• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
18-09-2018, 07:57

Azərbaycanda meşələrdə istirahət zonalarının salınması kəpənəklərin azalmasına səbəb olub

Azərbaycanda meşələrdə istirahət zonalarının salınması kəpənəklərin azalmasına səbəb olub

Azərbaycanda son illər ərzində həşəratlar sinfinin dünyada ən geniş yayılmış çoxsaylı qruplarından biri olan kəpənəklərin sayı azalıb.

Nyus.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun "Quru onurğasızları" laboratoriyasının kiçik elmi işçisi Nigar Yusifova bildirib.

N.Yusifovanın sözlərinə görə, hazırkı dövrdə kəpənəklərin azalmasına təsir göstərən əsas səbəblərdən biri onların öz təbii yaşayış mühitini itirməsidir:

"Ətraf mühitdə baş verən dəyişikliklərə son dərəcə həssas orqanizmlər olan kəpənəklərin öz təbii yaşayış mühitini itirməsinin başlıca səbəbi respublikamızın bölgələrinin meşə və açıqlıq ərazilərində istirahət zonalarının salınması nəticəsində ərazinin antropogen təsirə məruz qalmasıdır. Digər tərəfdən, otlaq və çəmənlik ərazilərdə müxtəlif kənd təsərrüfatı əhəmiyyətli iri və xırdabuynuzlu heyvanların otarılması, çəmənlik ərazilərin əkin üçün istifadə edilməsi həmin ərazidə bitki örtüyünün zəifləməsinə gətirib çıxarır. Nəticədə kəpənəklərin nəsil artırması və qidalanması üçün xarakterik olan bitkilər məhv olur və bu da öz növbəsində onların sayına öz mənfi təsirini göstərir".

O əlavə edib ki, yerli və xarici həvəskar kolleksiyaçılar tərəfindən iriölçülü nadir rast gəlinən növlərin tutulması da kəpənəklərin sayının azalmasına səbəb olan amillərdəndir.

Elmi işçi qeyd edib ki, hazırda Azərbaycan faunasında gündüz kəpənəklərinin 248 növ və 42 yarımnövünə rast gəlinir: "Faunamızda rast gəlinən kəpənəklərin 16 növü və 2 yarımnövü Azərbaycanın "Qırmızı Kitab"ının II nəşrinə (2013) daxil edilib. Bu növlərdən biri - "Parnassius apollo" dünya üzrə həssas növ kateqoriyası altında Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin Qırmızı Siyahısına salınıb. Faunamızda elə xarakter növləri qeyd edə bilərik ki, onlara dünyanın heç bir yerində rast gəlinmir. Məsələn, "Brahmaea christophi" adlanan subendem növ yalnız respublikamızın cənub regionunda yayılıb. Son illərdə faunamızda nadir rast gəlinən növlərdən "Apatura iris", "Nymphalis antiopa", "Danaus chrysippus" və "Argynnis alexandra"nı qeyd edə bilərik. "Apatura iris", "Nymphalis antiopa", "Danaus chrysippus" növlərinə Böyük və Kiçik Qafqaz dağlarının, "Argynnis alexandra" növünə isə Talış dağlarının 1500-2500 m yüksəkliklərində rast gəlinir".

Kəpənəklərin sayının azalmasının yaratdığı mənfi nəticələrdən danışan N.Yusifova bildirib ki, bu, onlarla qidalanan suda-quruda yaşayanların, sürünənlərin, quşların, məməlilərin və kəpənəklərlə tozlanan bitkilərin sayına da mənfi təsir edir.

Kəpənəklərin çiçəkli bitkilərin tozlanmasında böyük rol oynadığını söyləyən tədqiqatçı deyib ki, təbiətdə bitən yabanı bitkilərin 80%-i həşəratlar vasitəsilə tozlanma hesabına böyüyüb inkişaf edirlər:

"Belə ki, kəpənəklər bitkiləri tozlandırmasına görə arılardan sonra ikinci yeri tutur. Onlar birinci dərəcəli konsumentlər olmaqla trofik zəncirdə çox mühüm rol oynayırlar. Belə ki, kəpənəklərin tırtılları, həmçinin yetkin fərdləri həşəratla qidalanan onurğalı heyvanların qidasını təşkil edir (suda-quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər). Həmçinin bu canlılar ətraf mühitin bioindikatoru funksiyasını yerinə yetirirlər. Bəzi növlərin tırtılları isə mədəni və yabanı bitkilərə ciddi zərər vurur".

Kəpənəklərin sayının azalmasının qarşısının alınması üçün görülməsi vacib olan tədbirləri də açıqlayan N.Yusifova hesab edir ki, nadir, sayı azalmaqda olan və nəsli kəsilmək təhlükəsi qarşısında qalan kəpənək növlərinin yayıldığı ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin (dövlət qoruqları, milli parklar, dövlət yasaqlıqları) yaradılması vacibdir: "Xüsusilə sayı azalmaqda olan nadir növlərin kolleksionerlər tərəfindən kütləvi şəkildə tutulmasına qadağa qoyulması məqsədəuyğundur. Əkin sahələrində məhsuldarlığın artırılması üçün ziyanverici həşəratlara qarşı tətbiq olunan pestisidlərin istifadəsinə nəzarət edilməlidir".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az