• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 04-06-2026 Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • 04-06-2026 Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
  • 04-06-2026 ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio
  • 04-06-2026 Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
  • 04-06-2026 Saat 10:00-da bu ərazilərdə işıq KƏSİLƏCƏK
  • 04-06-2026 Maşınla yola çıxanlar mütləq OXUSUN - 11 küçədə…
  • 04-06-2026 Xəzərdə zəlzələ oldu
  • 04-06-2026 Tələbələrə "süni intellektdən istifadə etməyin" deyən akademik məqaləni süni intellektə yazdırdı
  • 04-06-2026 Azərbaycan millisi finalda - Avropa çempionatı
  • 04-06-2026 İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
  • 04-06-2026 Narkotik istifadə edirlərmiş
  • 03-06-2026 Prezident Mərkəzi Bankın yeni binasının açılışında - FOTOLAR
  • 03-06-2026 Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
  • 03-06-2026 "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
  • 03-06-2026 51 min şəxs imtahan verəcək - Bazar günü
  • 03-06-2026 Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ
  • 03-06-2026 Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
  • 03-06-2026 Ağdaşda ağır qəza: Ölən və yaralanan var
  • 03-06-2026 50 qramı belə təhlükəlidir - Yeməyin
  • 03-06-2026 Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı

XƏBƏRLƏR

    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
    Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
    Azərbaycan U-21 millisində dəyişiklik
    Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
18-07-2024, 08:55

Sülh sazişi üçün Azərbaycana kompromis çağırışı - masada nələr var?

Sülh sazişi üçün Azərbaycana kompromis çağırışı - masada nələr var?

Prezident İlham Əliyevin sülh üçün əsas şərti Ermənistanı dalana dirəyib; rəsmi İrəvan konstitusiyaya və normativ hüquqi aktlara düzəliş etməsə, sülhün imzalanması heç nəyi dəyişməyəcək; ekspertlərdən ilginc açıqlamalar

Azərbaycan Prezidenti İlham Əliyevin sülhün düsturu ilə bağlı qətiyyətli mövqeyini bəyanlaması Ermənistan hakimiyyətini çıxılmaz vəziyyətdə qoyub. Artıq İrəvanda anlayırlar ki, “bir aya sülh müqaviləsini imzalaya bilərik” nağılları keçmir və sülh sazişinə qədər görüləsi işlər var.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev “Ermənistanla sülh sazişinin əsas şərti ölkəsinə qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan konstitusiyasının dəyişdirilməsidir” deyib. Bildirib ki, Ermənistanla sülh prosesi vaxt aparacaq. Sitat: “Sülh sazişinin əsas şərti Ermənistan konstitusiyasına dəyişiklik edilməsidir. Çünki orada Azərbaycana qarşı ərazi iddiaları var və sülh sazişi konstitusiya dəyişikliyi olmadan imzalana bilməz. Əsas prinsiplər üzərində isə indidən razılaşmaq və saziş mətni üzərində işləmək mümkündür”.

Bu arada, erməni mediası yazıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı il parlament seçkilərindən sonra Ermənistan konstitusiyasını dəyişdirməyə başlamağa “inandıra bilib”. “Hraparak” qəzeti hakim “Mülki Müqavilə” partiyasındakı mənbəyə istinadən belə yazır. Nəşr iddia edir ki, “bəlkə də buna görə baş nazir konstitusiya islahatları komissiyasına 2026-cı ilin dekabrında keçiriləcək parlament seçkilərindən sonra yeni konstitusiya konsepsiyasını təqdim etməyi tapşırıb”.

Bundan əlavə, qəzet yazır ki, Nikol Paşinyan bu yaxınlarda dar dairədə payızda xarici siyasət cəbhəsində sürprizlərin gözlənildiyini bildirib. Qəzetin yazdığına görə, Paşinyan guya Rusiya ilə yaxınlaşmağı planlaşdırır. O, AB-nin Ermənistanı qəbul etmədiyini, düzgün maliyyələşdirmədiyini, bu istiqamətdə addımlar atmadığını və kifayət qədər təhlükəsizliyi təmin etmədiyini bildirərək, “Ana Rusiya”nın qoynuna dönmək niyyətindədir", - nəşr qeyd edir. Hazırkı Ermənistan konstitusiyası Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün də əngələ çevrilib. Qeyd etdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarında bunu açıq və qəti söyləyib: “Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq”. Bəllidir ki, Ermənistan konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın da yer aldığı müstəqillik bəyannaməsinə istinad var.

Faktiki olaraq Prezident İlham Əliyevin sülh üçün əsas şərti Ermənistanı dalana dirəyib. Rəsmi İrəvan konstitusiyaya və normativ hüquqi aktlara düzəliş etməsə, sülhün imzalanması heç nəyi dəyişməyəcək. Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistanda növbədənkənar parlament seçkisi keçirilməyəcək. Bunun da səbəbi bəllidir. “Gallup” beynəlxalq araşdırma mərkəzinin Ermənistan ofisi ötən həftə bildirib ki, Nikol Paşinyanın şəxsi reytinqi və onun partiyasının reytinqi aşağı düşməkdə davam edir. Sorğunun nəticələrinə görə, respondentlərin 54,8%-i Ermənistanın baş nazirinin işini mənfi qiymətləndirib. Eyni zamanda respondentlərin yalnız 14,4%-i hakim “Mülki Müqavilə”nin lehinə səs verəcək. Eyni zamanda indi keçirilsəydi, seçkilərdə iştirak etməyəcəklərini söyləyənlərin faizi həmişəkindən çox - 32,5 faizdir. Bu cür dibə düşmüş reytinqdə Paşinyanın növbədənkənar seçki keçirmək istəməməsi təəccüblü deyil. Erməni mediasının iddiasından belə çıxır ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün hələ 1 il yarımdan çox zaman verib. Bəzi ekspertlərə görə, hakimiyyətin bu cür informasiyaları ortaya atmaqda məqsədi müxalifəti növbədənkənar seçki olmayacağına inandırmaq və mümkün zaman yetişdikdə parlament seçkisi elan etmək ola bilər... Sülh müqaviləsindən söz düşmüşkən, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller ənənəvi brifinqdə diqqətçəkən fikir ifadə edib. O iki ölkə nazirləri arasındakı görüş barədə danışarkən deyib ki, “sülh razılaşmasının imzalanması üçün tərəflər çətin seçim etməli, əsaslı kompromislərə gedilməlidir. Buna görə də biz onlar arasındakı fikir ayrılıqlarının aradan qaldırılması və sülh razılaşmasının əldə olunması istiqamətində çalışacağıq”. Paşinyana vaxt verilməsi barədə iddiaların ortaya atılmasının səbəbi nədir? Söhbət Azərbaycanın hansı kompromislərə təhrikindən gedir?

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, belə məlumatları əsasən baş nazir Paşinyana müxalifətdə olan siyasi qüvvələr yayır: “Bu baxımdan "Hraparak" qəzetinin yazdığını o qədər də ciddi qəbul etmək mümkün deyil. İstənilən danışıqlarda Azərbaycanın sülh müqaviləsini imzalamaq üçün ən əsas şərti Ermənistanın ali qanunlarında olan ərazi iddiaları ilə bağlıdır. Bu baxımdan Paşinyanı inandırmağa ehtiyac yoxdur. O özü də anlayır ki, bir dövlət, başqa dövlətə qarşı özünün müstəqillik bəyannaməsində və konstitusiyasında ərazi iddiası irəli sürürsə və bunu da zorakı yolla edəcəyi fikrindən hələ də çəkinməyibsə, o zaman tam əhatəli sülhdən və sülh müqaviləsindən söhbət gedə bilməz. Konstitusiyadan aşağı statuslu istənilən sənəddə Azərbaycanın ərazi bütövlüyünün tanınması hüquqi baxımdan əhəmiyyətsizdir". S.Məmmədov onu da təsdiqləyir ki, indiki halda Paşinyan hökumətinə konstitusiya islahatı keçirmək, o cümlədən konstitusiyanın preambulasını və 13-cü maddəsini dəyişmək o qədər də asan deyil: “Ola bilsin ki, Paşinyan bu islahata yenidən mandat aldıqdan sonra cəhd etmək niyyətindədir. Amma bu halda biz daha bir neçə il gözləyəsi deyilik. Azərbaycan mümkün ərazilərdə delimitasiya və demarkasiya proseslərini həyata keçirməli, Zəngəzur dəhlizi ilə bağlı səylərini davam etdirməlidir. Hansısa məsələlər üzrə əldə olunan razılaşmalarla bağlı müqavilə də bağlana bilər. Amma o, tamhəcmli sülh sənədi olmayacaq”. Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildədir. Növbədənkənar seçkilər təyin oluna bilərmi? S.Məmmədov: “Fikrimcə, Paşinyan hakimiyyəti bu barədə fikirləşmir. Təzyiqlərin artması fonunda sonradan hər hansı fərqli qərar ola bilər. Amma Ermənistan müxalifəti daha çox Paşinyanı zorakı yolla devirmək planından əl çəkməyib. Onların əlində imkan olsa, növbədənkənar seçkilər tələb etməyəcək, sadəcə, zorla Paşınyanı devirəcəklər”.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin ənənəvi brifinqdə söylədiklərinə gəlincə, icraçı direktor bunları söylədi: “Azərbaycan üçün elə məsələlər var ki, o məsələlərdə kompromis mümkün deyil. Onlardan birincisi Ermənistanın Azərbaycana qarşı ərazi iddiasıdır. Ermənistan hazırda ciddi şəkildə müharibəyə hazırlaşır, müasir hücum silahları əldə edir. O biri tərəfdən isə özünü sülhpərvər ölkə kimi təqdim etməyə cəhd edir. Ona görə də imzalanacaq istənilən sənəddə tərəflər hücum etməməyə dair qarantiya verməli, Ermənistan isə ali qanunundan ərazi iddialarına dair müddəaları çıxarmalıdır. Hazırda Ermənistan manevrlər etməkdədir. Qərblə müttəfiqliyi dərinləşdirib, Rusiya ilə münasibətlərini ciddi surətdə pozmamağa çalışır. Azərbaycanla sülh danışıqları aparır, amma o biri tərəfdən silahlanır. Həmçinin beynəlxalq müstəvidə Azərbaycana qarşı müharibəsini davam etdirir. Bu qeyri-stabil mövqe Cənubi Qafqazda münaqişə riskini azaltmır, əksinə, çoxaldır. Paşınyan isə hakimiyyətdə daha çox qalmaq üçün əlindən gələni edir”.

Tural İsmayılov

Politoloq Tural İsmayılov isə qəzetimizə dedi ki, Metyu Miller Dövlət Departamentinin bütün brifinqlərində Azərbaycanla Ermənistan arasındakı münasibətlər və onun gələcəyi ilə bağlı fikirlərini bölüşür: “Amma ABŞ-ın bu gün hansı kompromislərdən bəhs etməsi suallar doğurur. Çünki nə Azərbaycan, nə də Ermənistan tərəfindən ABŞ-ın hər iki ölkədən hansı kompromisləri tələb etməsi ilə bağlı mövqe ifadə edilməyib. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan hər zaman Cənubi Qafqazda ədalətli barışın tərəfdarı olub. Torpaqlarımızın erməni işğalında qaldığı 30 il ərzində belə Bakı Ermənistandan ləyaqətli sülh mühitinin yaranması, işğal etdiyi torpaqlardan müharibəsiz geri çəkilməsini tələb edib. Hətta işğal faktına öz gücümüzə son qoyduqdan sonra da İrəvana təklif etdiyimiz sülh şərtləri, Ermənistanın rəhbərlik etdiyimiz regional layihələrə qoşula biləcəyi ilə bağlı həmişə "yaşıl işıq" yandırmağımız bizim gedə biləcəyimiz ən böyük güzəştlərdir. İndiki halıda isə ABŞ-ın Azərbaycandan konkret olaraq hansı kompromisləri gözlədiyi suallar doğurur". T.İsmayılovun sözlərinə görə, sülhüm əldə edilməsi üçün ABŞ-ın Ermənistandan gözləntiləri daha çox olmalıdır: “Bu gün Ermənistan sülhə sözdə razı olduğunu bəyan edir, praktikada isə tamamilə fərqli addımlar atır. Ona görə də ABŞ sülh və kompromislərlə bağlı Ermənistana daha çox təzyiqlər etməlidir. Bu məsələdə Ermənistandan gözləntilər daha çox olmalıdır”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az