
SÖZ VAXTINA ÇƏKƏR
Mən indi gəlirəm Tanrı deyənə,
mən indi enirəm Tanrı taxtına.
Vaxtında dediyim sözə gəlirəm...
Söz elə həmişə çəkir vaxtına.
Mənə bu xoşbəxtlik də bəsdi, neynim?!
Qılıq vaxtıdımı bu dar macalda...
...Bax, indi gəlirəm Tanrı deyənə,
bax, indi xoşuma gəlir əcəl də!
YER ÜZÜ
(Məhəmməd Hadiyə)
Durur tarix ilə olub-keçənlər;
Olub-keçənləri tarix yazırdı.
Kimsə qoymur məni Hadi olmağa–
Arxadan vurmağa kimsə hazırdı.
İtib–bilən yoxdu sözün dilini,
itib–gedən yoxdu şeirin izinnən.
Məndən Hadi olmaz–qəbirim var mənim;
Mən "yoxa" çıxmadım bu yer üzündən.
Hadi itən yerdi yer üzü, Allah!
Burda daşdan tutmuş güləcən itib.
Yer üzü Hadidi–daşından gülünəcən;
Hadi yer üzündən beləcə itib.
Paşa Talıblı

























