• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
18-10-2018, 09:09

Azərbaycan Qlobal Rəqabətlilik Hesabatında yüksək pillədə yer aldı

Azərbaycan Qlobal Rəqabətlilik Hesabatında yüksək pillədə yer aldı

Dünya İqtisadi Forumunun hesabatında 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb; dövlətimiz dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb
Daha bir beynəlxalq təşkilatın hesabatında Azərbaycan yüksək pillədə yer alıb. Belə ki, Dünya İqtisadi Forumunun tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilən Qlobal Rəqabətlilik Hesabatında 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Qlobal trendlər nəzərə alınmaqla, hesabatın metodologiyasında dəyişikliklər o qədər dərin və əhatəli olub ki, Dünya İqtisadi Forumu bu metodologiyanı yeni nəsil - “4.0" kimi təqdim edib. Bu isə onu deməyə əsas verir ki, ”Qlobal Rəqabətlilik Hesabatı-2018/2019" yeni dövrün ilk hesabatıdır (Trend). Belə ki, əvvəlki illərdən fərqli olaraq hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək hesabata yeni indikatorlar daxil edilib. Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir.

Nəzərə çatdıraq ki, Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. Hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə ki, hesabatın institutlar, infrastruktur, İKT-nin istifadə səviyyəsi, səhiyyə, əmək bazarı, biznes dinamikliyi və innovasiya potensialı sütun indikatorları üzrə Azərbaycanın mövqelərinin yaxşılaşması Qlobal Rəqabətlilik Hesabatı tərəfindən qeydə alınıb.

Azərbaycan Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb. Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib.

Bununla yanaşı, Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında irəlidə olduğu alt-indikatorların böyük bir qismi yeni metodologiyada nəzərə alınmayıb. Məsələn, makroiqtisadi sabitlik indikatoru üzrə ölkənin mövqeyinə mənfi təsir göstərən fakt ondan ibarət olub ki, dövlət büdcəsinin tarazlığı, ümumi dövlət borcu, ümumi milli yığım, ölkənin kredit reytinqi kimi öncül olduğumuz alt-indikatorlar yeni metodologiyada ümumiyyətlə nəzərə alınmayıb.

Yeni metodologiya əsasında hazırlanmış ilk Qlobal Rəqabətlilik Hesabatında ölkələrin reytinqinə birbaşa təsir göstərməsə də, sosial və ətraf mühit performansı üzrə indikatorlara da yer ayrılıb. Azərbaycan ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə yeni nəsil metodologiya əsasında hazırlanmış hesabatda lider mövqelərini qoruyub.

Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. Belə yüksək nəticənin əldə olunması son illər prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların nəticəsində mümkün olub. Həmin indikatora əsasən, Azərbaycanın mövqeyi biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-indikatoru üzrə 17-ci, müflisləşmə normativ hüquqi bazası alt-indikatoru üzrə 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-indikatoru üzrə 25-ci olub.

Qlobal trendlər nəzərə alınmaqla tamamilə yeni yanaşma əsasında hazırlanmasına baxmayaraq, Azərbaycan yeni dövrün ilk Qlobal Rəqabətlilik Hesabatında bir neçə indikator üzrə yüksək nəticələr əldə edib. Bu nəticələr Azərbaycanın gələcəkdə digər indikatorlar üzrə də daha yaxşı nəticələr əldə etməsi üçün yeni imkanlar açır...

Qeyd edək ki, ümumilikdə son illərdə iqtisadi və sosial sfera üzrə beynəlxalq hesabatlarda Azərbaycanın mövqelərinin möhkəmləndiyi, dövlətimizin adının ön sıralarda yer alması müşahidə olunur.

Məsələn, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi ənənəvi illik “Doing Business 2018» hesabatında Azərbaycan əldə etdiyi yüksək göstəricilərə görə ön sıralardan birini tutub. Konkret olaraq hesabatında Azərbaycan əmlakın qeydiyyatı sisteminin inkişafina görə 190 ölkə arasında daha bir pillə irəliləyərək 21-ci yerdə qərarlaşıb. Bu göstərici ilə isə biz Polşa, Rumıniya, Bolqarıstan, Avropa və Mərkəzi Asiya ölkələrini qabaqlayırıq.

Bundan başqa, Azərbaycan “2018-ci il İqtisadi Azadlıq” indeksində bir pillə irəliləyərək 180 ölkə arasında 67-ci yerdə qərarlaşıb. “Heritage Foundation” təşkilatının hazırladığı hesabatda bildirilir ki, son 10 il ərzində həyata keçirilən davamlı iqtisadi islahatlar nəticəsində Azərbaycan ümumi orta hesab üzrə regional və dünya göstəricilərindən üstün olaraq, Asiya-Sakit okean regionunda 43 ölkə arasında 14-cü yerdə qərarlaşıb. Bundan əlavə, indeks üzrə Azərbaycan Fransa, İtaliya və Yunanıstan kimi inkişaf etmiş ölkələrlə müqayisədə ön sıralarda yer tutub. Həmçinin, Rusiya da daxil olmaqla, bir sıra MDB ölkələrini qabaqlayıb.

Habelə, Dünya İqtisadi Forumunun nüfuzlu indeksi sayılan “İnklüziv İnkişaf İndeksi 2018"-də Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB məkanında isə birinci yerdə qərarlaşıb. Dünya İqtisadi Forumunun İnklüziv inkişaf hesabatında Azərbaycan Litva və Macarıstan istisna olmaqla digər bütün inkişaf etməkdə olan ölkələri geridə qoyub.


Həmçinin Dünyanın nüfuzlu “U.S. News & World Report” jurnalının 2018-ci il üçün tərtib etdiyi ən yaxşı ölkələrin reytinq cədvəlində Azərbaycan 5 pillə irəliləyib.

Digər postsovet ölkələri, o cümlədən Gürcüstan və Ermənistan isə bu siyahıya, ümumiyyətlə, düşə bilməyib. Siyahıda İsveçrə, Kanada, Almaniya, Böyük Britaniya, Yaponiya yüksək yerləri tutub. ABŞ 2017-ci ilə nisbətən bir pillə geriləyərək 8-ci olub. Azərbaycan postsovet ölkələrindən Ukrayna, Qazaxıstan, Belarusdan irəlidədir.

“The Happiness Research Institute”nin ənənəvi - “Dünyanın ən xoşbəxt ölkələri” siyahısında da ölkəmiz var. Azərbaycan 156 ölkənin adının yer aldığı siyahıda 87-ci yeri tutub. Siyahıda Azərbaycan Cənubi Qafqazda liderdir.

İşsizlik, səfalətlə boğuşan bədnam qonşularımız Ermənistan geriləyib - ötən il 121-ci yerdə olsa da, bu il 129-a düşüb...

Son illərdə Azərbaycanda iqtisadi-sosial sferada həyata keçirilən islahatların nəticəsinin beynəlxalq hesabatlarda da özünü göstərməsi uğurlu haldır. Bu təşkilatların, institutların rəyləri beynəlxalq aləmdə ölkələrə yanaşmalarda, dövlətə investisiyaların cəlb edilməsində mühüm rol oynayır.

M.MAHRIZLI,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az