• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
  • 23-10-2026 Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
  • 23-10-2026 Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • 23-10-2026 Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə: Gəlirlər və xərclər açıqlanıb
  • 23-10-2026 Quba İdman Kompleksində yarım milyonluq mənimsəmə - Direktor həbs edildi
  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
26-07-2024, 10:19

İcra hakimiyyəti söz verir, sonra maraqlanmır - AXI NİYƏ?

İcra hakimiyyəti söz verir, sonra maraqlanmır - AXI NİYƏ?


Şəkinin Cumakənd kənd sakini Nəzakət Məmmədova autizm və danışma, eşitmə problemi olan övladı ilə illərdir qəzalı vəziyyətdə olan evdə yaşayır.

Qadının yaxınları deyirlər ki, ev hər an uça bilər.

Meydan TV iki il bundan öncə ailənin vəziyyətini işıqlandırmışdı. Həmin vaxt Şəki Şəhər İcra Hakimiyyətindən məsələ ilə maraqlanacaqlarını bildirmişdilər. Lakin görünən odur ki, deyilən sözə əməl edilməyib. Elə Nəzakət Məmmədovanın qardaşı Aqil Məmmədov da deyir ki, bacısı ilə qonşulardan başqa heç kim maraqlanmır.

Onun sözlərinə görə, imkansızlıqdan bacısı oğlunu müalicə etdirə bilmirlər, buna görə də artıq 18 yaşına çatmış uşağı saxlamaq çətinləşib. Bəzən o qədər aqressivləşir ki, pəncərələrin şüşələrini, qabları qırır.

“Oğlan idarəolunmaz vəziyyətdədir. Onların yaşadıqları ev tamamilə sıradan çıxıb, dam, döşəmə uçub-tökülüb. Qaz , işıq və su problemləri var. Hər an uça bilər, hətta hər an başlarına uçacağı qorxusu ilə yaşayırıq”,-şikayətçi deyib.

Aqil Məmmədov deyib ki, bacısının həyat yoldaşı çobanlıqla evinin çörək pulunu güclə çatdırır. Ailəyə daimi yardım göstərən də yoxdur:

“Ailənin yeganə qazancı uşağa görə hər ay verilən 150 manatlıq müavinətdir. O da gündəlik qayğıları qarşılamağa yetmir. Qışda evi qızdırmaq üçün odun almağa gücüm çatmır, üstəlik onların evləri yaşadığım kənddən 19 kilometr aralıda yerləşir. Hər ay gedib-gəlmək çətindir. Yenə yaydır, qızda soyuqdan donmamaq üçün evdə bürünüb gəzirlər. Bacım oğlu ilə birlikdə bir mağara həyatı yaşayır. Qonşulardan başqa bu bədbəxt ailə ilə heç kim maraqlanmır”.

Aqil Məmmədov əlavə edib ki, ağır şərait səbəbindən bacısının özü də müxtəlif xəstəliklərdən əziyyət çəkir, daim yorğun və halsız olur. Şəki Şəhər İcra Hakimiyyəti də daxil olmaqla aidiyyatı qurumların hamısına müraciət ediblər, lakin vəsait olmadığını bəhanə edərək evin təmiri mümkün olmayıb.

“Bacım və oğlu taleyin ümidinə buraxılıb, onlarla heç kim maraqlanmır. Sağ qalmaları üçün heç olmasa evi yaşanacaq vəziyyətə gətirmək lazımdır”,-şikayətçi bildirib.

N.Məmmədovanın qonşuları isə bildiriblər ki, dəmir darvaza hər küləkli havada yellənr, hər an aşa bilər.

“Sanki evə raket düşüb, şifer qırıq-qırıqdır, yağış birbaşa evin içərisinə tökülür. Yağışlı havada qorunmaq üçün evin içərisinə qab-qacaq yığılır. Pəncərələr sellofan torbalarla qapadılıb. İşıq xətləri sıradan çıxdığından qaranlıqda qalırlar. Əlil uşağın yatdığı çarpayının bir ayağı yoxdur. Evin içindən səma görünür, nəmişlikdən kəskin iy gəlir. Sağlam adam bu evdə xəstəlik tapar, onların uzun illərdir bu vəziyyətdə sağ qalması möcüzədir”,-qonşular bildiriblər.

Şəki Şəhər İcra Hakimiyyətindən şikayətlə bağlı sorğuya cavab veriləcəyi söylənilsə də, sonradan zəngləri açmayıblar.

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az





Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az