• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
11-08-2018, 09:38

Azərbaycanda hərbi peşəyə maraq artıb

Azərbaycanda hərbi peşəyə maraq artıb

Hərbi ekspert: “Ali məktəblərdə hərbi kafedraları bərpa etməyin zamanı çatıb...”
Son illərdə Azərbaycanda hərbi təhsil almağa üz tutanların sayının durmadan artdığı müşahidə olunur. Təkcə ölkə daxilində deyil, xaricində də təhsil almağa meyl edən gənclərimiz getdikcə çoxalır. Hərbi təhsil alanlara dövlət qayğısı isə kifayət qədər yüksəkdir. Bunu onlara yaradılan şəraitdən görmək mümkündür.

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın müstəqillik qazandıqdan sonra hərbi təhsil üçün hər şeyi etdiyini söylədi: “Son illərdə hərbi təhsilə verilən önəm daha da artıb. Şəxsi düşüncəmə görə, hərbi məktəblərin sayını bir qədər təkmilləşdirmək lazımdır. Naxçıvan Hərbi Liseyi həm burada, həm də Naxçıvanda var. Sovet dövründə Ali Ümumqoşun Komandirləri Məktəbi idi. Sonradan Azərbaycan Ali Məktəbi oldu. İndi də Heydər Əliyev adına Azərbaycan Ali Məktəbidir. Bütün qoşun növlərinin artıq ali məktəbləri var. Hərbi kadrlarımızın demək olar tam əksəriyyəti Azərbaycanda hazırlanıb. Türkiyə, Rusiya, Ukrayna, Pakistan kimi ölkələrdə də azərbaycanlılar hərbi təhsil alırlar. Hətta Bakıda Qazaxıstan, Orta Asiyadan kursantlar təhsil alırlar ki, bu, hərbi təhsilimizin yüksək göstəricilərindən biridir. Azərbaycan gəncləri son illər hərbi təhsilə olduqca yüksək maraq göstərirlər. Hər bir dövlətin güc strukturları, ordusu var. Zabitlərə hər zaman böyük ehtiyac var və bundan sonra da olacaq. Çox yaxşı olardı ki, Nazirlər Kabineti güc strukturları bir araya gəlib, ali məktəblərdə hərbi kafedraların müasir vəziyyətdə fəaliyyətini bərpa etsin. Düşünürəm ki, bu, olduqca vacibdir. Müdafiə Nazirliyinin ozamankı rəhbərliyinin uğurlu olmayan qərarı ilə hərbi kafedralar bağlandı. 4 il bakalavr təhsili alan gəncin ən azından müəyyən hərbi bilikləri olmalı, silah, sursatla davranmağı bilməlidir.

Dövlətin qazancı olur ki, ilkin mərhələdə o insanlar həmin biliklərə malik olurlar. Hərbi xidmətə gəldikdə isə komandirlərin əlavə gücünə ehtiyac olmur, onlara yenidən vaxt və vəsait sərf olunmur. Dövlət maliyyə vəsaitlərinə qənaət etməklə bunları həyata keçirə bilər. Bu günləri kursantlarımız oxuyur, kifayət qədər nəzəri biliklərə malik olurlar. Çox istərdim ki, Azərbaycan kursantları dünyanın aparıcı hərbi məktəblərində təhsil alsınlar. Hər birimiz üçün qürurverici haldır ki, bir azərbaycanlı Amerika Hərbi Dəniz Qüvvələrində çox yüksək vəzifələrdən birinə irəli çəkilib. Bu yaxınlarda həmin şəxs barədə sizin qəzetdə də yazı getmişdi. Düzdür, o şəxs milliyyətcə azərbaycanlı olsa da, Amerika vətəndaşıdır. Amma hər bir azərbaycanlı dünyanın hansı yerində yaşamasından asılı olmayaraq bizim üçün qürur mənbəyidir. Yaxınlarda Qazaxıstan nümayəndələri ilə görüşüm oldu və həmin vaxt xəbər tutdum ki, Qazaxıstan Hərbi Hava Qüvvələrində aparıcı vəzifələrdən birini general-mayor olan azərbaycanlı tutur. Getdikcə ənənə böyüyür. SSRİ zamanı bütün kosmik məkanın kosmonavtlarını qəbul edib, onları uçuşa göndərən şəxs general leytenant Kərim Kərimov idi. Bu şəxsi hamımız yaxşı xatırlayırıq”.

Ekspert onu da qeyd etdi ki, Azərbaycanda hərb ənənələr hər zaman olub: “Bu ənənəni yaşatmaq və təkminləşdirmək lazımdır. Hər bir ölkə güclü iqtisadiyyatı ilə yanaşı, həm də güclü hərbisi ilə tanınır. Azərbaycanda bəzi güc strukturlarında açılan məktəblərin, açığı, tərəfdarı deyiləm. Məktəblərin olması dövlətin büdcəsi üçün o qədər də ağır vəsait deyil, amma hər bir güc strukturunun özü üçün akademiya açması, məncə, o qədər də məqbul deyil. Hərbi məktəblərdən ifrat dərəcədə çox hərbi akademiyalar var. Bir sözlə, hərbi təhsil bu gün normal vəziyyətdədir. Sadəcə, onu müasirləşdirmək lazımdır. Təkcə Azərbaycanla kifayətlənmək olmaz. Dünyanın hərbi elm sahələrində çalışan, yaxud vaxtı ilə çalışmış təcrübəli pedaqoqlar var. Onları dəvət edib, bilik və bacarıqlarından faydalanmaq lazımdır. Doğrudur, savadlı və bilikli generallarımızın sayı kifayət qədər çoxdur.

Onlar bütün sahələr üzrə işlərə cəlb olunmalıdır. Savadlı generallarımız var ki, ordudan tərxis olunandan sonra sanki unudulurlar. Bunun qətiyyən tərəfdarı deyiləm. Dəfələrlə təkliflər etmişik ki, güc srtukturlarından bütün sahələr üzrə ehtiyata buraxılmış şəxslərdən gənc kadrlar təcrübə toplayana qədər istifadə etmək lazımdır. Çünki onlar uzun illər təcrübə toplayıblar. Onlar ölkə üçün kadr potensialıdırlar. Başqa ölkələrdə olduğu kimi, ordudan tərxis olunan kadrlar üçün kurslar təşkil olunmalıdır ki, onlar həm cəmiyyətə adaptasiya olsunlar, həm də bilik və bacarıqlarını tətbiq etmək üçün imkanları olsun. Bu sistemin tətbiq olunduğu ölkələrdə özünü doğrultduğunun şahidi olmaqdayıq. Nəzərə almaq lazımdır ki, ordu spesifik bir qurumdur. Orada bütün çətinliklərə dözmüş bir insan çox rahat şəkildə cəmiyyətin idarə olunmasında iştirak edə bilərlər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az