• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
  • 22-07-2026 Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • 22-07-2026 MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
  • 22-07-2026 Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib
  • 22-07-2026 Bakı metrosunda iş rejimi dəyişdirilir
  • 22-07-2026 Prezident İlham Əliyev Rauf Arifoğlunu təltif etdi
  • 22-07-2026 "WhatsApp"dan yenilik: Telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq
  • 22-07-2026 Azərbaycan klublarından tarixi rekord...
  • 22-07-2026 Sumqayıtda özəl tibb müəssisəsində yoxlama: Həkim sənədsiz fəaliyyət göstərib
  • 22-07-2026 Sabahın havası açıqlandı
  • 22-07-2026 Ana təbiətə metastaz verən "Hacı sindiromu" - FOTO FAKT
  • 22-07-2026 Abşeron Rayon İcra Hakimiyyəti Digah qəsəbəsində özbaşına tikinti işlərinin ört-basdır etmək istəyir
  • 22-07-2026 Dünyanın ən yaxşı tələbə şəhərləri açıqlandı: Bakı ilk 100-lükdə
  • 22-07-2026 Manatını digər valyutalara dəyişdirmək istəyənlərin nəzərinə
  • 22-07-2026 Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi

XƏBƏRLƏR

    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
18-07-2024, 09:03

Bakıda “Parisi partladan” daha bir mühüm tədbir

Bakıda “Parisi partladan” daha bir mühüm tədbir


Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya rəhbərinin iştirakı ilə keçirilən qurultayda Fransa terrorçu dövlət adlandırıldı

Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə dünən Bakıda birinci qurultayı öz işinə başlayıb.

Qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur.

Niderlandın müstəmləkəsi olan Bonayre və Sen-Martin adalarından üç təşkilat qurultayda fəxri qonaq qismində iştirak edir.

Bu gün yekunlaşacaq qurultay iştirakçı tərəflərə müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə vahid platforma yaradaraq Fransa kolonializminə qalib gəlmək yolunda nəticə yönümlü fəaliyyətin əlaqələndirilməsi yollarını müzakirə etmək imkanı yaradacaq. Həmçinin koloniyaların təmsilçiləri öz müqəddəratını təyin etmək uğrunda mübarizədə ən effektiv təcrübə və strategiyalar barədə müzakirələr aparacaqlar.

Qurultay adları çəkilən koloniyalarda Fransa hökuməti tərəfindən həmin ərazilərin əsl sahibləri olan yerli xalqlara qarşı törədilən çoxsaylı cinayətlər və qeyri-qanuni hərəkətlər haqqında beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə XXI əsrin bəlalarından biri olan kolonializm probleminə diqqət çəkməyə töhfə verəcək.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda yaradılıb. BTQ artıq bir ildir ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə dəstək verir. Bu xüsusda BTQ tərəfindən artıq 15-ə yaxın beynəlxalq konfrans təşkil edilib. Onlardan 4-ü BMT-nin Nyu-York, Cenevrə və Vyana qərargahlarında, biri Türkiyənin İstanbul şəhərində, digərləri isə Bakı şəhərində baş tutub.

Bakıda dünən başlamış tədbirdə də Fransanın ünvanına çox sərt çıxışlar olub. “Fransa dövlətinin hərəkətləri qəbuledilməzdir və beynəlxalq səviyyədə müzakirə olunmalıdır. Makron Fransası bütün demokratiya qaydalarına üz çevirib”.

Yeni Kaledoniyanın parlament üzvü Maria Saliqa çıxışı zamanı deyib.

Maria Saliqa qeyd edib ki, Fransız Polineziyasında bu ölkənin atom, nüvə testlərini xatırlayırıq. Həmin ərazilərdəki xalqlar bundan uzun müddət əziyyət çəkdilər. “Fransa terrorçu dövlətdir. Azad etmək istəmədiyi ərazilərdə hökmranlığını sürdürür”, - deyə o vurğulayıb.

Azər Hüseynov

“Yeni Müsavat”a mövzu ilə bağlı danışan siyasi şərhçi Azər Hüseynov deyib ki, Azərbaycanda belə bir tədbirin keçirilməsi mühüm hadisədir: “Azərbaycan dünyaya göstərir ki, ölkənin coğrafi sərhədlərinin kiçikliyi müasir dünyada əsas amil deyil. Fransa ilə müqayisədə ərazi və əhali baxımından kiçik olan Azərbaycan ağıllı üsullar istifadə edərək beynəlxalq təsir imkanları əldə edir. Bununla da Fransa kimi dövlətlərin bir sıra atdıqları anti-Azərbaycan addımlarını neytrallaşdırır. Azərbaycan həm də müasir antiimperialist hərəkatın mərkəzi rolunu oynamağa başlayır. Digər tərəfdən, kolonial zülmdən əziyyət çəkən xalqlarda oyanışın güclənməsinə səbəb olur. Bu da öz növbəsində neoimperial əsaslara zərbə vurur. Biz elə bir dövrdə yaşayırıq ki, çevik siyasi kurs lazımdır. Bu siyasi kurs bizi sıxmaq istəyənləri lazım olarsa ağrıdıqları yerdən vurmalıdır. Azərbaycan hər bir dövlətin ərazi bütövlüyünə hörmət nümayiş etdirib. Lakin bunun lazımi cavabını görməyib. Ermənistan və separatçı tör-töküntülər bir sıra güclər tərəfindən dəstəklənir. Azərbaycanın bu gün belə bir tədbir keçirməsi siyasi mövqeyindən asılı olmayaraq hər bir azərbaycanlını sevindirməlidir. Azərbaycan beynəlxalq siyasətə təsir imkanlarını artırmalıdır. Bu cür konfransların paytaxtına çevrilməlidir”.

Ekspert əlavə edib ki, bu cür tədbirlərin Azərbaycanda keçirilməsi həmçinin ölkəmizin diplomatiya imkanlarının şaxələndirilməsi deməkdir: “Ermənistanı bu və ya digər şəkildə dəstəkləyən və ya dəstəkləmək istəyən Avropa dövlətlərinin ikili siyasətinin qarşının alınmasında bu tədbirlər önəmli vasitədir. Məlumdur ki, Fransa və digər kolonial imperiyalar öz keçmişləri ilə üzləşmək istəmir. Əslində Azərbaycan istər Fransaya, istərsə də digər kolonial imperiyalara mesaj verir ki, bizim keçmişimiz təmizdir, siz öz keçmişinizə baxın. Qətliamlar, insanların öz evlərindən didərgin edilməsi, əmək və təbii ehtiyatların istismarı. Frankofoniya təşkilatı üzvlərinin böyük əksəriyyəti üzərində fransız dilinin dövlət dili olması sanki bir yumşaq basqıdır. Həm də Afrikanın bir sıra ölkələri Fransanın bu və ya digər şəkildə iştirakı ilə siyasi proseslərə hərbi və digər müdaxilə şəkillərindən beziblər. Artıq dünyanın keçmiş koloniaları da beynəlxalq birliyin bərabərhüquqlu üzvləri olmaq istəyirlər. Çünki əsrlər ərzində onlar Fransız siyasi sisteminə inteqrasiya edə bilməyiblər. Həmçinin onlara qarşı həyata keçirilən tədbirlər yerli dillərin və mədəniyyətlərin inkişafına şərait yaratmayıb. Tam əksinə, həmin ölkələrdən sosial səbəblərlə Fransaya gələn xalqların nümayəndələrinin bir qismi assimilyasiya problemi ilə üzləşir. Bu cür problematik arxa plana malik olan həmin dövlətlər Azərbaycandan ermənilərin hüquqlarını tələb edirlər. Amma Azərbaycan xalqının 30 ildir tapdalanmış olan hüquqları haqqında nə isə deməyi düşünmədilər. Azərbaycanın qeyd edilən tədbirlərdən xarici siyasətində istifadə etməsi sistemli hala gəlməlidir. Azərbaycan iqtisadi proseslərin, geosiyasi proseslərin mərkəzi olduğu kimi siyasi proseslərin də mərkəzi olmalıdır. Bunun tezliklə nəticələri olacağını düşünürəm. Təbii ki, müasir imperial güclər bu cür tədbirləri sancı ilə qarşılayacaqlar. Ancaq zamanla, Azərbaycanın, onun müttəfiq və tərəfdaşlarının beynəlxalq siyasətə təsirinin güclənməsi ilə öz ayarlarını biləcəklər. Paris və Fransa yeni tarixinin mühüm coğrafiyalarıdır. Elmin, mədəniyyətin inkişafına töhfə veriblər. Bastiliyanın alınması ilə yeni tarixi dövr açıblar. Amma təəssüf ki, bu inqilabların siyasi nəticələri imperial davranışlara təsir etməyibdir. Fransız olmayan müstəmləkə xalqların maddi və insani resursları istismar edilib. Hətta fransız əsgərlərinin namusuna təcavüz etdikləri ərəb qızı ilə şəkil çəkdirmələrini də dünya görüb. Bu həmin Fransadır ki, bir zaman onu Avropa nəhənglərinin cəngindən qurtaran Osmanlının dağılmasına imza atmış, erməniləri dəstəkləmiş, Sultan İkinci Əbdülhəmidi devirənlərə "vətən" olub. Əlbəttə ki, Azərbaycan hamı ilə qarşılıqlı hörmət əsasında münasibətlərə tərəfdardır. Lakin Azərbaycan artıq dünyaya deyir, mənə hörmət edənə hörmət edərəm. Hər kəs ayağını dəng alsın".

“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az