• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
  • 22-07-2026 Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • 22-07-2026 MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
  • 22-07-2026 Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib
  • 22-07-2026 Bakı metrosunda iş rejimi dəyişdirilir
  • 22-07-2026 Prezident İlham Əliyev Rauf Arifoğlunu təltif etdi
  • 22-07-2026 "WhatsApp"dan yenilik: Telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq
  • 22-07-2026 Azərbaycan klublarından tarixi rekord...
  • 22-07-2026 Sumqayıtda özəl tibb müəssisəsində yoxlama: Həkim sənədsiz fəaliyyət göstərib
  • 22-07-2026 Sabahın havası açıqlandı
  • 22-07-2026 Ana təbiətə metastaz verən "Hacı sindiromu" - FOTO FAKT
  • 22-07-2026 Abşeron Rayon İcra Hakimiyyəti Digah qəsəbəsində özbaşına tikinti işlərinin ört-basdır etmək istəyir
  • 22-07-2026 Dünyanın ən yaxşı tələbə şəhərləri açıqlandı: Bakı ilk 100-lükdə
  • 22-07-2026 Manatını digər valyutalara dəyişdirmək istəyənlərin nəzərinə
  • 22-07-2026 Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi

XƏBƏRLƏR

    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
26-06-2024, 20:38

Ermənistan ya konstitusiyasını dəyişməlidir, ya da dəyişməlidir: İlham Əliyev dedisə, bitdi!

Ermənistan ya konstitusiyasını dəyişməlidir, ya da dəyişməlidir: İlham Əliyev dedisə, bitdi!


Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi haqqında tamamilə doğru deyib. Həqiqətən də beləsinə sağlamlıq haqqında tibbi arayışı necə veriblər? Gah deyir Rusiya gəldi, Qarabağı alıb, Azərbaycana verdi, sonra çıxıb detdi “evinə”. Sonra da iddia edir ki, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan məsələlərinə ayrılıqda baxırıq, bunlar eyni vaxtda müzakirə olunası məsələlər deyil.

106 il əvvəl elə rusların və qərbdəki havadarların dəstəyi ilə Azərbaycan ərazisində elan olunmuş oyuncaq, Ermənistan adlı, hələ Nikol Paşinyanın özünün də etiraf etdiyi kimi, kadastr sənədi olmayan ölkənin təhlükəsizlik şurasının rəhbəri postunda belə bir sağlamlığı natamam birisi oturursa, vay bu ölkənin halına. Doğrudanmı bunun heç olmasa yaxın tarixdən xəbəri yoxdur, bilmir ki, Qarabağı Azərbaycandan alıb, Ermənistana verənlər olmuşdu, zaman gəldi, Azərbaycan dövləti dünyanın ən güclü 50 ordusu sırasında olan ordusu ilə, dünyanın hərb mərkəzlərinin hələ də öyrənməyə çalışdıqları Şuşa qalasını azad etməklə, unikal, ildırımsürətli hərbi əməliyyatlar keçirməklə torpaqlarını azad etdi. Bu gün 106 illiyini şərəflə, fəxarətlə, bütün suveren ərazilərimizdə bayram edən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının qətiyyəti qarşısında kiminsə etirazının faydası olmadı, Dəmir Yumruq hədəfinə çatdı. Qriqoryankimilər fəsiləsindən olanlara hələ də ötənlər dərs olmayıbsa və 44 günlük müharibəni, 1 günlük antiterror əməliyyatı, düşmən təqribatlarının qarşılığında həyata keçirilən qətiyyətli hərbi tədbilərin mahiyyətini anlamayıbsa, qərbdə etibar etdiyi tibbi mərkəzlərdən birinə başını göstərsin. Bildiyimizə görə, bir sıra hallarda Paşinyanda əlini üzmək istəyən Qərbdəki havadarlar alternativ kimi Armenin adının üstünə qoyurlar barmaqlarını. Amma bu gün Nikol Paşinyan daha realist düşünməyi bacarır, Qarabağın heç zaman Ermənistan ərazisi olmadığını etiraf edir, ermənilərə anlatmağa çalışır ki, Ermənistanı xilas etməyin yeganə yolu onun sərhədlərini müəyyənləşdirmək, dəqiqləşdirilən sərhədlərdən kənara iddia etməməkdən keçir. Ölkənin təhlükəsizliyinin ilkin tələbi kimi qonşu ölkələrin ərazilərinə iddiaları birdəfəlik kənara tullamalı olan Qriqoryan isə hələ indi köhnə küllükdə eşələnməyə başlayıb. Özü də Azərbaycanın sülh sazişi üçün 10-cu təkliflər paketini alıqlarını etiraf etdikdən sonra. Belə olduğu halda, sülhə necə gəlmək olar? Konkret halda Qriqoryan 1019-cu ilin Paşinyanına çox bənzəyir – “Qarabağ Ermənistandır”, deyən, Qarabağda çaxır içib, yerə sərələnən adama. Nəticəsi nə oldu, bütün dünya gördü. İndi Ermənistanın Təhlükəsizlik Şurasının katibi də onun yolu ilə getməyə çalışır.



Bu yolla Qriqoryan həm də öz aləmində Rusiyanı “vurmağa” çalışır, həm də Qərbdəki ağalarına xoş gəlməkdən ötrü. Amma görün hansı vəziyyətə düşüb ki, Zaxarova belə, onunla məzələnir, adamın dediklərinə ciddi reaksiyaya belə ehtiyac görmür.

Ermənistan rəsmisininTürkiyə və Azərbaycanı “ayırmaq” cəhdi də absurd və ağılsızlığın son həddidir. Türkiyənin Ermənistan qapılarını məhz Azərbaycan torpaqlarını işğala görə qapadığını doğrudanmı xatırlamır bu adam? 1993-cü ildən bəri bağlanan qapılardan biri – Marqara keçid məntəqəsi aylardır yenidən təmir olunub və Ankaraya həsrətlə baxır Ermənistan hakimiyyəti. Amma Türkiyə rəhbərliyi hər zaman bəyan edib ki, istənilən addım qardaş Azərbaycanla müzakirələrdən sonra atıla bilər. Elə Ankaradan İrəvana sülh müqaviləsini imzala, tipli mesajlar, Zəngəzur dəhlizinin açılmasının zəruriliyi haqda bəyanatlar da məhz Azərbaycanın irəli sürdüyü həll modelinə uyğun şəkildə səsləndirilir. Bakı və Ankaranın siyasətinin arasına girmək istəyən qriqoryankimilər iylənib çıxarlar, odur ki, özlərini yormasınlar. İndi nəinki 90-cı illər, heç Sürix protokollarının imzalandığı zaman da deyil. Azərbaycan və Türkiyə liderləri və hakimiyyətləri arasında elə möhkəm birlik, kommunikasiyalar, etibar var ki, əlavə şərhə ehtiyac yoxdur. Ortada Şuşa əhdi, Şuşa Bəyannaməsi var, Qriqoryan nə tez unutdu?!

Digər tərədən Azərbaycan nəinki sülhün imzalanmasında, yaxud Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasında maraqlıdır, hətta 3+3 formatında əməkdaşlıq region ölkələrin normal əməkdaşlığının qurulması üçün konkret ideya irəli sürüb. Ermənistan isə Fransa kimi katalizator rolunu oynayan ağalarından aldığı sifariş əsasında bu əməkdaşlığı mümkünsüz etməkdədir. Azərbaycan Prezidenti son günlərdə keçirdiyi rəsmi görüşlərdə, etdiyi çıxışlarda birmənalı şəkildə bəyan edir ki, Ermənistanla sülhün imzalanması üçün bu ölkə konstitusiyasında, normativ hüquqi aktlarda əksini tapan ərazi iddialarını çıxartmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatlarında da bu məsələ konkret əksini tapıb. Heç şübhəsiz, burada təkcə Azərbaycana qarşı iddialardan söhbət getmir, həm də Türkiyənin 6 vilayətinə iddianın aradan qaldırılması əsas tələblərdəndir. Gerbində Ağpı dağını əks etdirən Ermənistan nə üzlə Türkiyə ilə normal münasibətlər qurmağa çalışır? Bəlkə hesab edirlər Türkiyə ötən əsrin əvvəllərində ermənilərin Osmanlıya qarşı, məhz elə xaricdəki havadarlarının sifarişi əsasında yol verdikləri xəyanətləri unudub...Bu gün sülh sənədinin imzalanmasının heç bir ciddi əhəmiyyəti yoxdur. Hətta Paşinyanın dediyi kimi, bir ay ərzində sülh imzalansa belə, mənasızdır. Çünki Ermənistan Konstitusiyası onun imzasından üstündür və bu sənəd ratifikasiya olunmayacaq. Odur ki, Azərbaycan Prezidentinin növbətin tələbi icra olunmalıdır. iSitat: “Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil”.

Söz deyilib, zaman keçir. Hər keçən gün Ermənistan üçün itki deməkdir. İlham Əliyevin hansı dediyi icra olunmayıb? Bəzi erməni ekspertlər özləri də etiraf edirlər ki, Azərbaycan Prezidentinin tələbləri icra olunmalıdır, əksinə cəhd etmək axmaqlıdır. Odur ki, indiki halda Ermənistan ya konstitusiyasını dəyişməlidir, ya da dəyişməlidir, Əliyev dedisə, bitdi! İrəvanın Ankara ilə münasibət qurması da məhz bu addımdan asılıdır. Qriqoryan əvvəlcə bu reallığı xalqına anlatsın, əgər ölkəsinin, xalqının təhlükəsizliyinə cavabdeh olduğunu dərk edirsə...

Makronun "Sezar"ından havalanın Qriqoryan başını qaldırıb irəli baxsa, görərdi: Azərbaycan Prezidenti Ordu günündə xüsusi təyinatlı əməliyyatlarda istifadə olunacaq "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsinin sükanı arxasında əyləşdi...

Mesaj aydındır, əslində, anlayanlar üçün!

//musavat.com/

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az