan münasibətləri ilə bağlı isə Xameneinin müəyyənləşdirdiyi kursu davam etdirməyə məcburdur. İran istəyir ki, Zəngəzur dəhlizi açılmasın və Azərbaycanın Naxçıvanla əlaqəsi Araz çayının sol sahili ilə qurulsun. Amma Zəngəzur dəhlizinin açılması 10 noyabr 2020-ci il bəyanatının tərkib hissəsidir və Ermənistan bu dəhlizin açılması ilə bağlı öhdəlik götürüb. Digər tərəfdən, Zəngəzur dəhlizi artıq regional kontekstdən çıxaraq beynəlxalq əhəmiyyətli məsələyə çevrilib. Belə ki, Zəngəzur dəhlizi Orta dəhlizin tərkib hissəsi olmalıdır. Bu baxımdan, bu dəhlizin açılmasına Asiya və Avropa ölkələrinin marağı günü-gündən artmaqdadır. Düzdür, Zəngəzur dəhlizinin açılması gecikməkdədir. Amma bu məsələ gec-tez reallaşacaqdır. Bu məsələnin reallaşmasının güc yolu ilə baş tutmasını dəstəkləmirik. Hesab edirəm ki, Ermənistanın özü Zəngəzur dəhlizinin əhəmiyyətini düzgün dəyərləndirəcək və tezliklə açılması üçün hərəkətə keçəcəkdir. Çünki Zəngəzur dəhlizinin açılması hamıdan çox Ermənistanın özü üçün vacibdir. Amma Azərbaycan Zəngəzur dəhlizinin açılmasını uzun illər gözləmək niyyətində deyil. Ona görə də İran ərazisindən alternativ yolun tikintisini davam etdirir. İran üçün maraqlısı da öz ərazisində belə bir beynəlxalq bağlantının yaradılmasıdır. Çünki nəqliyyat kommunikasiyaları kimin əlindədirsə, regional vəziyyətə nəzarətdə onun rolu da artır. Bu baxımdan İran Zəngəzur dəhlizinin açılmasını dəstəkləməklə belə bir fürsəti əlindən buraxmaq niyyətində deyil".

Rəşad Bayramov

AMİP liderinin köməkçisi, politoloq Rəşad Bayramov hesab edir ki, əslinə baxanda İranın Ali dini liderinin dediklərində yeni bir şey yoxdur: “İndiyə qədər İranın ayrı-ayrı rəsmi şəxsləri dəfələrlə öz bəyanatlarında Zəngəzur dəhlizinin əleyhinə olduqlarına dair bəyanatlarla çıxış ediblər. İranın rəsmi mövqeyi ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması guya ki, mövcud sərhədlərdə hansısa dəyişikliklərə səbəb ola bilər. Başqa sözlə desək, İran öz mövqeyini reallıqdan uzaq arqumentlərlə müdafiə etməyə çalışır, sanki Zəngəzur dəhlizi İranla Ermənistan arasında quru əlaqəyə mane olacaq və s. Ancaq xəritəyə sadəcə göz atmaq kifayətdir ki, bunun açıq yalan olduğu aşkarlansın. Əslində İran rəsmiləri özləri də kifayət qədər yaxşı bilirlər ki, söhbət hər hansı sərhəd dəyişikliyindən getmir. İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığının səbəbləri tamam başqadır. Rəsmi Tehran başa düşür ki, Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti var. Belə ki, nəzərdə tutulan kommunikasiyalar açılandan sonra Qafqazın iqtisadi mənzərəsi və geosiyasi konfiqurasiyası dəyişəcək. İran qorxur ki, Zəngəzur dəhlizi açıq olarsa, İran öz ərazisindən malların tranzitindən əldə etdiyi gəliri itirəcək. Digər səbəb isə İranın daşınan mallar üzərində müəyyən nəzarəti və Azərbaycana təsir rıçaqlarını itirmək qorxusudur. Digər tərəfdən, isə, Zəngəzur dəhlizinin açılması ilə bölgədə Azərbaycan və Türkiyənin mövqeyi daha da möhkəmlənəcək ki, bundan da təkcə regional deyil, qeyri-regional güclər də ciddi narahatlıq keçirirlər. Tehran əslində bu şəkildə davranışları ilə Ermənistanın Mehri rayonun 40 kilometrlik ərazisindən keçərək Türk dünyasını birləşdirəcək yola qarşı olduğunu, yəni Türk dünyasının birliyinə qarşı olduğunu nümayiş etdirmiş olur. İran rəsmiləri Zəngəzur dəhlizinin nəticə etibarilə Türk dövlətləri arasında əlaqələrinin inkişafından, Türkiyənin Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan kimi ölkələrlə əlaqələri genişləndirmə imkanı əldə etməsindən narahatdırlar.

İran Ali dini liderinin “Zəngəzur dəhlizi Ermənistanın ziyanınadır” mövqeyi də heç bir məntiqə əsaslanmayan mövqedir. Belə ki, Zəngəzur dəhlizi Cənubi Qafqazda yox, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xətti olacaq. Rusiya üçün bu, Cənub istiqamətində və Türkiyə ilə logistika imkanlarıdır, eyni zamanda Şərq-Qərb dəhlizinin Türkiyə istiqaməti üzrə yeni qolunun açılmasını təmin edir. Hər şeydən öncə isə bu dəhliz Ermənistanın dalan dövlətdən qurtulması və nəqliyyat blokadasından çıxmasını şərtləndirəcək yeni imkan deməkdir. Odur ki, İran rəsmilərinin nə deməsindən asılı olmayaraq Zəngəzur dəhlizinin açılması mütləq şəkildə baş verəcək. İranın bununla bağlı Ermənistana təzyiqlərinin nəticə verəcəyini düşünmürəm".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az