• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
  • 23-10-2026 Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
  • 23-10-2026 Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • 23-10-2026 Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə: Gəlirlər və xərclər açıqlanıb
  • 23-10-2026 Quba İdman Kompleksində yarım milyonluq mənimsəmə - Direktor həbs edildi
  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
1-07-2024, 11:38

Asif Əsgərovun icra başçısı olduğu rayonda binaların zirzəmiləri “tarmar” edilir- VİDEO

[center]Asif Əsgərovun icra başçısı olduğu rayonda binaların zirzəmiləri “tarmar” edilir- VİDEO[/center]


Yəqin ki, tam əksəriyyət o haqda da məlumata malikdir ki, 09 oktyabr 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilir və iclasda Prezident İlham Əliyev paytaxt Bakı şəhəri ilə bərabər, digər şəhər və rayonların ərazilərində həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı iclasda iştirak edənlərə ciddi tapşırıqlarını verir. Qeyd edək ki, ölkə rəhbəri iclasın gedişi zamanı tikinti işləri ilə bağlı Sərəncam imzaladığını bir daha hər kəsin diqqətinə çatdırır və onu da qeyd edir ki, “Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan həyata keçirilə bilməz. Əgər kimsə verilmiş qaydaları pozarsa, o halda qaydanı pozanlar həm cinayət məsuliyyətinə cəlb olunacaqlar, həm də qanunsuz inşa olunan tikililər dərhal söküləcək”. Cənab Prezidentin tikinti işləri ilə bağlı imzaladığı Sərəncamdan, həmçinin Nazirlər Kabinetində keçirilən iclasda verdiyi tapşırıqlardan sonra hər kəs düşünürdü ki, ölkənin tikinti sahəsində baş alıb gedən qanunsuzluqlara son qoyulacaq, eyni zamanda ictimai nəzarət də artırılacaq.

Bu yöndə ölkə rəhbəri tərəfindən Sərəncam imzalansa da, lazımi tapşırıqlar verilsə də, hal-hazırda Bakı şəhəri ərazisində, hətta ətraf şəhər və rayonların ərazilərində qanunsuz tikinti-qazıntı işləri geniş vüsət almaqdadır. Bu da o deməkdir ki, həmin şəhər və rayonlara rəhbərlik edən şəxslərlə bərabər, qanunsuz tikinti işlərini həyata keçirən işbazlar da, möhtərəm Prezidentin imzaladığı Sərəncamdan, verdiyi tapşırıqlardan irəli gələn tələblərə məhəl qoymurlar. Adicə bir faktı qeyd edək ki, Bu günlərdə Bizimxeber.Tv xəbər portalının redaksiyasına Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov -49 ünvanında yerləşən yaşayış binasına məxsus zirzəminin qazılması, zirzəmindən qazılan torpaqların binanın qarşısına atılması, binanın qarşısında müəyyən artırmaların həyata keçirilməsi, hətta artırmaların alt hissəsinin də qazılaraq zirzəmiyə yol açılması, fəhlələrin müxtəlif elektrik aparatları ilə işləyərək ətrafa iyrənc səsküy salmaları və belə bir səbəbdən də, bina sakinlərinin narahat olmaları və s. ilə bağlı lazımi məlumatlar, müəyyən çəkilişlər təqdim olunub. Daxil olan məlumatlarda o da qeyd olunur ki, yaşayış binasına məxsus zirzəminin qazılması bina sakinlərinin həyatı üçün təhlükələr də yaradır. O halda sual oluna bilər ki, görəsən Nəsimi rayonu, Məmmədcəfər Cəfərov -49 ünvanında yerləşən yaşayış binasına məxsus zirzəminin qazılması, zirzəmidə əlavə konstruksiya işlərinin həyata keçirilməsi, binanın qarşısında müəyyən artırmaların həyata keçirilməsi, bir sözlə çoxsaylı qanunsuzluqlara qol qoyulması haqda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin və aidiyyətı üzrə digər dövlət qurumlarının xəbəri varmı? Məsələnin daha usandırıcı tərəfi ondan ibarətdir ki, qol qoyulan qanunsuzluqlarla bağlı aidiyyəti dövlət qurumlarını, ələlxüsus Nəsimi rayon İcra Hakimiyyəti Aparatının rəhbər şəxslərini rəsmi qaydada məlumatlandırsaq da, təəssüflər olsun ki, çatdırılan məlumatlar əsasında heç bir araşdırma işləri aparılmır. Bir sözlə, ünvanladığımız məktublar RİH-də “daşa dönür”. Bu da onu söyləməyə əsas verir ki, bu rayonun rəhbər şəxsləri ölkə rəhbərinin verdiyi tapşırıqları “SAYMAMAZLIQ” edir. Digər tərəfdən, belə də qənaətə gəlmək olar ki, Nəsimi rayon İcra Hakimiyyəti Aparatı əməkdaşlarının hərəkətsizlikləri, məhz hansısa maddi maraqların təmin olunmasına da xidmət edir. Faktdır ki, belə bir yanaşmaya başqa cür ad vermək olmaz. Əgər bu belə deyilsə, o halda RİH-nin başçısı və digər məsul şəxsləri ölkə rəhbərinin verdiyi tapşırıqlar əsasında qəti addımlarını atıb, qanunsuz qazıntı-tikinti işləri aparan hər kəsə qarşı lazımi tədbirlərini görərdilər.

Bütün bunlar onu göstərir ki, cənab Asif Əsgərovun icra başçısı olduğu Nəsimi rayonu ərazisində qanunsuz qazıntı- tikinti işləri həyata keçirilən zamanı, söz sahibi olan vəzifə sahiblərinin şəxsi maraqlarının təmin olunması öndə tutulur. Əgər bu belə deyildirsə, yəqin ki, o halda ölkə rəhbərinin imzaladığı Sərəncam, verdiyi tapşırıqlar əsasında qol qoyulan qanunsuz qazıntı-tikinti işlərinin vaxtında qarşısı alınardı. Bu yöndə lazımi tədbirlər görülmürsə, yaxud da işbazlara birbaşa deyil, dolayısı yolla “yaşıl işıq” yandırılırsa, deməli ortada hansısa “əmmalar” var...... Yazıda adı keçən hər kəsin mövqeyini dinləməyə hazırıq.


Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az